Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-847/2023 19.04.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, Xəzər rayon İcra şöbəsinin icra məmuru Şəfəq Neymətzadənin, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxxxxx 1992-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, deməsinə görə subay, işləməyən, əvvəllər inzibati məsuliyyətə cəlb olunan, ünvan 1 ünvanda qeydiyyatda olan, ünvan 219R-də yaşayan Şəxs haqqında Xəzər rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Xəzər rayon İcra şöbəsinin icra məmuru Şəfəq Neymətzadə tərəfindən tərtib olunmuş 19 aprel 2023-cü il tarixli inzibati xəta haqqında protokola əsasən borclu Şəxs Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli icra sənədlərinin icrasından qərəzli boyun qaçırmışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Xəzər rayon İcra şöbəsinin icra məmuru Şəfəq Neymətzadə göstərdi ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən qətnamə qanuni qüvvəyə mindiyi tarixdən Şəxs xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 154 manat sabit məbləğdə aliment və X2 3 yaşına çatanadək hər ay 30 manat məbləğində aliment tutularaq X3 ödənilməlidir. İcra sənədi üzrə icraata başlamaq haqqında xx.xx.2020-ci il tarixli qərar qəbul edilmiş, tələbin könüllü icrası barədə borcluya bildiriş göndərilmişdir. Bundan başqa borclunun əmlak vəziyyəti barədə sorğular verilmiş və Şəxs hər hansı bir əmlakının olmaması barədə cavablar alınmışdır. Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası CM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 gün müddətinə inzibati həbs olunmuşdur. Buna baxmayaraq, Şəxs yenə də heç bir ödəniş etməmiş və icra məmurunun çağırışlarına gəlmədiyinə görə yenidən barəsində xx.xx.2023-cü il tarixdə axtarış qərarı qəbul edilmişdir. Borclu bu gün saat 11:00-da polis əməkdaşları tərəfindən icra şöbəsinə gətirilmişdir. Borclu Şəxs bu günə olan borcu 6162 manat təşkil edir və tələbkar borcun ödənilməsini tələb edir. Bununla da Şəxs qeyd olunan icra sənədinin icrasından üzürsüz səbəbdən qəsdən boyun qaçırmışdır. Məhkəmə iclasında borclu Şəxs göstərdi ki, sənədləri qaydasında olmadığına görə heç bir yerdə işləməmiş və borcundan ödənişlər edə bilməmişdir. Yaxın vaxtda işə düzələrək 300 manat ödəniş edəcəyini, qalan borcu da hər ay hissə-hissə ödəyəcəyini bildirərək məhkəmə tərəfindən ona vaxt verilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə olunmuş Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli icra sənədindən görünür ki, qətnamə qanuni qüvvəyə mindiyi tarixdən Şəxs xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 154 manat sabit məbləğdə aliment və X2 3 yaşına çatanadək hər ay 30 manat məbləğində aliment tutularaq X3 ödənilməlidir. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Yasamal Rayon Məhkəməsinin icra sənədi üzrə icraata başlamaq barədə qərar qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadından görünür ki, Şəxs Xəzər rayon İcra şöbəsinə məcburi gətirilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2021, xx.xx.2021, xx.xx.2022, xx.xx.2023-cü il tarixli qərarlardan görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 gün müddətinə inzibati həbs olunmuşdur. Məhkəmədə müəyyən olundu ki, Şəxs icra sənədini heç bir üzürlü səbəb olmadan icra etməmişdir. O, icra məmurunun çağırışlarından yayındığına görə barəsində gətirilmə və axtarış qərarları qəbul edilmişdir. Bundan başqa, məhkəmədə müəyyən olundu ki, Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 gün müddətinə inzibati həbs olunmuşdur. Məhkəmə hesab edir ki, K.R.İbrahimiv məhkəmə qərarlarını qəsdən icra etməmiş, onun icrasından qərəzli olaraq boyun qaçırmış və o, Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdrıan və yüngülləşdirən halları müəyyən etmədi. Məhkəmə Şəxs şəxsiyyətini, icra sənədini heç bir üzürlü səbəb olmadan icra etməməsini nəzərə alıb hesab edir ki, onun barəsində cərimə cəzası tətbiq olunması məqsədə uyğun deyil, barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati həbs tətbiq olunmalıdır. Məhkəmədə müəyyən olundu ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2023-cü il tarixdə saat 11:00-da polis əməkdaşları tərəfindən şöbəyə gətirilmişdir. Məhkəmə hesab edir ki, Şəxs barəsində həbsetmənin əvvəli həmin vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 53, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə təqsirli bilinib 20 (iyirmi) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsetmənin əvvəli 19 aprel 2023-cü il tarixdən, saat 11:00-dan hesab edilsin. Qərarın icrası Xəzər rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-847/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-847/2023
19.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver