Məhkəmə qərarları › İş №3(003)-874/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-874/2024

03.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-874/2024 03.06.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin xx.xx.2023-cü il tarixli, EQ/17004787 saylı inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X4 şikayət ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək Baş X6 İdarəsinin xx.xx.2023-cü il tarixli, EQ/17004787 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə, saat 06:48-də barəsində İnzibati Xətalar Məcəlləsinin 332.3-cü (nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsi) maddəsinə əsasən 300 manat miqdarında cərimə edilməyisinə dair elektron “qərar” qəbul edilmişdir. Qərar bugünə qədər rəsmi qaydada ona təqdim edilmədiyi kimi elektron kabinetə də yüklənilməmişdir. Hesab edir ki, həmin qərar qanunsuz və əsassız olduğundan ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, ilk növbədə onu qeyd etmək istəyir ki, həmin qərarın surəti ona 15 aprel tarixli müşayət məktubu ilə 17 aprel 2024-cü il tarixdə mail vasitəsi ilə gödərilmişdir. Qərar qüvvəyə minmiş və dəbbə pulu hesablandıqdan sonra nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmuşdur. Nəticədə belə bir qərarın mövcudluğundan Yol Patrul Xidmətinin əməkdaşlarının nəqliyyat vasitəsini saxladıqdan sonra məlumatı olmuşdur. Bundan sonra mobil telefonuna “sms radar” proqramı yüklədikdən sonra qərarın seriya və nömrəsini əldə etmişdir. Əlavə olaraq bildirir ki, sms-radar proqramında həmin elektron qərarlara əlavə edilmiş fotoşəkillərdən aydın olaraq görünür ki, nəqliyyat vasitəsi ümumiyyətlə hərəkət halında deyil, yol kənarında park edilmişdir. Yəni nəqliyyat vasitəsinin onun tərəfindən idarə edildiyini sübut edən hər hansı bir hal mövcüd deyildir. (Şəkil şikayətə əlavə olunmuşdur). Belə ki, nəqliyyat vasitəsi onun mülkiyyətində olduğundan o avtomobildə olarkən sürücülük hüququ olan hər bir şəxs tərəfindən nəqliyyat vasitənin idarə edilməsi tam olaraq qanunidir. Digər bir əsası da nəzərinizə çatdırır ki, onun mülkiyyətində olan **-HC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən istifadə edilməsinə dair "xxxx" MMC-yə xx.xx.2020-ci il tarixdə verilmiş və xx.xx.2027-ci il tarixədək qüvvədə olan etibarnamə mövcuddur və həmin etibarnamə üzrə yol vərəqəsi yazılmaqla istənilən şəxs həmin nəqliyyat vasitəsini qanuni olaraq idarə etmək səlahiyyətindədir. (Etibarnamə və yol vərəqəsinin surəti şikayətə əlavə edilmişdir). Beləliklə mövcud inzibati xəta haqqında qərar bu tələblər pozularaq qəbul olunmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-2094/2024 saylı qərardadına əsasən X1 şikayəti aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında şikayət vermiş şəxs X4 şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və izahatında bildirdi ki, “Mercedes Benz 300D” markalı **-XN-*** dövlət qeydiyyat nişanlı avtomobil əvvəllər ona məxsus olmuş və o, həmin avtomobili xx.xx.2018-ci il tarixdə Şahin adlı şəxsə satmışdır. Bundan sonra da bildiyinə görə həmin avtomobillər bir neçə şəxsə satılmışdır. Buna baxmayaraq həmin avtomobildən bağlı onun adına dəfələrlə cərimə yazılmışdır. Həmin cərimələrlə bağlı məlumatı son vaxtlar olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri lazımi qaydada məlumat verilməsinə baxmayaraq, inzibati qaydada qərar qəbul etmiş orqanın nümayəndəsi və şikayət vermiş şəxs məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, inzibati qaydada qərar qəbul etmiş orqanın nümayəndəsinin və şikayət vermiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş şikayət vermiş şəxs X4 şikayətini müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, iş materiallarını nəzərdən keçirdikdən sonra hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin xx.xx.2023-cü il tarixli saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməlidir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin xx.xx.2023-cü il tarixli saylı inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, EQ/17004787 nömrəli protokol əsasında X4, xx.xx.2023-cü il tarixində, saat 06:48-də Bakı şəhəri, Qala qəsəbəsi, Sülh küçəsində “Lexsus GS350” minik markalı, ** HC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini qanunvericliklə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməsinə və nəqliyyat vasitəsini idarə etmək hüququ hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqsliyyat vasitəsinin idarə edilməsinə görə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1-1 və 332.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 300 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. -AD 295287 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Lexus GS350” minik markalı, ** HC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi X2r. -xx.xx.2020-ci il tarixli etibarnamənin surətindən görünür ki, X4 tərəfindən “Lexus GS350” minik markalı, ** HC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin idarə etmək səlahiyyəti "xxxx" MMC-yə verilmişdir. Etibarnamənin qüvvədə olma müddəti xx.xx.2027-ci il tarixədəkdir. Həmçinin Elektron Məhkəmə İnformasiya sistemindən görünür ki, X3 xx.xx.2018-ci il tarixdə B,C kateqoriyası ilə, istifadə müddəti xx.xx.2028-ci il tarixədək sürücülük vəsiqəsi verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 61.1.9-cu maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının nömrəsi, inzibati xəta sürət həddinin aşılması ilə əlaqədar olduqda sürətölçən cihazın göstəricisi, inzibati xətanın törədilmə yeri və tarixi barədə məlumatlar göstərilməklə, inzibati xətanın törədildiyi anın fotoşəklini almaq hüquqları vardır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati tənbeh vermə haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati tənbeh vermə haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; Həmin Məcəllənin 122.1-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 339.1-1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə - əlli manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 332.3-cü maddəsinə əsasən Bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir. İşin araşdırılmış hallarından görünür ki, X4, xx.xx.2023-cü il tarixində, saat 06:48-də Bakı şəhəri, Qala qəsəbəsi, Sülh küçəsində “Lexsus GS350” minik markalı, ** HC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini qanunvericliklə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməsi və nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsi səbəbindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1-1 və 332.3-cü maddələri ilə təqsirli bilinərək barəsində 300 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. X1 şikayəti ondan ibarətdir ki, o, “Lexsus GS350” minik markalı, ** HC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx.xx.2020-ci il tarixdən etibarnamə əsasında idarə edilməsi üçün Rza Rentacar” MMC-yə vermiş, nəqliyyat vasitəsi hərəkətdə olduğu zaman deyil, park edilmiş vəziyyətdə olduğu zaman inzibati xətaların törədilməsi qeyd alınmışdır. Şikayətə baxılması ilə bağlı təyin edilmiş məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və X3 istinad edilən xətanın əsaslığına dair hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. İşin araşdırılmış hallarından isə müəyyən olunur ki, şikayət qismən əsaslıdır. Belə ki, iş üzrə müəyyən olunur ki, X1 xx.xx.2018-ci il tarixdən B,C kateqoriyası ilə, istifadə müddəti xx.xx.2028-ci il tarixədək sürücülük vəsiqəsi olmuşdur. Lakin inzibati xətanın törədildiyi vaxtı "Lexsus GS350” minik markalı, ** HC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin onun və ya başqa şəxs tərəfindən idarə edilməsi, həmin vaxtı onun sürücülük hüququnun məhdudlaşdırılması, nəqliyyat vasitəsinin qanunvericliklə müəyyən edilmiş müddətdə texniki baxışdan keçib-keçməməsi barədə halların iş materialları ilə müəyyən olunmur və bu barədə mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsi tərəfindən EQ/17004787 nömrəli protokol əsasında X4 barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və hazırki qərar inzibati xəta haqqında işə yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 115, 133 və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı Şikayət qismən təmin olunsun. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsi tərəfindən EQ/17004787 nömrəli protokol əsasında X4 barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və hazırki qərar inzibati xəta haqqında işə yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinə göndərilsin. Qərardan, qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar