Məhkəmə qərarları › İş №3(003)-840/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-840/2023

10.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-840/2023 10.05.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi Məhkəmə iclasının katibi Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, X2 xx.xx.2000-ci il tarixdə Lənkəran rayonunun Ləj kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Lənkəran rayonunun Ləj kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Hövsan Südçülük sovxozunda fərdi evdə yaşayan barəsində Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 232-1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: X3 özgənin əmlakını qəsdən məhv edərək ona az miqdarda ziyan vurmuşdur. Belə ki, xx.xx.2023-cü il tarixdə vətəndaş Qanuni nümayəndə Kazım qızı Azərbaycan Respublikası DİN “102” xidmətinə zəng edərək və Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə ərizə ilə müaciət edərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 23:48 dəqiqədə Xəzər rayonu Binə qəsəbəsi Ə.İsazadə küçəsində yeləşən 9 saylı “OBA” marketin həyəcan siqnalının çalınması, naməlum şəxs və ya şəxslər tərəfindən marketin qapısının sındırdığını, lakin heç bir əşyanın oğurlanmadığını aşkar etmişdir. Baş vermiş hadisə nəticəsində marketə 100 (bir yüz) manat dəyərində maddi ziyan dəymişdir. Material üzrə izahatı alınmış X3 bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 23:48 radələrində “OBA” marketin yerdən tapdığı dəmir parçası ilə marketin qapısının qıfılını qırdığını, lakin heç bir əşya və ya pul oğurlamadığını bildirmişdir. Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin baş təhqiqatçısı, polis mayoru X1 xx.xx.2023-cü il tarixli qərarı ilə vətəndaş Qanuni nümayəndə Kazım qızının Azərbaycan Respublikası DİN “102” xidmətinə etdiyi müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, X2 əməlində Azərbaycan Respublikasının İXMnin 232-1-ci maddəsinin tərkib hissəsi yarandığından, barəsində inzibati tədbirlərin görülməsindən ötrü qəbul edilmiş qərarın surəti aidiyyəti üzrə əməkdaşa göndərilmişdir. Faktla əlaqədar Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin sahə inspektoru X4 tərəfindən xx.xx.2023-cü il tarixdə İnzibati xəta haqqında MN № ******* saylı Protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, barəsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 və Bakı şəhəri Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəblərini bildirməmişlər. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3 və 64-cü maddələrinə əsasən işə barəsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 və Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını araşdırıb hesab edirəm ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu, az miqdarda ziyan vurduqda inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdırıb, törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq X2 Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinin sanksiyasında nəzərdə cərimə növündə inzibati tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 25, 40, 43, 53,105, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X3 Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 100 (bir yüz) manat miqdarında cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar