Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-840/2021 21.06.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi Məhkəmə iclasının katibi Şükürlü Murad Şahin oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxx 1996-cı il tarixdə Naxçıvan Muxtar Respublikasında doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Abşeron rayonu Masazır qəsəbəsi Yeni sahə ünvanında qeydiyyatda olan, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Atçılıq massivində yaşayan Şəxs barəsində Bakı şəhəri Xəzər rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 327.8-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Xəzər RPİ-dən daxil olmuş inzibati protokola əsasən Şəxs 15 may 2021-ci il tarixdə təxminən saat 12 radələrində etibarnamə ilə idarə etdiyi “MERCEDES- BENZ” markalı, “**-SL-***” dövlət qeydiyyat nişanlı avtomobillə Xəzər rayonu Binə qəsəbəsi Atçılıq yeni yaşayış massivi mərkəzi yol ilə Mərdəkan-Bakı şosesinə doğru yolun sağ zolağı ilə saatda təxminən 40-50 km/saat sürətlə hərəkət edərkən qarşısında markası və nömrə nişanını xatırlamadığı bir avtomobilin çox asta sürətlə hərəkət etdiyini görüb yolayrıcına çatmamış ötmə əməliyyatı edərək əks zolağa çıxmış və elə həmin an yolayrıcından sol tərəfdən manevr edərək sağa dönən “MERCEDES-BENZ” markalı avtomobili görərək öz zolağına qayıtmaq istəsə də həmin zolağ ilə avtomobil hərəkət etdiyindən bunu edə bilməmiş və nəticədə “MERCEDES-BENZ” markalı avtomobillə toqquşmuş, nəticədə həmin avtomobildə olan X2 yüngül dərəcəli bədən xəsarətləri almışdır. Hadisə ilə bağlı Bakı şəhəri Xəzər RPİ tərəfindən İXP ******* nömrəli, 15 may 2021ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək göstərdi ki, o, 15 may 2021-ci il tarixdə saat təxminən 12 radələrində etibarnamə ilə idarə etdiyi “MERCEDES-BENZ” markalı, **-SL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xəzər rayonu Binə qəsəbəsi Atçılıq yeni yaşayış massivi mərkəzi yol ilə Mərdəkan-Bakı şossesinə doğru yolun sağ zolağı ilə saatda təxminən 40-50 km/saat sürətlə hərəkət edərkən qarşısında markası və nömrə nişanını xatırlamadığı bir avtomobilin çox asta sürətlə hərəkət etdiyini görüb yolayrıcına çatmamış ötmə əməliyyatı edərək əks zolağa çıxmış və elə həmin an yolayrıcından manevr edərək sağa dönən X1 idarə etdiyi “MERCEDES-BENZ” markalı, “**-OS-***” dövlət qeydiyyat nişanlı avtomobilə çırpılmış, nəticədə X2 yüngül dərəcəli bədən xəsarətləri almışdır. Əməlindən peşmandır. Zərərçəkmiş şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilsə də, o, məhkəməyə gəlməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Azərbaycan Respublikası İXM-nin 62.4-cü maddəsinə əsasən işə məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. Müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş Məhkəmə-Tibbi Ekspertiza və X3-Təcrübi və Tədris Birliyinin 17 may 2021-ci il tarixli, 458 saylı rəyində görünür ki, X1 məhkəmə-tibb müayinəsinə əsasən onun bədənində aşkar olunmuş xəsarətlər – alının sıyrığı, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sağ diz oynağının yumşaq toxumasının əzilməsi küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən 15 may 2021-ci il tarixli yol-nəqliyyat hadisəsinə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa YÜNGÜL dərəcəli zərərvurmaya aiddir. İş materiallarına əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə 02 iyun 2021-ci il tarixli qərardan müəyyən olunur ki, Şəxs 15 may 2021-ci il tarixdə saat təxminən 12 radələrində etibarnamə ilə idarə etdiyi “MERCEDES-BENZ” markalı, **-SL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xəzər rayonu Binə qəsəbəsi Atçılıq yeni yaşayış massivi mərkəzi yol ilə Mərdəkan-Bakı şossesinə doğru yolun sağ zolağı ilə saatda təxminən 40-50 km/saat sürətlə hərəkət edərkən qarşısında markası və nömrə nişanını xatırlamadığı bir avtomobilin çox asta sürətlə hərəkət etdiyini görüb yolayrıcına çatmamış ötmə əməliyyatı edərək əks zolağa çıxmış və elə həmin an yolayrıcından manevr edərək sağa dönən X1 idarə etdiyi “MERCEDES-BENZ” markalı, “**-OS-***” dövlət qeydiyyat nişanlı avtomobilə çırpılmış, nəticədə X2 yüngül dərəcəli bədən xəsarətləri almışdır. Baş vermiş hadisə zamanı hər hansı bir cinayət tərkibi müəyyən olunmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs əməlindən peşman olduğu iş üzrə cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilir. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini nəzərə alıb, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alıb, Şəxsnın Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40, 43, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətinə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №3(003)-840/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-840/2021
21.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver