Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-84/2025 27.01.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi ilə, xx.xx.1996-cı ildə Lerik rayonu, Şingədulan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Lerik rayonu, Şingədulan kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Xəzər rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Xəzər rayon Polis İdarəsi Dövlət X2 Şəxs Azərbaycan Respublikası İXMnin 327.8-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında iş materialları tərtib edilərək baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi, barəsində inzibati qaydada icraat aparılan şəxs və zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etməmirlər və iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə, inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin, barəsində inzibati qaydada icraat aparılan şəxsin və zərərçəkmiş şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə sübuta yetirilir. Belə ki, iş materiallarında olan: -cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, HK1-835 saylı material üzrə cinayət işinin başlanmasının AR CPM-nin 40.3-cü maddəsi ilə rədd edilməsi, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati tədbirlərin görülməsi məqsədilə qərarın surətinin Xəzər RPİ-nin DYPŞnə göndərilməsi qərara alınmışdır. Həmin qərardan görünür ki, xx.xx.2024-cü il il tarixdə, saat 22:10 radələrində Şəxs “KİA” markalı **-MB-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Zərərçəkmiş şəxs1 idarə etdiyi “Vaz-21015” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticələnən yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə Zərərçəkmiş şəxs1 sağlamlığına az ağır, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 isə sağlamlıqlarına yüngül dərəcəli xəsarət almalarına səbəb olmuşdur. -Xəzər RPİ-nin DYPŞ-nin polis leytenantı X1 tərəfindən tərtib edilmiş İXP ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində həmin maddə ilə protokol tərtib edilmişdir. -“Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” Publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli, 497 nömrəli ekspert rəyindən görünür ki, 1991-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar edilmiş xəsarətlər – alının və dilin əzilmiş yaraları, alının hematoması, sol baldırın sıyrıqları, döş sümüyünün sınığı küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun “X3” X5 müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2024-cü il tarixli yol-nəqliyyat hadisəsinə uyğun gələ bilər və sağlamlığın uzun müddət pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa az ağır zərər vurmaya aiddirlər. -“Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” Publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli, 1508 nömrəli ekspert rəyindən görünür ki, 1993-cü il təvəllüdlü Zərərçəkmiş şəxs2 bədəni üzərində aşkar edilmiş xəsarətlər – alın nahiyyəsinin əzilmiş yarası, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sol bud-çanaq oynağının və döş qəfəsinin yumşaq toxumalarının əzilməsi küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun “X3” X5 müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2024-cü il tarixli yol-nəqliyyat hadisəsinə uyğun gələ bilər və sağlamlığın uzun müddət pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. -“Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” Publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli, 1505 nömrəli ekspert rəyindən görünür ki, 1996-cı il təvəllüdlü Zərərçəkmiş şəxs3 bədəni üzərində aşkar edilmiş xəsarətlər – sol bazunun, kürək nahiyyəsinin qançırları, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan döş qəfəsinin yumşaq toxumalarının əzilməsi küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun “X3” X5 müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2024-cü il tarixli yol-nəqliyyat hadisəsinə uyğun gələ bilər və sağlamlığın uzun müddət pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. -“Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” Publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli, 1507 nömrəli ekspert rəyindən görünür ki, 2022-ci il təvəllüdlü Zərərçəkmiş şəxs4 bədəni üzərində aşkar edilmiş xəsarətlər – qapalı kəllə beyin travması, sağ göz almasının ağıl qişasının qansızması, sağ yanığın fluktasiyaedici hemotoması və qançırı küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun “X3” X5 müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2024-cü il tarixli yol-nəqliyyat hadisəsinə uyğun gələ bilər və sağlamlığın uzun müddət pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. -“Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” Publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli, 1506 nömrəli ekspert rəyindən görünür ki, 2023-cü il təvəllüdlü Zərərçəkmiş şəxs5 bədəni üzərində aşkar edilmiş xəsarətlər – qapalı kəllə beyin travması, alının fluktasiyaedici hemotoması küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun “X3” X5 müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2024-cü il tarixli yolnəqliyyat hadisəsinə uyğun gələ bilər və sağlamlığın uzun müddət pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. İşin araşdırılmış hallarından müəyyən edilir ki, xx.xx.2024-cü il tarixdə Xəzər rayonu ərazisində Şəxs təqsiri nəticəsində yol nəqliyyat hadisəsi baş vermiş və nəticədə Zərərçəkmiş şəxs1 az ağır dərəcəli bədən xəsarəti, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 isə yüngül dərəcəli bədən xəsarətləri almışdır. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” İş üzrə inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Qeyd olunanlara əsasən məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, 4 nəfər şəxsin sağlamlığa yüngül dərəcəli zərərvurmaya aid xəsarətlər almasını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Bu zaman onun ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını nəzərə alaraq məhkəmə hesab edir ki, onun nəqliyyat vasitələrini idarə etmə hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 34, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə bilinsin və onun nəqliyyat vasitələrini idarə etmə hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılsın. Qərardan, qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №3(003)-84/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-84/2025
27.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver