Məhkəmə qərarları › İş №3(003)-849/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-849/2023

26.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-849/2023 26.04.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi Məhkəmə iclasının katibi Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə Şəxs 01 noyabr 1986-cı il tarixdə ermənistan SSR-in masis rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri Xəzər rayonu Binə Atçılıq yaşayış massivində nömrəsiz fərdi evdə yaşayan barəsində Bakı şəhəri Xəzər rayon İcra şöbəsindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X6 tərəfindən tərtib olunmuş inzibati xəta haqqında 19 aprel 2023-cü il tarixli MN № ******* saylı protokoldan göründüyü kimi, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-876/2020 saylı 31 may 2020-ci il tarixli icra vərəqəsinə əsasən 15 dekabr 2016-cı il təvəllüdlü X8 və 08 yanvar 2016-cı il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün 24 yanvar 2020-ci il tarixdən başlayaraq cavabdeh Şəxs iddiaçı X5 xeyrinə hər ay hər uşağa görə 130 (bir yüz otuz) manat, cəmi 260 (iki yüz) altmış manat sabit pul məbləğində aliment tutulmalıdır. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs göndərilmiş bildirişə, xəbərdarlıqlara baxmayaraq, o, borc məbləğini könüllü ödəməmiş, hazırda 8380 (səkkiz min üç yüz səksən) manat aliment borcunun yaranmasına baxmayaraq, heç bir üzrlü səbəb olmadan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-876/2020 saylı 31 may 2020-ci il tarixli icra sənədini tam icra etməkdən yayınaraq icra məmurunun qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X1 xəta haqqında protokolun məzmununa uyğun izahat verərək göstərdi ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-876/2020 saylı 31 may 2020-ci il tarixli icra vərəqəsinə əsasən 15 dekabr 2016-cı il təvəllüdlü X8 və 08 yanvar 2016-cı il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün 24 yanvar 2020-ci il tarixdən başlayaraq cavabdeh Şəxs iddiaçı X5 xeyrinə hər ay hər uşağa görə 130 (bir yüz otuz) manat, cəmi 260 (iki yüz) altmış manat sabit pul məbləğində aliment tutulmalıdır. Borclu Şəxs icra məmurunun qanuni tələbini yerinə yetirməyərək indiyə qədər aliment ödəməməsi nəticəsində borc məbləği 8380 (səkkiz min üç yüz səksən) manata çatmışdır. Borclu Xəzər rayon İcra şöbəsinə gəlməkdən yayındığına görə 20 fevral 2023cü il tarixdə onun barəsində axtarış elan edilmişdir. 19 aprel 2023-cü il tarixdə borclu saxlanılaraq İcra şöbəsinə gətirilmiş və izahatı alınmışdır. İzahatında borclu işsiz olduğuna görə indiyə qədər heç bir ödəniş etmədiyini bildirmişdir. Görülmüş bütün tədbirlərə baxmayaraq, borclu qanuni qüvvədə olan məhkəmə qərarını indiyə qədər tam icra etməmişdir. Ona görə də borclu barəsində müvafiq inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, pandemiya ilə əlaqədar uzun müddət işsiz olduğuna görə aliment məbləğini ödəyə bilməmiş, buna görə də çağırışlardan yayınmışdır. Lakin borcu ödəməyin onun vəzifəsi olduğunu bilir və bundan yayınmır. 2023-cü ilin ilk 4 ayı ərzində hər ay müntəzəm olaraq 260 (iki yüz altmış) manat olmaqla cəmi 1040 (bir min qırx) manat, hazırkı məhkəmənin gedişində də 1000 (bir) min) manat aliment ödəmişdir və bunu təsdiq edən ödəniş qəbzlərini məhkəməyə təqdim edir. Bundan sonra da hissə-hissə olmaqla qalan borcunun tam ödənilməsini təmin edəcəkdir. Ona görə də onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli ödəniş qəbzlərindən görünür ki, Şəxs müntəzəm olaraq 260 (iki yüz altmış) manat olmaqla cəmi 1040 (bir min qırx) manat ödəniş etmiş, xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən göründüyü kimi isə daha 1000 (bir min) manat, ümumilikdə 2040 (iki min qırx) manat ödəniş etmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Şəxs müvəqqəti maliyyə çətinlikləri ilə əlaqədar ödənişlər edə bilməmiş, lakin 2023-cü ilin ilk 4 ayı ərzində və məhkənin gedişində ümumilikdə 2040 (iki min qırx) manat aliment ödəmiş, qalan məbləği də hissəhissə olmaqla müntəzəm surətdə tamamilə ödəyəcəyi barədə üzərinə öhdəlik götürmüşdür. Məhkəmə hesab edir ki, X2 hərəkətlərində Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 53,105, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar