Məhkəmə qərarları › İş №3(003)-873/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-873/2024

04.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-873/2024 04.05.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən şəxs Xəzər RPİ-nin 1-ci PŞ-nin sahə rəisi X11, yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxslər X4 və qanuni nümayəndəsi X6, X1 və qanuni nümayəndəsi X2, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə 03 sentyabr 1995-ci ildə Şamaxı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, deməsinə görə ailəli, himayəsində 2 azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər inzibati məsuliyyətə cəlb olunmayan, Şamaxı rayonu, 1-ci Çaylı kəndində qeydiyyatda olan, faktiki olaraq Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ massivi nömrəsiz fərdi evdə yaşayan Şəxs haqqında Xəzər RPİ-nin 1-ci PŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 04 may 2024-cü il tarixli protokola əsasən Şəxs xx.xx.2024-cü il tarixdə Xəzər rayonu, Xaşa Xuna bağlar massivində azyaşlı qızlara qarşı nalayiq ifadələr işlətmişdir. Bununla da o, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Xəzər RPİ-nin 1-ci PŞ-nin sahə rəisi Nəbi Orucov göstərdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə Xəzər rayonu, Xaşa Xuna bağlar massivində azyaşlı qızlara qarşı nalayiq ifadələr işlətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək göstərdi ki, o, zərərçəkmiş şəxsləri tanımır, onları ilk dəfə polis şöbəsində görmüşdür. Barəsində deyilənlər şər və böhtandır. Ona cəza verilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxs X8 göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 21 radələrində dərsdən evə qayıdarkən qaranlıq küçədə, sonradan adını bildiyi Şəxs ona yaxınlaşaraq ünvanına nalayiq ifadələr işlətmiş, eyni zamanda mobil telefonunda olan nalayiq sözləri yüksək səslə ona eşitdirmişdir. Törətdiyi əmələ görə Şəxs ağır cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxs X5 göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 21 radələrində dərsdən evə qayıdarkən qaranlıq küçədə, sonradan adını bildiyi Şəxs ona yaxınlaşaraq ünvanına nalayiq ifadələr işlətmiş, eyni zamanda mobil telefonunda olan nalayiq sözləri yüksək səslə ona eşitdirmişdir. Bundan sonra onun ağzını tutub çantasına əl atanda onun əlini ağzından çəkərək qışqırmağa başlamışdır. Törətdiyi əmələ görə Şəxs ağır cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, məhkəmədə müəyyən olundu ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 21:00 radələrində Xəzər rayonu, Xaşa-Xuna bağlar massivində yetkinlik yaşına çatmayan X7 və X3 qarşı nalayiq ifadələr işlətmişdir. Məhkəmə Şəxs əməli etiraf etməməsini özünü müdafiə kimi qiymətləndirir. Məhkəmə Şəxs himayəsində iki azyaşlı uşağının olmasını məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən edir. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran halları müəyyən etmədi. Cəza təyin edərkən məhkəmə Şəxs şəxsiyyətini, törətdiyi əməlin ağırllığını, məsuliyyətini yüngülləşdirən halı nəzərə alaraq hesab edir ki, onun barəsində cərimə tənbeh növünün tətbiq edilməsi məqsədə uyğun deyil və onun barəsində Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tətbiq olunmalıdır. İş materiallarında olan inzibati qaydada tutma haqqında AZA №021655 protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 18:30-da tutulmuşdur. Məhkəmə hesab edir ki, həbsetmənin əvvəli həmin vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinib 5 (beş) gün müddətinə inzibati həbs olunsun. İnzibati qaydada tutmanın əvvəli 03 may 2024-cü il tarixdən saat 18:30-dan hesab edilsin. Qərarın icrası Xəzər rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar