Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-866/2023 28.04.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, Xəzər rayon İcra şöbəsinin icra məmuru Elvin Fərzəliyevin, X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə Şəxs, 19 mart 1980-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, deməsinə görə ailəli, himayəsində 4 uşağı olan, təqaüdçü, əvvəllər inzibati məsuliyyətə cəlb olunan, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan Şəxs haqqında Xəzər rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Xəzər rayon İcra şöbəsinin icra məmuru Elvin Fərzəliyev tərəfindən tərtib olunmuş 28 aprel 2023-cü il tarixli inzibati xəta haqqında protokola əsasən borclu Şəxs Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci tarixli icra sənədinin icrasından qərəzli boyun qaçırmışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Xəzər rayon İcra şöbəsinin icra məmuru Elvin Fərzəliyev göstərdi ki, Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən 09 iyun 2020-ci il tarixdən başlayaraq Şəxs xx.xx.2006-cı il təvəllüdlü X3, xx.xx.2007-ci il təvəllüdlü X7, xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər uşağa görə hər ay 130 manat olmaqla, cəmi 520 manat məbləğində aliment tutularaq X5 ödənilməlidir. İcra sənədi üzrə xx.xx.2020-ci il tarixdə icraata başlamaq haqqında qərarlar qəbul edilmiş, tələbin könüllü icrası barədə borcluya bildiriş göndərilmişdir. Bundan başqa, borclunun əmlak vəziyyəti barədə sorğular verilmiş və Şəxs hər hansı bir əmlakının olmaması barədə cavablar alınmışdır. Borclu icra sənədi üzrə bu günə kimi heç bir ödəniş etməmişdir. Şəxs aliment borcunu ödəmədiyinə görə Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 20 (iyirmi) gün müddətə inzibati həbs edilmişdir. Borclu icra məmurunun çağırışlarına gəlmədiyinə görə barəsində xx.xx.2021, xx.xx.2021, xx.xx.2023-cü il tarixli axtarış qərarları qəbul edilmişdir. Borclu bu gün saat 11:00-da polis vasitəsilə icra şöbəsinə gətirilmişdir. Bununla da Şəxs qeyd olunan icra sənədinin icrasından üzürsüz səbəbdən qəsdən boyun qaçırmışdır. Məhkəmə iclasında borclu Şəxs göstərdi ki, 400 manat təqaüd alır, başqa gəlir yeri yoxdur. 4 aydır ki, aliment borcu onun təqaüdünə yönəldilmiş və 70% təqaüdündən pul tutulur. Bundan başqa onun aliment ödəmək imkanı yoxdur və məhkəmə tərəfindən bunun nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında tələbkar X8 göstərdi ki, 4 uşağa o, tək baxır. Uşağın biri anadangəlmə əlildir və 300 manat təqaüd alır. Həmin pulla uşaqların ehtiyaclarını ödəməkdə çətinlik çəkir. Borclu isə heç bir köməklik etmir, alimenti ödəməkdən də yayınır. Borcun tam olaraq ödənilməsini tələb edir, əks halda borclu Şəxs barəsində həbs cəzasının təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə olunmuş Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli icra sənədindən görünür ki, 09 iyun 2020-ci il tarixdən başlayaraq Şəxs xx.xx.2006-cı il təvəllüdlü X3, xx.xx.2007-ci il təvəllüdlü X7, xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər uşağa görə hər ay 130 manat olmaqla, cəmi 520 manat məbləğində aliment tutularaq X5 ödənilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2023-cü il tarixli qərarlardan görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 20 gün müddətinə inzibati həbs edilmişdir. Məhkəmədə müəyyən olundu ki, Şəxs icra sənədini heç bir üzürlü səbəb olmadan icra etməmişdir. O, icra məmurunun çağırışlarından yayındığına görə barəsində axtarış qərarları qəbul edilmişdir. Şəxs bu günə olan aliment borcu 15.600 manat təşkil edir. Məhkəmə hesab edir ki, Şəxs məhkəmə qərarını qəsdən icra etməmiş, onun icrasından qərəzli olaraq boyun qaçırmış və o, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən halları müəyyən etmədi. Məhkəmə Şəxs şəxsiyyətini, icra sənədini heç bir üzürlü səbəb olmadan icra etməməsini nəzərə alıb hesab edir ki, onun barəsində cərimə cəzası tətbiq olunması məqsədə uyğun deyil, barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati həbs tətbiq olunmalıdır. Məhkəmədə müəyyən olundu ki, borclu Şəxs bu gün saat 11:00-da polis əməkdaşları tərəfindən icra şöbəsinə gətirilmişdir. Məhkəmə hesab edir ki, Şəxs barəsində həbsetmənin əvvəli həmin vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 53, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 30 (otuz) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsetmənin əvvəli 28 aprel 2023-cü il tarixdən, saat 11:00-dan hesab edilsin. Qərarın icrası Xəzər rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-866/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-866/2023
28.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver