Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-86/2022 06.01.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, Xəzər rayon İcra şöbəsinin icra məmuru Elvin Fərzəliyevin, X1 nümayəndəsi X2, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxx 1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, 2 uşağı olan, işləməyən, deməsinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmayan, ünvan 1 ünvanda qeydiyyatda olan, faktiki olaraq ünvan 2 ünvanda yaşayan Şəxs haqqında Xəzər rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Xəzər rayon İcra şöbəsinin icra məmuru Elvin Fərzəliyev tərəfindən tərtib olunmuş 06 yanvar 2022-ci il tarixli inzibati xəta haqqında protokola əsasən borclu Şəxs Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli icra sənədinin icrasından qərəzli boyun qaçırmışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Xəzər rayon İcra şöbəsinin icra məmuru Elvin Fərzəliyev göstərdi ki, Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən aliment borcu artırılaraq Şəxs xx.xx.2016-cı il təvəllüdlü Bəhruz, xx.xx.2017-ci il təvəllüdlü Əli adlı uşaqlarının yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay 160 manat, cəmi 320 manat aliment tutulub X4 verilməlidir. Yasamal rayon İcra və Probasiya şöbəsinin İcra sənədi üzrə icraata başlamaq haqqında xx.xx.2020-ci il tarixli qərar qəbul edilmiş, tələbin könüllü icrası barədə borcluya bildiriş göndərilmişdir. Bundan sonra icra vərəqəsi Xəzər rayon İcra şöbəsinə göndərilmişdir. Onun tərəfindən borcluya bildirişlər göndərilmiş, telefonla əlaqələr saxlanılmış, lakin borclu müxtəlif bəhanələr gətirərək şöbəyə gəlməmiş və aliment borcundan heç bir ödəniş etməmişdir. Şəxs əvvəlki alimentdən də borcu yaranmış və hal-hazırda onun borcu 6440 manat təşkil edir. Bundan başqa borclunun əmlak vəziyyəti barədə sorğular verilmiş və Şəxs hər hansı bir əmlakının olmaması barədə cavablar alınmışdır. Borclu icra sənədi üzrə bu günədək heç bir ödəniş etmədiyinə və icra şöbəsinə gəlmədiyinə görə barəsində xx.xx.2021-ci il tarixdə axtarış qərarı qəbul edilmişdir. Borclu Şəxs bu gün saat 16:30-da polis əməkdaşları tərəfindən icra şöbəsinə gətirilmişdir. Bununla da Şəxs qeyd olunan icra sənədinin icrasından üzürsüz səbəbdən qəsdən boyun qaçırmışdır. Məhkəmə iclasında borclu Şəxs göstərdi ki, o, bir il əvvəl 4000 manatdan artıq aliment ödəmişdir. Lakin son vaxtlar işsiz olduğundan və imkansızlıqdan alimenti ödəyə bilməmişdir. Bu gün saat 16:00-da polis əməkdaşları onu valideynlərinə məxsus olan və Türkan qəsəbəsində yerləşən evdən icra şöbəsinə aparmışlar. Məhkəmədən ona alimentin ödənilməsi üçün vaxt verilməsini xahiş etdi. Məhkəmə iclasında X1 nümayəndəsi X5 göstərdi ki, borclu icra sənədi üzrə bu günə kimi heç bir ödəniş etməmişdir. Onun 6440 manat aliment borcu yaranmışdır. Borclu öz uşaqları ilə maraqlanmır, əlaqə saxlamır və maddi köməklik etmir. Borclu Şəxs barəsində hər hansı cəzanın verilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə olunmuş Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən aliment borcu artırılaraq Şəxs xx.xx.2016-cı il təvəllüdlü Bəhruz, xx.xx.2017-ci il təvəllüdlü Əli adlı uşaqlarının yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay 160 manat, cəmi 320 manat aliment tutulub X4 verilməlidir. İş materiallarına əlavə edilən Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, icra sənədi üzrə icraata başlamaq barədə qərar qəbul edilmişdir. İş materiallarında olan Xəzər rayon İcra şöbəsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. Məhkəmədə müəyyən olundu ki, Şəxs icra sənədi üzrə borcundan heç bir ödəniş etməmiş və hazırda onun borcu 6440 manat məbləğindədir. Bununla da, Şəxs icra sənədini heç bir üzürlü səbəb olmadan icra etməmişdir. Məhkəmə hesab edir ki, Şəxs məhkəmə qərarını qəsdən icra etməmiş, onun icrasından qərəzli olaraq boyun qaçırmış və o, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən halları müəyyən etmədi. Məhkəmə Şəxs şəxsiyyətini, icra sənədini uzun müddət ərzində heç bir üzürlü səbəb olmadan icra etməməsini, heç bir yerdə işləməməsini nəzərə alıb hesab edir ki, onun barəsində cərimə cəzası tətbiq olunması məqsədə uyğun deyil, barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati həbs tətbiq olunmalıdır. Məhkəmədə müəyyən olundu ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2022-ci il tarixə saat 16:00 radələrində polis əməkdaşları tərəfindən evindən Xəzər rayon İcra şöbəsinə gətirilmişdir. Məhkəmə hesab edir ki, Şəxs barəsində həbsetmənin əvvəli saxlanıldığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 115- 117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 20 (iyirmi) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsetmənin əvvəli 06 yanvar 2022-ci il tarixdən, saat 16:00-dan hesab edilsin. Qərarın icrası Xəzər rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət və ya protest verilə bilər. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-86/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-86/2022
06.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver