Məhkəmə qərarları › İş №3(003)-855/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-855/2023

20.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-855/2023 20.04.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi Məhkəmə iclasının katibi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Bakı şəhəri Xəzər RPİ 1-cü PŞ-nin sahə inspektoru Anar Əzizovun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, müdafiəçi-Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə xx.xx.1992-ci il tarixdə Lerik rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Lerik rayonu, Bibiyanı kəndində qeydiyyatda olan, Bakı şəhəri Xəzər rayonu Xaşa-xuna bağ massivi 001 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikasının İXM-nin) 535.1-ci və 510-cu maddəsi ilə Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsindən (bundan sonra mətndə Bakı şəhəri Xəzər RPİ 1-ci PŞ) daxil olmuş inzibati xəta haqqında protokola baxaraq, müəyyənetdi: 20 aprel 2023-cü il tarixdə Xəzər RPİ 1-ci PŞ-nin sahə inspektoru Anar Əzizov tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci və 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında MN № ******* və MN № ******* saylı protokollar tərtib olunmuşdur. Protokola əsasən 20 aprel 2023-cü il tarixdə Türkan qəsəbəsi ərazisində Şəxs sərxoş vəziyyətdə PPX əməkdaşlarının ünvanına nalayiq söyüşlər söymüş, xırda xuliqanlıq hərəkətləri edərək ictimai qaydanı pozmuşdur. O, nizam-intizama dəvət olunsa da buna məhəl qoymamış, polis əməkdaşlarının qanuni tələblərinə tabesizlik göstərmişdir. Məhkəmə iclasında Xəzər RPİ 1-ci PŞ-nin sahə inspektoru, polis mayoru Anar Əzizov protokolun məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İXM-nin 535.1-ci və 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək bildirdi ki, gecə saat 03 radələrində küçədə olan zaman polis əməkdaşları ona yaxınlaşmış və yoxlama aparacaqlarını bildirmişlər. O, polis əməkdaşlarına qarşı söyüş söyməmiş, hörmətsizlik etməmiş, tabesizlik göstərməmişdir. Hadisə vaxtı içkili olduğunu etiraf etdi. Məhkəmə iclasında müdafiəçi-Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X1 Şöhrət Bağır oğlunun barəsində tərtib olunmuş protokolun təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında şahid kimi ifadə vermiş Xəzər rayon Polis İdarəsinin PPX-nın bölüyü polis nəfəri X4 öz ifadəsində bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 03 radələrində Türkan qəsəbəsi ərazisində baş vermiş oğurluq hadisəsində şübhəli bilinən şəxslərə yaxınlaşmış, onların şəxsiyyətini müəyyən etmək istəyən zaman həmin şəxslər polis əməkdaşlarını söyərək təhqir etmişlər. Onları nizam-intizama dəvət etsələr də həmin şəxslər polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymamış, ümumi polis orqanın ünvanına nalayiq ifadələr işlətməyə davam etmişlər. Polis Bölməsində həmin şəxslərin Şəxs və R.Bayramov olduğu məlum olmuşdur. Məhkəmə iclasında şahid kimi ifadə vermiş Xəzər rayon Polis İdarəsinin PPX-nın bölüyü polis nəfəri X7 şahid X2 ifadəsinə oxşar, eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. Beləliklə, məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 510-cı maddəsinə əsasən Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 34.1-ci maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Şəxs eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) bir neçə inzibati xəta törətdiyindən, həmin xətalara dair işlərə baxılması məhkəmənin səlahiyyətinə aid olduğundan, bu halda həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edildiyindən məhkəmə hesab edir ki, Şəxs daha ciddi xətaya görə - Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə tənbehi ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. İş materiallanda olan 1/358 saylı xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Şəxs alkotesterlə aparılmış müayinəsi zamanı orta dərəcəli sərxoş vəziyyətdə olmuşdur. İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alıb, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” İş materiallarında olan 20 aprel 2023-cü il tarixli AZA 019811 tutma haqqında protokoldan görünür ki, Şəxs 20 aprel 2023-cü il tarixdə saat 03:30-da inzibati qaydada tutulmuşdur. Göründüyü kimi inzibati xəta törətmiş şəxs inzibati qaydada tutularaq bir gün müddətində həbsdə saxlanılmışdır. Bu xüsusata münasibət bildirərək məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxsə cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilərkən həmin tənbehin yuxarı həddinin dörddə üç hissəsindən aşağı miqdarda cərimə təyin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 30, 40, 43, 115- 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – xx.xx.1992-ci il tarixdə Lerik rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Lerik rayonu, Bibiyanı kəndində qeydiyyatda olan, Bakı şəhəri Xəzər rayonu Xaşa-xuna bağ massivi 001 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş İnzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 150 (yüz əlli) manat inzibati cərimə tənbehi tətbiq edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar