Məhkəmə qərarları › İş №3(003)-871/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-871/2022

23.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-871/2022 23.06.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM-nin) 503-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İnzibati xəta haqqında protokola əsasən “Poçt Göndərişlər” gömrük postundan daxil olmuş xx.xx.2022-ci il tarixli 34/020/010369 şöbəsində araşdırma başlanılmışdır. Belə ki "xxxx" MMC-nin ünvanına daxil olmuş ***-*******2 nömrəli aviaqaimə ilə müşayiət olunan poçt göndərişlərinə dair məlumatların təhlili və onlar barəsində həyata keçirilən gömrük nəzarəti əsnasında bir neçə risk hallarının mövcudluğu barədə şübhələr müəyyən edilmiş və risk qiymətləndirilməsi həyata keçirilmiş, aparılan gömrük baxışı zamanı "xxxx" MMCnin ünvanına yuxarıda qeyd edilən aviaqaimə əsasında gələn 243 ədəd bağlamadan 51 ədəd bağlamanın üzərindəki yol sənədində alıcı qismində qeyd olunmuş şəxs adları ilə göndərilənlərin üzərindəki nəqliyyat sənədlərindəki şəxs adlarının müxtəliflik təşkil etdiyi müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli 34/020/010369 nömrəli raportların araşdırılması ona həvalə olunduğu üçün müvafiq qanunvericiliyə uyğun olaraq tərəfindən araşdırma aparılmış və yuxarıda adları qeyd edilən şəxslərlə bağlamalardakı qeyd edilən mobil nömrələr vasitəsi ilə əlaqə saxlanılmış və izahat vermələri üçün HNBGİ Təhqiqat şöbəsinə dəvət edilmişdir. HNBGİ Təhqiqat şöbəsinə gələn Azərbaycan Respublikası vətəndaşı Şəxs, Ələkbər Qurbanov, Niyazi Yusifov, Ramilə Allahverdiyeva, Namiq Hüseynov, Kamran Kərimov, Samir Xosməmmədov, Asya Cavadova və Zəhra Camalova adlarına gələn bağlamaların ona məxsus olduğunu bildirmişdir. Şəxs izahatına əsasən müəyyən olunmuşdur ki, xx.xx.2022-ci il tarixli 34/020/010369 nömrəli raportda adları qeyd edilən Ələkbər Qurbanov, Niyazi Yusifov, Ramilə Allahverdiyeva, Namiq Hüseynov, Kamran Kərimov, Samir Xosməmmədov, Asya Cavadova, Zəhra Camalova adına gələn bağlamalar Şəxs məxsusdur və kommersiya xarakteri daşıyır. Həmin malların gömrük dəyəri 215,70 ABŞ dolları xx.xx.2022-ci il tarixinə olan məzənnəyə əsasən 366,69 manat təşkil etmişdir. Beləliklə, araşdırma nəticəsində Azərbaycan Respublikası vətəndaşı Şəxs kommersiya fəaliyyəti üçün nəzərdə tutulan malları Azərbaycan Respublikası gömrük sərhədindən istehsal və ya kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar kimi keçirdiyi məlum olmuşdur. Bu barədə Şəxs barəsində Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin böyük təhqiqatçısı, gömrük xidməti baş-leytenantı X1 tərəfindən 06 iyun 2022-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 503-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 503-cü maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilərək, protokolda yazılanlarla razı olduğunu, əməlindən peşman olduğunu bildirdi və ərizə ilə məhkəməyə müraciət edərək malların müsadirə edilməsini xahiş etdi. İş materiallarını araşdırıb hesab edirəm ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 503-cü maddəsinə əsasən istehsal və ya digər kommersiya fəaliyyəti üçün nəzərdə tutulan malların Azərbaycan Respublikasının gömrük sərhədindən istehsal və ya kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar kimi keçirilməsinə görə - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud onların dəyərinin otuz faizindən yüz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə Şəxs əməlini səmimi etiraf etməsini və peşman olmasını iş üzrə məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdırıb, törədilmiş inzibati xətanın xarakterini və Şəxs bağlamaların müsadirə olunmasını xahiş etməsini nəzərə alaraq, Şəxs Azərbaycan Respublikası İXM-nin 503-cü maddəsi ilə təqsirli bilinməli və həmin maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati xətanın obyekti olan inzibati xətanın bilavasitə obyekti olan mallar müsadirə olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 26, 40, 43, 115- 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 503-cü maddəsi ilə təqsirli bilinsin. İnzibati xətanın bilavasitə obyekti olan dəyəri 215,70 (iki yüz on beş, yetmiş) ABŞ dolları təşkil edən bağlamalar müsadirə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar