Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-881/2024 22.05.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi Mehdiyeva Nigar Namizəd qızının katibliyi, X2 iştirakı ilə, X4 DİN Baş X12 İdarəsinin xx.xx.2023-cü il tarixli, EQ 17988035 saylı protokolu əsasında tərtib edilmiş 11 noyabr 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində qəbul edilmiş 11 noyabr 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X5 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.2023-cü il tarixində saat 12:20 radələrində etibarnamə ilə idarə etdiyi "Peugeot-406" minik markalı, **-KT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Buzovna qəsəbəsi, Ruhulla Axundov küçəsi, döngə 1 yolu ilə hərəkətdə olan zaman foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitəsinin köməyi ilə barəsində inzibati xəta aşkar edilmiş və 100 manat məbləğində cərimə yazılmışdır. EQ17629397 nömrəli protokola əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinmişdir. Nəticədə 100 manat cərimə pulu və 60 manat məbləğində dəbbə pulu olmaqla ümumillikdə 160 manat məbləğində pul ödəməli olduğu ilə bağlı inzibati tənbeh qərarı qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsinin dispozisyasında nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə 100 manat məbləğində cərimə tətbiq edilməsi nəzərdə tutulmuşdur. Qeyd etmək istəyir ki, onun təxminən 10 ildən artıqdır ki, sürücülük vəsiqəsi vardır. Hətta köhnə sürücülük vəsiqəsinin müddəti xx.xx.2024-cü il tarixində bitəcəyi üçün xx.xx.2024-cü il tarixində yeni sürücülük vəsiqəsi almışdır. Göründüyü kimi, heç bir əsas olmadan ona cərimə yazılmışdır. X13 əməkdaşından sürücülük vəsiqəsi olduğu halda, nə səbəbə İXM-nin 332.2-ci maddəsinə əsasən barəsində cərimə tətbiq olunduğunu soruşduqda, həmin istiqamətdə olan “radar”-da sürücülük vəsiqəsinin qeydiyyatda olmadığı, bu səbəbdən də cərimə yazıldığı kimi absurd bir cavab vermişdir. Belə olduğu təqdirdə aydındır ki, onun heç bir təqsiri yoxdur. Lakin o, heç bir təqsiri olmadığı halda, bu məsələyə görə dəfələrlə problem yaşamışdır. Bir il ərzində eyni hal artıq üçüncü dəfədir ki təkrarlanmışdır. Belə ki, xx.xx.2023-cü il tarixində saat 11:35 radələrində Pirşağı-Novxanı yolunda hərəkətdə olan zaman 112 nömrəli tam orta məktəbin qarşısında quraşdırılmış foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitənin köməyi ilə barəsində inzibati xəta aşkar edilmiş və 300 manat məbləğində cərimə yazılmışdır. EQ17980949 nömrəli protokola əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsində nəzərdə tutulmuş inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə 300 manat məbləğində cərimə pulu və 180 manat məbləğində dəbbə pulu olmaqla ümumillikdə 480 manat məbləğində pul ödəməli olduğu ilə bağlı inzibati tənbeh qərarı qəbul edilmişdir. Həmçinin sözügedən ünvanda xx.xx.2023-cü il tarixində saat 15:28 radələrində yenidən quraşdırılmış foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitənin köməyi ilə barəsində inzibati xəta aşkar edilmiş və ona 300 manat məbləğində cərimə yazılmış, EQ17988035 nömrəli protokola əsasən eyni maddə ilə 300 manat məbləğində cərimə pulu və 180 manat məbləğində dəbbə pulu olmaqla ümumillikdə 480 manat məbləğində pul ödəməli olduğu ilə bağlı inzibati tənbeh qərarı qəbul edilmişdir. Bu da onu deməyə əsas verir ki, barəsində inzibati tənbehǝ baxılarkən heç bir araşdırma aparılmadan qərar qəbul edilmişdir. Odur ki, həmin EQ17629397 nömrəli protokola əsasən qəbul edilmiş inzibati tənbeh qərarının ləğv edilməsi zərurəti yaranmışdır. Həmçinin qeyd etmək istəyir ki, barəsində qəbul edilmiş inzibati tənbeh haqqında qərarlardan heç bir məlumatı olmamışdır. X11 Polis əməkdaşları tərəfindən saxlanıldıqda və avtomaşının üzərində həbs olduğunu öyrəndikdə belə bir qərarın qəbul edildiyindən məlumatı olmuşdur. Belə ki, onun şəxsi kabineti yoxdur. Əvvəllər istifadə etdiyi (+99***-***-**-** olan) nömrəsində şəxsi kabineti var idi və giriş üçün istifadə etdiyi şifrəni unutduğu üçün artıq 5 ildən çoxdur ki, şəxsi kabinetinə daxil ola bilmir. Dəfələrlə "ASAN xidmət” mərkəzinə zəng edərək şəxsi kabinetinin bərpa edilməsini və hazırda istifadə etdiyi mobil nömrəsinə (+99***-***-**-**) yönləndirilməsini xahiş etsə də, bunun mümkün olmadığını bildirmişdirlər. Bu səbəbdən də bütün bildirişlər 5 ildən çoxdur ki, istifadə etmədiyi nömrəsinə yönləndirilir. Artıq həmin nömrə tanımadığı bir şəxsin istifadəsindədir. Odur ki, protokolların ona təqdim edilməsi üçün Xəzər Rayon X13 İdarəsinə dərhal müraciət etmişdir. Protokol ona xx.xx.2024-cü il tarixində rəsmi olaraq təqdim edilmişdir. Göstərilənləri nəzərə alaraq, o, EQ17988035 nömrəli protokola əsasən barəsində qəbul edilmiş 11 noyabr 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X5 şikayət ərizəsinin xüsusatlarına uyğun izahat verərək DİN Baş X12 İdarəsinin xx.xx.2023-cü il tarixli, EQ 17988035 saylı protokolu əsasında tərtib edilmiş 11 noyabr 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini, şikayətçinin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: DİN Baş X12 İdarəsinin polis polkovnik leytenantı X6 tərəfindən tərtib olunmuş 11 noyabr 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, X4 xx.xx.2023cü il tarixdə saat 15:28-də “Peugeot 406 minik” markalı, **-KT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşması və bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi əsas gətirilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1 və 332.3-cü maddələrinə əsasən 300 (üç yüz) manat məbləğində cərimə tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş AD109142 nömrəli sürücülük vəsiqəsindən görünür ki, xx.xx.2014-cü il tarixdən etibarən X1 vəsiqəsi mövcuddur və xx.xx.2024-cü il tarixədək etibarlıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 328.1-ci maddəsinə əsasən Yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə - on manat məbləğində cərimə edilir. 332.3-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir. Məhkəmə ilk olaraq X4 Bakı şəhəri X12 İdarəsinin 11 noyabr 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayət vermə müddətinin bərpası ilə bağlı məsələyə münasibətdə qeyd edir ki, barəsində qəbul edilmiş inzibati tənbeh haqqında qərarlardan heç bir məlumatı olmamışdır. X11 Polis əməkdaşları tərəfindən saxlanıldıqda və avtomaşının üzərində həbs olduğunu öyrəndikdə belə bir qərarın qəbul edildiyindən məlumatı olmuşdur. Belə ki, onun şəxsi kabineti yoxdur. Əvvəllər istifadə etdiyi (+99***-***-**-** olan) nömrəsində şəxsi kabineti var idi və giriş üçün istifadə etdiyi şifrəni unutduğu üçün artıq 5 ildən çoxdur ki, şəxsi kabinetinə daxil ola bilmir. Dəfələrlə "ASAN xidmət” mərkəzinə zəng edərək şəxsi kabinetinin bərpa edilməsini və hazırda istifadə etdiyi mobil nömrəsinə (+99***-***-**-**) yönləndirilməsini xahiş etsə də, bunun mümkün olmadığını bildirmişdirlər. Bu səbəbdən də bütün bildirişlər 5 ildən çoxdur ki, istifadə etmədiyi nömrəsinə yönləndirilir. Artıq həmin nömrə tanımadığı bir şəxsin istifadəsindədir. Odur ki, protokolların ona təqdim edilməsi üçün Xəzər Rayon X13 İdarəsinə dərhal müraciət etmişdir. X3 tərəfindən rəsmi olaraq xx.xx.2024-cü il tarixdə qəbul edilmişdir. Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan iyirmi gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Məhkəmə müddətin bərpasına dair vəsatəti üzrlü hesab edərək şikayətə mahiyyəti üzrə baxmağı qərara almışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 11 noyabr 2023-cü il tarixli, EQ seriyalı 17988035 saylı inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş 11 noyabr 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarda X4 “Peugeot 406 minik” markalı, **- KT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşdığı və bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətdiyi göstərilmiş və ona 300 manat məbləğində cərimə tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş AD109142 nömrəli sürücülük vəsiqəsindən görünür ki, xx.xx.2014-cü il tarixdən etibarən X1 vəsiqəsi mövcuddur və xx.xx.2024-cü il tarixədək etibarlıdır. İnzibati tənbeh vermə haqqında qərarın xx.xx.2023-cü il tarixdə tərtib edildiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, həmin qərarın tərtib olunmasına əsas olan EQ seriyalı 17988035 saylı inzibati xəta haqqında protokol əsassızdır. Həmçinin, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, 11 noyabr 2023cü il tarixli, EQ seriyalı 17988035 saylı inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş 11 noyabr 2023-cü il tarixli qərarda inzibati xətanın E.Y.Muradov tərəfindən törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Belə olan halda məhkəmə hesab edir ki, X4 barəsində 11 noyabr 2023-cü il tarixli, EQ seriyalı 17988035 saylı inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş 11 noyabr 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X4 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 328.1 və 332.3-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə belə hesab edir ki, X4 şikayəti təmin edilməli, DİN Baş X12 İdarəsi tərəfindən 11 noyabr 2023-cü il tarixli, EQ seriyalı 17988035 saylı inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş 11 noyabr 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X4 şikayəti təmin edilsin. DİN Baş X12 İdarəsi tərəfindən 11 noyabr 2023-cü il tarixli, EQ seriyalı 17988035 saylı inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş 11 noyabr 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ramilə Xəzri
Məhkəmə qərarları › İş №3(003)-881/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-881/2024
22.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver