Məhkəmə qərarları › İş №3(003)-823/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-823/2020

31.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-823/2020 31.08.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Bakı şəhəri Xəzər rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxx 1990-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxsnın barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikasının İXM-nin) 528.1-ci maddəsi ilə Xəzər rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq, müəyyən etdi: Bakı şəhəri Xəzər rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 tərəfindən tərtib olunmuş xx xxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokoldan göründüyü kimi, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-836/2020 saylı xx xxxx 2020-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs cəmi 1589 manat pul alınaraq iddiaçı “xxxxxxxxxxx” MMC-nə ödənilməlidir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs göndərilmiş bildirişə, xəbərdarlıqlara baxmayaraq, o, borc məbləğini könüllü ödəməmiş, heç bir üzrlü səbəb olmadan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-836/2020 saylı xx xxxx 2020-ci il tarixli icra vərəqəsini tam icra etməkdən qərəzli olaraq yayınaraq icra məmurunun qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Bakı şəhəri Xəzər rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 xəta haqqında protokolun məzmununa uyğun izahat verərək göstərdi ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-836/2020 saylı xx xxxx 2020-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs cəmi 1589 manat pul alınaraq iddiaçı “xxxxxxxxxxx” MMC-nə ödənilməlidir. Sonuncu dəfə xx xxxxxx 2020-ci il tarixdə borclu Xəzər rayon İcra və Probasiya şöbəsinə gəlmiş və izahatı alınmışdır. Borclu izahatında borcunu hazırda maddi imkanının ağır olduğu üçün tam ödəyə bilməyəcəyini bildirmiş, heç bir üzrlü səbəb olmadan icra sənədini icra etməkdən qərəzli olaraq ən müxtəlif bəhanələrlə yayınmışdır. Görülmüş bütün tədbirlərə baxmayaraq, borclu qanuni qüvvədə olan məhkəmə qərarını indiyə qədər tam icra etməmişdir. Hazırda borclu Şəxsnın 1589 manat borcundan hazırkı məhkəmə baxışı zamanı 250 manat ödəniş etmişdir. Ona görə də borclu barəsində müvafiq inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, maddi vəziyyətində yaranmış çətinlikləri ilə bağlı borcunu tam ödəyə bilməmiş, lakin məhkəmə baxışı zamanı borcundan 250 manat ödəniş edərək qalan məbləği də yaxın zamanda ödəməyə çalışır. Borcun ödənilməsindən yayınmır. Yaxın vaxtlarda qalıq borcunun tam ödənilməsini təmin edəcəkdir. Ona görə də onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında müəyyən olundu ki, Şəxs maddi vəziyyətində olan çətinlikləri ilə bağlı 1589 manat borcunu tam ödəyə bilməmiş, lakin məhkəmənin gedişində qalıq borcundan 250 manat ödəniş etmiş, qalan məbləği də yaxın vaxtlarda ödəyəcini vəd etmişdir. Məhkəmə hesab edir ki, Şəxsnın hərəkətlərində Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53,105, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – xx xxxxxx 1990-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar