Məhkəmə qərarları › İş №3(003)-835/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-835/2023

28.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-835/2023 28.04.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi Məhkəmə iclasının katibi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4, zərərçəkmiş şəxs X5 iştirakları ilə xx.xx.1980-ci il tarixdə Naxçıvan MR-da anadan olan, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, evli, Naxçıvan MR, Şərur rayonu, Maxta kəndində qeydiyyatda olan və Bakı şəhəri Suraxanı rayonu Binə qəsəbəsi Südçülük sovxozu fərdi evdə yaşayan X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM-nin) 232-1-ci maddəsi ilə Xəzər rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq, müəyyənetdi: Məhkəmənin icraatına xx.xx.2023-cü il tarixdə Xəzər RPİ-nin 3-cü PŞ-nin polis sahə inspektoru, polis mayoru X11 tərəfindən X6 barəsində tərtib olunmuş inzibati xəta haqqında MN №1554206 saylı protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında protokolda göstərilir ki, X13 xx.xx.2022-ci il tarixdə X8 az miqdarda maddi ziyan vurmuşdur. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN № ******* nömrəli, xx.xx.2023-cü il tarixli həmin protokol tərtib olunmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs X9 göstərdi ki, o, Xəzər rayonu, Binə qəsəbəsi, nömrəsiz ünvanda fərdi mağaza tikdirmək ücün usta kımi tanıdığı İntiqam ilə razılaşmışdır. Bundan sonra İntiqam və yanında olan Ziyafət və Rəşad onun obyektində tikinti işləri, yəni obyektin üst çardax hissəsini vurmağa başlamışlar. O, qadın olduğu üçün tikintini bilmədiyinə görə İntiqam bütün tikinti materillarını özü alıb gətirmiş və tikinti işlərinə başlamışdır. O, ümumilikdə həmin tikinti üçün qeyd etdiyi ustalara 2500 manat pul ödəmişdir. Tikinti işləri yekunlaşdıqdan bir müddət sonra vurulmuş damdan su axmış və o, bu barədə ustalara məlumat vermişdir. Bundan sonra o, qonşuluqda yaşayan Ziyafətin ev ünvanına gedərək həmin vurmuş olduqları damın yarasız olduğunu, ya düzəltmələrini ya da pulunun qaytaramasını istədikdə Zifayətlə aralarında yaranmış mübahisəz amanı Ziyafət onun ünvanına nalayiq söyüşlər söymüş və sillə ilə üzündən vurmuşdur. O, hadisə zamanı ciddi xəsarət almamışdır. Onun hal-hazırki tələbi onun obyektinin dam hissəsinin yenidən təmir edilməsi və ya ona dəymiş olan maddi ziyanın ödədilməsidir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 göstərdi ki, o, Natella xanımın evində dam ustası kimi işləmişdir. Onun alıb verdiyi tikinti materiallarından istifadə etmişdir. O, Natellaya heç bir material aldırmamış, onun özünün almış olduğu və istifadə olunmuş materiallarla damı vurmuşdur. Bunun müqabilində o, onunla 450 manata razılaşmışdır. Həmin puldan isə ona 300 manatı verilmiş,150 manat isə verilməmişdir. İş qutardıqdan bir müddət sonra isə Natella onun yaşadığı evə gələrək səs-küy salmağa başlamış və işi yaxşı görmədiyimi, damdan su axdığını bildirmiş, səs küy salmağa başlamış, heç bir səbəb olmadan onu təhqir etmişdir. O, ona qarşı heç bir pis söz istifadə etməmiş, onu söyməmiş, təhqir etməmiş, nə də ki, ona qarşı heç bir fiziki güc göstərməmişdir. Bütün bunların nəzərə alınmasını və barəsində inzibati işin icraatına xitam verilməsini xahiş etdi. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarın surətindən görünür ki, baş vermiş hadisə ilə bağlı HK-1/158 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilərək X6 barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə protokol tərtib edilməsi məqsədimüvafiq hesab edilmişdir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, X4 hərəkətlərində Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqdainzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Qeyd: Bu maddədə “az miqdar” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Məhkəmə iclasında X6 tərəfindən X8 məxsus əmlakın qəsdən məhv edərək maddi ziyan vurması faktı öz təsdiqini tapmır. Belə ki, təhqiqatçısı X4 əməlinə X8 məxsus əmlaka qəsdən ziyan vurmaqla törədilməsi kimi qiymət verərək inzibati protokol tərtib etməklə məhkəməyə baxılması üçün göndərmişdir, lakin məhkəmə araşdırması zamanı müəyyən olunur ki, X4 əməlində inzibati xəta mövcud deyil, tərəflər arasında münasibət mülki xarakter daşıyır. Belə ki, X6 X1 görə ona məxsus qeyri-yaşayış obyektinin damını vurmuşdur. Natella xanımın alıb verdiyi tikinti materiallarından istifadə etmişdir. İş qutardıqdan bir müddət sonra isə Natella onun yaşadığı evə gələrək səs-küy salmağa başlamış və işi yaxşı görmədiyini, damdan su axdığını bildirmişdir. Göründüyü kimi Z.Hüseynovun hərəkətlərində özgənin əmlakının qəsdən məhv edilməsi məhkəmə iclasında sübuta yetmir. Şikayətçi görülən işin keyfiyətsizliyi nəticəsində dəyçiuş ziyanın ödənilməsini xahiş edib. Eyni zamanda məhkəmə qeyd edir ki, təhqiqatçı Ş.Babayev tərəfindən aparılmış araşdırma zamanı heç bir şahid ifadəsi olmadan və hansı əsaslarla X4 əməlində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinin yarandığını əsaslandırmadan, işin faktiki hallarına düzgün hüquqi qiymət verməyərək, şəxsi mülahizələrə və ehtimallara əsaslanaraq, onun barəsində əsassız olaraq həmin maddə ilə inzibati xəta haqqında protokol tərtib edilməli olduğunu göstərmişdir. Həmçinin Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsi ilə məsuliyyətin yaranması üçün təqsirli şəxsin əməlində qəsd olmalıdır. İXM-nə əsasən Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmçinin İXM-nə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi həmin maddə ilə məsuliyyətin yaranması üçün təqsirli şəxsin əməlində qəsd olmalıdır. Hazırki halda X4 hərəkətlərində özgənin əmlakını qəsdən zədələməsinin və məhv etməsinin mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmadı. Ona görə də məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, tərtib edilmiş inzibati xəta haqqında protokoldan və məhkəmə iclasında araşdırılan sübutlardan göründüyü kimi X4 hərəkətlərində özgənin əmlakını qəsdən məhv etməsi və ya kimi hallar mövcud deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə hesab edir ki, X4 özgənin əmlakına qəsdən zərər vurulması hər hansı sübutla öz təsdiqini tapmamışdır. Bu səbəbdən Z.Hüseynovun hərəkətlərində inzibati xəta tərkibi yoxdur, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Azərbaycan Respublikası İXM-in 53.0, 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, X6 barəsində Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsi ilə əlaqədar başlanmış inzibati xəta haqqında iş üzrə icraata, onun hərəkətlərində inzibati xəta tərkibi olmadığından, xitam verilməlidir. X2 izah olunmalıdır ki. mülkü məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55,114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair işin icraatına, onun hərəkətlərində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar