Məhkəmə qərarları › İş №3(003)-851/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-851/2023

01.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-851/2023 01.05.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi Məhkəmə iclasının katibi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1994-cü il tarixdə Bakı şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Natəvan küçəsi, ev 83-də qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM-nin) 528.1-ci maddəsi ilə Xəzər rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq, müəyyənetdi: Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X4 tərəfindən tərtib olunmuş 19 aprel 2023-cü il tarixli inzibati xəta haqqında protokoldan göründüyü kimi, Şəxs xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2021 il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 193,0 (bir yüz doxsan üç) manat sabit pul məbləğində aliment tutularaq X2 ödənilməli, Şəxs xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2021 il təvəllüdlü X1 3 yaşına çatanadək yəni xx.xx.2024-cü il tarixədək saxlanması üçün hər ay 40,0 (qırx) manat sabit pul məbləğində aliment tutularaq X2 ödənilməli, Şəxs mediasiya sessiyası üçün ödənilmiş 50,0 (əlli) manat pul tutularaq X2 ödənilməli, Şəxs ödənilməli olan dövlət rüsumunun əvəzi olara 48,0 manat tutulara dövlət büdcəsinə ödənilməlidir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs göndərilmiş bildirişə, xəbərdarlıqlara baxmayaraq, o, heç bir üzrlü səbəb olmadan icra vərəqələrini icra etməkdən yayınaraq icra məmurunun qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X4 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək göstərdi ki, borclu heç bir üzrlü səbəb olmadan icra sənədlərini icra etməkdən qərəzli olaraq ən müxtəlif bəhanələrlə yayınmış, dəfələrlə axtarışda olmuş, bu gün Xəzər rayon İcra şöbəsinə gətirilmişdir. Görülmüş bütün tədbirlərə baxmayaraq, borclu qanuni qüvvədə olan məhkəmə qərarlarını indiyə qədər icra etməmiş, bu isə tələbkarların çoxsaylı şikayətlərinə səbəb olmuşdur. Borclu barəsində müvafiq inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, hazırda maddi vəziyyətində yaranmış çətinlikləri ilə bağlı icra vərəqəsi üzrə borcunu tam ödəyə bilmir. Borcu ödəməyin onun vəzifəsi olduğunu bilir, lakin maddi çətinlikləri borcunu tam ödəməyə hələlik imkan vermir, ona bir qədər müddət verilərsə, borcunu hissə-hissə ödəyə biləcəkdir. Hazırda o, xx.xx.2023-cü il tarixdə 280 manat ödəmişdir. O, bundan sonra da borcun hissə-hissə ödəyəcəkdir. Bütün bunların nəzərə alınmasını və barəsində inzibati işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində göstərilən əlamətlər olmadığından, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Həmin Məcəllənin 528.1-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyət yaradır. İş materiallarında olan Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-2018/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsindən görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2021 il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 193,0 (bir yüz doxsan üç) manat sabit pul məbləğində aliment tutularaq X2 ödənilməli, Şəxs xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2021 il təvəllüdlü X1 3 yaşına çatanadək yəni xx.xx.2024-cü il tarixədək saxlanması üçün hər ay 40,0 (qırx) manat sabit pul məbləğində aliment tutularaq X2 ödənilməli, Şəxs mediasiya sessiyası üçün ödənilmiş 50,0 (əlli) manat pul tutularaq X2 ödənilməli, Şəxs ödənilməli olan dövlət rüsumunun əvəzi olara 48,0 manat tutulara dövlət büdcəsinə ödənilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, borclu Şəxs borcundan 280 manat ödəmişdir. Məhkəmə hesab edir ki, Şəxs icra sənədlərinin icrasından qərəzli şəkildə boyun qaçırmamış və onun hərəkətlərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 30, 40, 43, 114- 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar