Məhkəmə qərarları › İş №3(003)-846/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-846/2021

05.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-846/2021 05.07.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X9 X1 nümayəndəsi X6, Şəxs Firmasının müdiri X2 iştirakı ilə Şəxs Firmasının barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X9 X3 tərəfindən Azərbaycan Respublikası İXM-nin 228-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İnzibati xəta haqqında protokola əsasən Şəxs Firması Xəzər rayonu “Türkan-2” əhəngdaşı yatağından müvafiq icazə sənədi olmadan faydalı qazıntı hasilatı aparmışdır. Bu barədə Şəxs Firmasının barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X9 X1 yer təki fəaliyyətinin tənzimlənməsi və nəzarət şöbəsinin mütəxəssisi X7 tərəfindən 08 iyun 2021-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 228-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X9 X1 nümayəndəsi X8 göstərdi ki, 08 iyun 2021-ci iul tarixdə “Türkan-2” əhəngdaşı yatağında mişardaşı hasilatı aparan Şəxs Firmasının istifadəsindəki karxana sahəsinə qeyd olunan yatağın geoloji parametrlərinin qiymətləndirilməsi məqsədilə baxış keçirilmişdir. Baxış zamanı Şəxs Firması tərəfindən 2 ədəd daşkəsən kombayn və 2 ədəd şırımaçan vasitəsilə mişar daşı hasilatı aparıldığı müəyyən edilmişdir. Həmçinin, araşdırma zamanı firmanın bu sahədən faktiki olaraq mişar daşı hasilatı aparmaq üçün müvafiq icazə sənədi “Dağ-mədən ayırması” aktının mövcud olmadığı müəyyən edilmişdir. Eyni zamanda bildirdi ki, Şəxs Firmasına 15 may 2013-cü il tarixli, 00716 “Dağ-mədən ayırması” aktı ilə 28 ha sahə mişardaşı istehsalı məqsədilə 5 il müddətinə istifadəyə verilmiş və 15 may 2018-ci il “Dağ-mədən ayırması” aktının qüvvədə olma müddəti olma müddəti bitmişdir. Buna baxmayaraq, fəaliyyət davam etdirilir. Şəxs Firmasının tənbeh edilməsini xahiş etdi. Məhkəmə iclasında Şəxs Firmasının müdiri X4 göstərdi ki, “Dağ-mədən ayırması” aktının olmamasına səbəb dəfələrlə müraciət etməsinə baxmayaraq, Nazirlikdə dəyişliklərin olması bildirilərək müvafiq icazə verilməmişdir. Buna görə də fəaliyyətini dayandırmayaraq mişar daşı hasilatına davam etmişdir. Bu səbəbdən ədalətli qərar qəbul edilməsini xahiş etdi. X9 X1 nümayəndəsinin və Şəxs Firmasının müdirinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edirəm ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 228-ci maddəsinə əsasən lisenziya və ya icazə olmadan və ya həmin sənəddə nəzərdə tutulmuş şərtləri pozmaqla yerin təkindən istifadə etməyə görə-fiziki şəxslər altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdırıb, törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq Şəxs Firmasının Azərbaycan Respublikası İXM-nin 228-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 25, 40, 43, 53,105, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Firması Azərbaycan Respublikasının İXM-nin 228-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 5000 (beş min) manat miqdarında cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar