Məhkəmə qərarları › İş №3(003)-870/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-870/2023

07.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-870/2023 07.06.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Qəhrəman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2 qızının katibliyi, X1 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X4 Azərbaycan Respublikası DİN BDYPİ-nin inzibati tənbeh vermə haqqında 11 aprel 2023-cü il tarixli, EQ 13919040 saylı elektron qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: X7 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində DİN BDYPİ-nin inzibati tənbeh vermə haqqında 11 aprel 2023-cü il tarixli, EQ 13919040 saylı elektron qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X7 göstərdi ki, 11aprel 2023-cü il tarixdə idarə etdiyi **-DZ-*** nömrəli nəqliyyat vasitəsilə Bakı-Quba yolunun 9-cu km-dən sat 14:32 radələrində kamera vasitəsilə Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən protokol nömrəsi EQ 13919040 olan elektron cərimə gəlmişdir. **-DZ-*** nömrəli nəqliyyat vasitəsini o özü idarə edir, nəqliyyat vasitəsi ona məxsusdur. Axırıncı etibarnaməni atasına (X8) verdiyi üçün cərimə ona gəlmişdir. Yazılan elektron cərimənin qanunsuz olduğunu bildirmək üçün BDYPİ-nə 14 aprel 2023-cü il tarixdə elektron şikayət yazmışdır, lakin cəriməni ləğv etməmişlər. Səbəb kimi də ona heç bir əsas gətirməmişlər. O, haqsız yazılan bu cərimə ilə razı deyildir, çünki, yolların nişanlanmasında istifadə olunan 1.1 nişanlanma xəttini və 1.16.2 (eyni istiqamətli nəqliyyat axınlarını ayırır) adacığını kəsib keçməyi elektron cihazla qeydə alınmış şəkillərin heç birində yoxdur. Bundan başqa, o, yolda sonradan təmir-bərpa işləri aparılıb, yol genişləndirilib, yolda köhnə nişanlanma xətləri ilə yanaşı yeni nişanlanma xətləri də çəkilib. Şəkillərdə köhnə nişanlanma xətləri ilə təmirdən sonra çəkilən yeni nişanlanma xətlərinin bir-birinə qarışdığı tam aydın görünür. Elektron protokola əlavə edilən şəkillərin heç birində İXM-nin 327.1-ci maddəsində qeyd olunan qayda pozuntusunu əks etdirən görüntü yoxdur. Əlavə etmək istədiyi məqamlardan biri də budur ki, qayda pozuntusunu əks etdirən heç bir video görüntü asan pay kabinetinə yerləşdirilməmişdir. Bütün bunlar cərimənin əsassız yazıldığını göstərən faktlardır. Ona görə də şikayətinin təmin edilməsi haqqında qərar çıxarılmasını xahiş etdi. Qərarından şikayət verilən orqana - Azərbaycan Respublikası DİN BDYPİ-nə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilmiş, lakin Azərbaycan Respublikası DİN BDYPİ-nin nümayəndəsi heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərini bilirməmişdir. Azərbaycan Respublikası İXM-in 64.3-cü maddəsinə əsasən işə qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. Şikayət ərizəsini araşdırıb, şikayətçinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edirəm ki, şikayət təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN BDYPİ-nin inzibati tənbeh vermə haqqında 11 aprel 2023-cü il tarixli, EQ 13919040 saylı elektron qərardan görünür ki, baş vermiş inzibati xətanı törətməkdə X4 təqsirli olması müəyyən olunduqdan sonra onun barəsində 11 aprel 2023-cü il tarixli, EQ 13919040 saylı elektron protokol tərtib edilmiş, daha sonra həmin protokol əsasında X3 barəsində Azərbaycan Respublikası İXMnin 327.1-ci maddəsi ilə inzibati məsuliyyət müəyyən edən inzibati tənbeh vermə haqqında 11 aprel 2023-cü il tarixli, EQ 13919040 saylı elektron qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.2-ci maddəsində və ya 125.2.3-cü maddəsində (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər; 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və protestin isə təmin edilmədən saxlanılması barədə qərar qəbul edilir. Məhkəmə iclasında Orxan Nağıyev şikayətinin əsaslı olduğunu sübut edə bilmədi. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X3 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olmaması barədə şikayəti əsassızdır. Belə olan halda məhkəmə hesab edir ki, X4 şikayəti təmin edilməməli, Azərbaycan Respublikası DİN BDYPİ-nin inzibati tənbeh vermə haqqında 11 aprel 2023-cü il tarixli, EQ 13919040 saylı elektron qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X4 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası DİN BDYPİ-nin inzibati tənbeh vermə haqqında 11 aprel 2023-cü il tarixli, EQ 13919040 saylı elektron qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar