Məhkəmə qərarları › İş №3(003)-865/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-865/2021

17.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-865/2021 17.06.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin sahə inspektoru, polis kapitanı X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxx 1984-cü il tarixdə Lerik rayonu Osnağakücə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, natamam orta təhsilli, işləməyən, Lerik rayonu Osnağakücə kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Südçülük Sovxozu yeni yaşayış sahəsi ünvanında yaşayan Şəxs barəsində Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Bölməsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası İXM-nin) 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs 17 iyun 2021-ci il tarixdə Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsində polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu barədə Şəxs barəsində Xəzər RPİ 3-cü Polis Bölməsinin sahə inspektoru polis kapitanı X2 tərəfindən 17 iyun 2021-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Xəzər RPİ 3-cü Polis Bölməsinin sahə inspektoru, polis kapitanı X2 göstərdi ki, 17 iyun 2021-ci il tarixdə, saat 03:10 radələrində Şəxs yanında azyaşlı uşaqla birlikdə sərxoş halda qışqıra-qışqıra Xəzər RPİ 3-cü PB-nin inzibati binasının həyətinə daxil olaraq ünvansız nalayiq ifadələr işlətmiş, başını divara çırparaq təxminən 30 dəqiqə polisin iş rejimini pozmuşdur. Şəxs dəfələrlə nizam-intizama riayət edilməsi bildirilsə də, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq hərəkətlərinə davam etmişdir. Bundan sonra, həmin şəxsin sərxoşluq dərəcəsini müəyyən etmək üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Narkoloji Mərkəzinə aparılmış, 1/1018 nömrəli, 17 iyun 2021-ci il tarixli protokoldan görünür ki, Şəxs alkoqol sərxoşluğunun dərəcəsi ortadır. Bu barədə raport tərtib edərək həmin şəxsin məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. 17 iyun 2021-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs məhkəmə iclasında törətdiyi inzibati xətanı etiraf edərək həmin əmələ sərxoş olduğu üçün azyaşlı uşağının sözünə inanıb dəqiqləşdirmə aparmadan və bunun nəticələrini dərk etmədən yol verməsini, əməlindən peşman olaraq polis əməkdaşlarından üzr istəyib bağışlanmasını xahiş etməsini, himayəsində üç azyaşlı uşağının olmasın göstərdi, bir daha belə əmələ yol verməyəcəyinə söz verdi, bütün bunların nəzərə alınaraq barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etdi. Beləliklə, müvafiq inzibati xətanın baş verməsi faktı barəsində inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin izahatı və inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlindən peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alıb, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 25, 40, 43, 115- 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – xx xxxxxx 1984-cü il tarixdə Lerik rayonu Osnağakücə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, natamam orta təhsilli, işləməyən, Lerik rayonu Osnağakücə kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Südçülük Sovxozu yeni yaşayış sahəsi ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş İnzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 200 (iki yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar