Məhkəmə qərarları › İş №3(003)-835/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-835/2020

07.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-835/2020 07.09.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 503-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İnzibati xəta haqqında protokola əsasən Türkiyədən xx xxxxxx 2020-ci il tarixində 501–08844984 nömrəli aviaqaimə əsasında “xxxxxxxx“ MMC-nin adına ələn 37 yer, 1347 kq yük Bakı Kargo Terminalına daxil olmuşdur. “xxxxxxx” MMC tərəfindən həmin yük barədə elektron formada gömrük orqanına manifest təqdim olunmuş və həmin sənəddə ayrı-ayrı şəxslərin adına gələn poçt bağlamalarında çay və digər əşyaların daxil olduğu göstərilmişdir. Müvafiq qanunvericiliyə uyğun olaraq keçirilən yoxlama zamanı müxtəlif şəxslərin adına gələn 36 ədəd bağlamarın içində hərəsində 2 ədəd olmaqla, cəmi 72 ədəd “Meri Detox tea” markalı çay, 12 ədəd bağlamanın içində hərəsində 2 ədəd olmaqla, cəmi 24 ədəd “Alvina Detox tea” markalı çay olduğu məlum olmuşdur. Qeyd olunan bağlamalar gömrük əməkdaşları tərəfindən araşdırma aparılması məqsədilə saxlanılmışdır. Araşdırma zamanı qeyd olunan bağlamaların Azərbaycan Respublikası vətəndaşı Şəxs məxus olduğu müəyyən edilmişdir. Şəxs tərəfindən kommersiya məqsədli malların da Azərbaycan Respublikasının gömrük sərhəddindən istehsal və ya kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar kimi keçirdiyi məlum olmuşdur. Həmin malların invoys dəyəri 14399,52 Türkiyə lirəsi (xx.xx.2020-ci il tarixinə olan məzənnəyə əsasən 3386,80 manat) təşkil edir. Bu barədə Şəxs barəsində Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və X1 şöbəsinin təhqiqatçısı, gömrük xidməti mayoru Məmmədov Rövşən Rəhman oğlu tərəfindən xx xxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 503-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən işə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 503-cü maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilərək göstərdi ki, Türkiyə Respublikasında yaşayan qardaşının “turkiyeden ulyavm” adlı instagram səhifəsi vasitəsilə “Meri Detox tea” və “Alvina Detox tea” markalı çayların sifarişlərini qəbul etdiyini, onları “xxxxxxx” MMC-nin İstanbulda yerləşən ofisinə çatdırdığını, həmin çayları müxtəlif şəxslərin adına sifariş olunur. Çaylar şirkətin ofisinə gəldikdən sonra ona və digər şəxslərə sms bildiriş gəlir. Bundan sonra o gedib ofisdən bütün malları götürür və kuryer vasitəsilə qardaşının ona göndərdiyi şəxslərə çatdırır. Əməlindən peşmandır və barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. İş materiallarını araşdırıb hesab edirəm ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Belə ki,İstehsal və ya digər kommersiya fəaliyyəti üçün nəzərdə tutulan malların Azərbaycan Respublikasının gömrük sərhədindən istehsal və ya kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar kimi keçirilməsinə görə - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud onların dəyərinin otuz faizindən yüz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə Şəxs əməlini səmimi etiraf etməsini və peşman olmasını iş üzrə məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdırıb, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, əməlindən peşman olmasını nəzərə alaraq Şəxs Azərbaycan Respublikası İXM-nin 503-cü maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati xətanın obyekti olan inzibati xətanın bilavasitə obyekti olan çaylar müsadirə olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 26, 40, 43, 115- 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 503-cü maddəsi ilə təqsirli bilinsin. İnzibati xətanın bilavasitə obyekti olan 72 ədəd “Meri Detox tea” markalı və 24 ədəd “Alvina Detox tea” markalı çay müsadirə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar