Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-819/2023 14.04.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi Məhkəmə iclasının katibi Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə Şəxs 01 iyul 1968-ci il tarixdə İmişli rayonunun Kürdmahmudlu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olan və orada yaşayan barəsində Bakı şəhəri Xəzər rayon İcra şöbəsindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X3 tərəfindən tərtib olunmuş 14 aprel 2023-cü il tarixli inzibati xəta haqqında MN № ******* saylı protokoldan göründüyü kimi, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən "xxxx" ASC-dən götürdüyü kredit öhdəliyinə görə zamin olaraq iddiaçı X6 tərəfindən ödənilmiş 1979,06 (bir min doqquz yüz yetmiş doqquz, altı) ABŞ dolları pul vəsaiti ödənildiyi üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun olaraq manatla və 30 (otuz) manat dövlət rüsumu cavabdeh Şəxs alınaraq iddiaçı X4 xeyrinə tutulmalıdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Xəzər rayon İcra şöbəsinin icra məmuru X1 xəta haqqında protokolun məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə qərarlar qəbul edilmiş, tələbin könüllü icrası barədə borcluya bildiriş göndərilmişdir. Borclunun əmlak vəziyyəti barədə sorğular verilmiş və onun adına hər hansı bir əmlakının olmaması barədə cavablar alınmışdır. İcra məmurunun çağırışlarından yayındığına görə Şəxs barəsində axtarış qərarı qəbul edilmişdir. Bununla da borclu heç bir üzrlü səbəb olmadan icra sənədini tam icra etməkdən yayınaraq icra məmurunun qanuni tələbinə tabe olmamışdır. 14 aprel 2023-cü il tarixdə borclu polis əməkdaşları tərəfindən saxlanılaraq saat 12:30-da Xəzər rayon İcra şöbəsinə gətirilmişdir. Borclu izahatında göstərmişdir ki, o, işləmir, maddi vəziyyəti ağır olduğuna görə ödəniş edə bilmir. Lakin bu gün borcundan 500 manat ödəmiş və ödəniş qəbzini İcra şöbəsinə təqdim etmiş, qalan məbləğ isə ödənilməmiş qalmışdır. Ona görə də borclu barəsində müvafiq inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, o, borcu ödəməyin onun vəzifəsi olduğunu bilir və icra sənədlərinin icrasından yayınmır, lakin hazırkı maddi və əmlak vəziyyəti çox pis olduğuna, özü də xəstə olduğuna görə müvəqqəti olaraq ödənişlər edə bilməmişdir. Bu gün borcundan 500 manat ödəniş edərək qəbzini İcra şöbəsinə təqdim etmiş, qalan məbləği də hər ay imkanı çatdığı qədər hissə-hissə ödəyəcəkdir. Bunun nəzərə alınaraq onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında müəyyən olundu ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən "xxxx" ASC-dən götürdüyü kredit öhdəliyinə görə zamin olaraq iddiaçı X6 tərəfindən ödənilmiş 1979,06 (bir min doqquz yüz yetmiş doqquz, altı) ABŞ dolları pul vəsaiti ödənildiyi üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun olaraq manatla və 30 (otuz) manat dövlət rüsumu cavabdeh Şəxs alınaraq iddiaçı X4 xeyrinə tutulmalıdır. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə qərarlar qəbul edilmiş, tələbin könüllü icrası barədə borcluya bildiriş göndərilmişdir. Borclunun əmlak vəziyyəti barədə sorğular verilmiş və onun adına hər hansı bir əmlakının olmaması barədə cavablar alınmışdır. xx.xx.2023-cü il tarixdə borclu depozit hesabına ümumi borcundan 500 manat ödəmiş, qalan borcu da hər ay hissə-hissə ödəyəcəyi barədə üzərinə öhdəlik götürmüşdür. Borclunun icra sənədini indiyə qədər tam icra etməməsinin səbəbi onun müvəqqəti olaraq işləməməsi və maddi vəziyyətinin ağır olması olmuşdur. İş materiallarında olan ********* saylı mədaxil qəbzinin surətindən görünür ki, Şəxs 14 aprel 2023-cü il tarixdə depozit hesabına ümumi borcundan 500 manat ödəmişdir Məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 53,105, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-819/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-819/2023
14.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver