Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-834/2025 15.05.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1984-cü ildə Lerik rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi X7 fərdi evdə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İnzibati xəta haqqında materialdan müəyyən olur ki, xx.xx.2025-ci tarixdə saat 16:15 radələrində Xəzər rayonu Sovxoz Binə qəsəbəsi ərazisində sürücü X3 idarə etdiyi “Kia” markalı **-YC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə sürücü Şəxs Soltanağa oğlunu idarə etdiyi “Hyundai” markalı **-DD-*** dövlət qeydiyyat nişalı avtomobilin toqquşması ilə nəticələnən yol nəqliyyat hadisəsi zamanı “Kia” markalı **-YC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X6 “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci məddəsinin 1-ci hissəsinin tələblərini pozmaq.a və uyğunsusuzluq etməklə, eyni zamanda baş vermiş yol vəqliyyat hadisəsi zamanı “Hyundai” markalı **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs Soltanağa oğlu “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmaqla və uyğunsuzluq etməklə yol nəqliyyat hadisəsi baş vermişdir. Belə olan halda , xx.xx.2025-ci tarixdə saat 16:15 radələrində Xəzər rayonu Sovxoz Binə qəsəbəsi ərazisində toqquşma ilə nəticələnən baş vermiş yol nəqliyyat hadisəsi hər iki sürücünün, yəni avtomobil sürücü X3 və sürücü Şəxs Soltanağa oğlunun ehtiyyatsızlığı və hər iki sürücü tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanunun tələblərinə uyğunsuzluq üzündən baş vermişdir. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı sürücü Şəxs Soltanağa oğlu və sürücü X1 dərəcəli bədən xəsarətləri almışdılar. Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin polis mayoru Əli Xəlilov tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 25 aprel 2025-ci il tarixli İXP seriyalı ******* saylı protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Şəxs törətdiyi inzibati xətanı etiraf edərək peşman oluğunu bildirdi və zərərçəkmiş şəxsə dəymiş zərəri ödədiyini bildirərək barəsində yüngül tənbeh tədbiri seçilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq zərərçəkmiş şəxs X6 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 62.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Zərərçəkmiş şəxs X6 ərizə təqdim edərək Şəxs ilə barışdıqlarını, ona qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(003)-835/2025 saylı qərarından görünür ki, X6 Azərbaycan Respublikası İXM-nin 327.8ci maddəsinə əsasən 300 manat inzibati tənbeh tədbiri tətbiq edilmiş, ekspertiza xərcinin X2 tutulması qərara alınmışdır. İş materiallarında olan Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 PHŞ-nin 03 mart 2025-ci il tarixli 165 saylı rəyindən görünür ki, X3 bədəni üzərində aşkar edilmiş xəsarətlər küt əşya təsirindən törənmiş, törənmə müddətləri onun məhkəmə-tibb müayinəsindən 1 gün əvvəl törənmişlər, qərarda göstərilən xx.xx.2025-ci il tarixli yol nəqliyyat hadisəsinə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli 8/599 saylı ekspert rəyindən görünür ki, Şəxs əməlində “Yol hərəkəti haqqında” Qanunun tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Təqdim olunmuş yol-nəqliyyat hadisəsinin sxemi, ekspert rəyi və digər iş materialları əsasında Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilmiş və onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs İXM-nin 32.1.7-ci maddəsinə əsasən zərərçəkmiş şəxsə dəymiş zərəri ödəməsi məsuliyyətini yüngülləşdirən hal hesab edilir. Şəxs əməlində məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş üzrə sübutlara məcmu halında qiymət verərək, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq barəsində inzibati icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafıq hesab edirəm. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34, 43, 48, 114, 115-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(003)-835/2025 saylı qərarı ilə ekspertiza xərcinin həll edilməsi nəzərə alınsın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №3(003)-834/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-834/2025
15.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver