Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-837/2021 23.06.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Bakı şəhəri Xəzər rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxx 1978-ci il tarixdə Cəbrayıl rayonunun Sarıcallı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, Cəbrayıl rayonunun Sarıcallı kəndində qeydiyyatda olan, Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi Çingiz Mustafayev adına düşərgədə məskunlaşmış Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikasının İXM-nin) 528.1-ci maddəsi ilə Xəzər rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq, müəyyən etdi: Bakı şəhəri Xəzər rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X7 tərəfindən tərtib olunmuş 08 iyun 2021-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokoldan göründüyü kimi, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2974/2013 saylı 02 dekabr 2013-cü il tarixli icra vərəqəsinə əsasən Şəxs 04 noyabr 2013-cü il tarixdən başlayaraq hər ay, 30 mart 2002-ci il təvəllüdlü X6 və 13 sentyabr 2004-cü ildə X1 ötrü, hər biri üçün 93 (doxsan üç) manat olmaqla, ümumilikdə 186 (bir yüz səksən altı) manat sabit pul məbləğində aliment tutularaq, X9 ödənilməsi, Şəxs 04 noyabr 2013-cü il tarixdən başlayaraq hər ay, 30 mart 2002-ci il təvəllüdlü X6 müalicəsi başa çatanadək, onun yetkinlik yaşına çatma anı keçməmək şərti ilə, müalicə xərcinin yarısı hesabına 25 (iyirmi beş) manat tutularaq, X9 ödənilməsi qət edilmişdir. Bundan başqa, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1913/2020 saylı 18 avqust 2020-ci il tarixli icra vərəqəsinə əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 02.12.2013-cü il tarixli, 2(003)-2974/2013 saylı qətnaməsi ilə cavabdeh Şəxs iddiaçı X4 xeyrinə tutulan alimentin miqdarı artırılmış, hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq 13 sentyabr 2004-cü il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxs aylıq qazancının (başqa gəlirlərinin) ¼ hissəsi miqdarında aliment tutularaq iddiaçı X4 xeyrinə ödənilməsi qət edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya göndərilmiş bildirişə, xəbərdarlıqlara baxmayaraq, o, borc məbləğini könüllü ödəməmiş, heç bir üzrlü səbəb olmadan Xəzər Rayon Məhkəməsinin 2(003)-2974/2013 saylı 02 dekabr 2013-cü il və Xəzər Rayon Məhkəməsinin 2(003)-1913/2020 saylı 18 avqust 2020-ci tarixli icra vərəqələrini tam icra etməkdən qərəzli olaraq yayınaraq icra məmurunun qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Xəzər rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X2 xəta haqqında protokolun məzmununa uyğun izahat verərək göstərdi ki, iki icra vərəqəsi üzrə hal-hazıra qədər borclunun tələbkara 1477 manat aliment borcu yaranmışdır. Məhkəmənin gedişində borclu 1477 manat aliment borcunu tam ödəmişdir. Bunun nəzərə alınaraq borclu barəsində qanuni qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, maddi vəziyyətində əvvəllər yaranmış çətinlikləri ilə bağlı borcunu tam ödəyə bilməmiş, lakin məhkəmənin gedişində 1477 manat aliment borcunu tamamilə ödəmişdir. Ona görə də onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş ödəniş qəbzlərinin surətlərindən görünür ki, borclu Şəxs tələbkar X4 hesabına məhkəmənin gedişində 1500 manat pul köçürmüşdür. Məhkəmə iclasında müəyyən olundu ki, Şəxs maddi vəziyyətində olan çətinlikləri ilə bağlı 1477 manat aliment borcunu tam ödəyə bilməmiş, lakin məhkəmənin gedişində 1477 manat aliment borcunu tamamilə ödəmişdir və tələbkara heç bir borcu qalmamışdır. Məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53,105, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – xx xxxx 1978-ci il tarixdə Cəbrayıl rayonunun Sarıcallı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, Cəbrayıl rayonunun Sarıcallı kəndində qeydiyyatda olan, Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi Çingiz Mustafayev adına düşərgədə məskunlaşmış Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №3(003)-837/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-837/2021
23.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver