Məhkəmə qərarları › İş №3(003)-862/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-862/2023

26.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-862/2023 26.04.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Mirzəyeva Mahirə Bayaz qızının katibliyi ilə 11 oktyabr 2001-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, deməsinə görə subay, əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, №1 Çörək zavodunda nəzarətçi işləyən, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan Şəxs haqqında Azərbaycan Respublikası DİN-nin Xəzər RPİ-nin 1-ci PŞ-dən daxil olmuş inzibati xəta barədə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ÜƏ Y Y Ə N E T D İ : İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 25 aprel 2023-cü il tarixli protokola əsasən Şəxs 25 aprel 2023-cü il tarixdə saat 16:50 radələrində Xəzər rayonu, Mərdəkan qəsəbəsi, B.Əliyev küçəsində nalayiq söyüşlər söyərək ictimai qaydanı pozmuşdur. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan əməli törətmişdir. İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 25 aprel 2023-cü il tarixli protokola əsasən Şəxs 25 aprel 2023-cü il tarixdə saat 16:50 radələrində Xəzər rayonu, Mərdəkan qəsəbəsi, B.Əliyev küçəsində ictimai yerdə nalayiq söyüşlər söyərək polisin qanuni tələblərinə tabe olmamışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan əməli törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə özünü təqsirli bilərək göstərdi ki, Qarabağ müharibəsi qazisidir, başından travması vardır. xx.xx.2023-cü il tarixdə qardaşı X2 avtoqəza törətdiyinə görə polis əməkdaşları ilə aralarında anlaşılmazlıq baş vermişdir. Əsəbi olduğuna görə səs-küy salmış, polisə tabesizlik göstərmişdir. Əməlindən peşman olduğunu bildirərək yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindiilmiş Xəzər RPİ-nin İctimai Təhlükəsizlik şöbəsinin rəisi X3 göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 10:30 radələrində xidmətdə olarkən Mərdəkan qəsəbəsində yerləşən “Kapital Bank”ın yaxınlığında Şəxs və qardaşı X2 idarə etdikləri avtomobillə xidməti avtomobilin güzgüsünü vuraraq oradan uzaqlaşmışlar. O, bu barədə DYPŞ-nə məlumat vermişdir. Həmin gün axşam saatlarında şəxsi avtomobili ilə Binə qəsəbəsindən Mərdəkan istiqamətində hərəkətdə olarkən həmin avtomobili görüb sürücüyə maşını saxlamasını işarə etmişdir. Lakin sürücü avtomobili saxlamayaraq oradan uzaqlaşmışdır. Mərdəkan qəsəbəsi, B.Əliyev küçəsində yaşadığı evin yaxınlığnda onlar maşını saxlayıb düşərək səs-küy salmış, nalayiq söyüşlərlə onu və yanında olan polis əməkdaşı Mirrəvan Ağayevi söymüşlər. Şəxs və qardaşını nizam-intizama dəvət etmələrinə baxmayaraq, onlar öz əməllərini davam etdirmiş, hətta Şəxs onu vurmuşdur. Bundan sonra onlar efir vasitəsilə ƏÇPA-na məlumat verərək kömək çağırmış və köməyə gələn əməkdaşlar Şəxs və Tahir İbrahimov qardaşlarını Xəzər RPİ-nin 1-ci PŞ-nə aparmışlar. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. Belə ki, məhkəmədə müəyyən olundu ki, Şəxs 24 aprel 2023-cü il tarixdə Xəzər rayonu, Mərdəkan qəsəbəsi, B.Əliyev küçəsində nalayiq söyüşlər söyərək ictimai qaydanı pozmuşdur. Polis əməkdaşları onu nizam-intizama dəvət etmələrinə baxmayaraq o, öz əməllərini davam etdirmiş, hətta polis əməkdaşını vurmuşdur. İş materiallarına əlavə edilmiş ƏÇPA-nın əməkdaşları X5, X1 tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə təxminən saat 16:50 radələrində məlumat əsasında Mərdəkan qəsəbəsi, B.Əliyev küçəsinə gedərkən iki nəfər şəxsin ucadan nalayiq söyüşlər söyərək polis əməkdaşlarının qanuni tələblərinə tabe olmadıqlarını görmüşlər. Həmin şəxsləri nizam-intizama dəvət etmələrinə baxmayaraq onlar öz əməllərini davam etdirmiş, polis əməkdaşlarına qarşı nalayiq ifadələr işlədərək ətrafda olan sakinlərə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər etmişlər. Bundan sonra həmin şəxslər Xəzər RPİ-nin 1-ci PŞ-nə aparılmışlar. Məhkəmə Şəxs əməlləri etiraf etməsini yüngülləşdirici hal kimi qiymətləndirir. Məhkəmə Şəxs səlahiyyətli şəxslərin hüquqa zidd hərəkətini dayandırmasını tələb etdiklərinə baxmayaraq, bu hərəkətlərin davam etdirilməsini Azərbaycan Respublikası İXM-nin 33.1.1-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal kimi müəyyən edir. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Məhkəmə hesab edir ki, Şəxs eyni vaxtda öz hərəkətləri ilə iki inzibati xəta törətdiyindən daha ciddi xəta hesab olunan Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə tənbeh olunmalıdır. Cəza təyin edərkən məhkəmə Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alıb hesab edir ki, onun barəsində cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi məqsədə uyğun deyil və o, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh olunmalıdır. İş materiallarına əlavə edilmiş inzibati qaydada tutma haqqında protokoldan müəyyən olunur ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 20:00-da tutulmuşdur. Məhkəmə hesab edir ki, tutmanın əvvəli həmin vatxdan hesab olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 33.1.1, 34.3, 40, 43, 115, 117, 128-130 maddələrini rəhbər tutatarq, məhkəmə QƏRARA ALDİ : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) ay müddətinə inzibati həbs olunsun. İnzibati qaydada tutmanın əvvəli 25 aprel 2023-cü il saat 20:00-dan hesab edilsin. Qərarın icrası Xəzər rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsiilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar