Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(003)-836/2025 21.05.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1, Zərərçəkmiş şəxs iştirakı ilə, X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 barəsində Bakı şəhəri Xəzər Rayonu DYPŞ-nin polis mayoru X4 tərəfindən 25 aprel 2025-ci il tarixində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında İXP seriyalı ******* nömrəli protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir, ondan ötrü ki, xx.xx.2025-ci il tarixdə saat 13:10 radələrində sürücü Zərərçəkmiş şəxs idarə etdiyi “Toyota” markalı **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə dayandığı Xəzər rayonu, Qala qəsəbəsi ərazisindən keçən, Mərkəz-Şəhər istiqamətindən, Zirə qəsəbəsi-Pirallahı rayon istiqamətində gedən yolun sağ kənarından sol tərəfə hərəkətə başlayıb, baş yola daxil olub saatda 5-10 km sürətlə daxil olub və bu vaxt onunla eyni istiqamətdə və eyni zolaqda bir qədər arxada saatda 50-55 km sürətlə hərəkət edən sürücü X1 idarə etdiyi “Kia” markalı **-TL-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ qanadının qabaq tərəfi “Toyota” markalı avtomobilin arxa sol qanadının arxa tərəfinə çırpılıb, zərbədən “Kia” markalı avtomobil aşmışdır və yol nəqliyat hadisəsi baş vermişdir. Məhkəmə iclasında iştirak etmiş X2 izahatında bildirmişdir ki, 29 yanvar 2025-ci il tarixdə idarə etdiyi Kia markalı avtomobil ilə hərəkətdə olan zaman onun hərəkət zolağına yolun kənarında dayanmış bir avtobilin daxil olmasını görmüş, onların arasında ara məsafəsi təxminən 15 metr olmuşdur. Məsafə yaxın olduğundan toqquşmadan yayınmaq üçün avtomobili sol tərəfə yönəltsədə onun idarə etdiyi avtomobilin qağ qabaq qanadı “Toyota” markalı avtomobilin arxa sol qanadına çırpıldı.Nəticədə ona məxsus avtomobil aşdı. Məhkəmə iclasında iştirak etmiş Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, 29 yanvar 2025-ci il tarixdə avtomobili ilə hərəkətdə olan zaman mağazaya düşmək qərarına gəlmişdir. Bu səbəbdən avtomobilini saxlamış və mağazaya düşmüşdür. Mağazadan qayıtdıqdan sonra avtomobili sol tərəfə hərəkətə gətirib baş yola yolun 1-ci zolağına daxil olub saatda 5-10 km surətlə yolun sağdan birinci zolaqda hərəkət edirdi. Bu zaman onun idarə etdiyi avtomobilin arxa sol qanadının arxa tərəfinə çırpılmışdır. Zərbədən avtomobili aşmışdır. Bakı şəhər Xəzər Rayon Polis İdarəsinin TŞ-nin təhqiqatçısı, polis mayoru Rəhim Allahverdiyev tərəfindən 18 aprel 2025-ci il tarixində qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən, X1 barəsində cinayət təqibinin başlanması rədd olunmuşdur. X1 əməlində Azərbaycan Respublikası İXM-nin 327.8 və 469-cu maddəsinin tərkib əlamətləri olduğundan, onun həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qəbul edilmiş qərarın surəti Xəzər RPİ-nin DYPŞ-nə göndərilmişdir. X1 barəsində Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsilə toplanmış material baxılması üçün Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. 01 may 2025-ci il tarixdə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə Azərbaycan Respublikası Xəzər Rayon Prokurorluğundan daxil olmuş məktubda qeyd edilmişdir ki, Bakı şəhər Xəzər RPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru Rəhim Allahverdiyev tərəfindən 18 aprel 2025-ci il tarixində qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın qanuniliyi məsələsinin yoxlanılması ilə əlaqədar materilın geri qaytarılması xahiş edilmişdir. Məhkəmə daxil olmuş məktubu nəzərə alaraq hesab edir ki, iş materialları baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 101.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edilərsə, dərhal inzibati xəta haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən bu inzibati xəta haqqında protokol (prokurorun qərar) tərtib edildiyi vaxtdan 48 saat müddətində hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Bundan əlavə X2 Bakı şəhər Xəzər RPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru Rəhim Allahverdiyev tərəfindən 18 aprel 2025-ci il tarixində qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsi barədə məhkəmə nəzarəti qaydasında şikayət verərək göstərmişdir ki, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qanunsuz və əsassız olaraq qəbul edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda və işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Beləliklə, Bakı şəhər Xəzər RPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru Rəhim Allahverdiyev tərəfindən 18 aprel 2025-ci il tarixində qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın qanuniliyi məsələsi hal-hazırda Bakı şəhəri Xəzər Rayon Prokurorluğunda araşdırıldığından, işə mahiyyəti üzrə baxılıb tamamlanması mümkün deyildir. Məhkəmə belə hesab edir ki, X1 barəsində toplanmış material natamam olduğundan və işə baxılıb tamamlamaq mümkün olmadığından həmin material Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinə qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 109-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə toplanmış material natamam olduğundan Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinə qaytarılsın. Sədrlik edən: Ramilə Xəzri
Məhkəmə qərarları › İş №3(003)-836/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №3(003)-836/2025
21.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver