Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-881/2025 20.05.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi ilə, xx.xx.1994-cü ildə Naxçıvan MR,Culfa rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-istintaq Baş İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-istintaq Baş İdarəsi tərəfindən tərtib edilmiş Şəxs Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməsi haqqında material baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və protokol tərtib etmiş orqan məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli, 10000/00032 saylı qərardaddan görünür ki, Şəxs təqsirləndirilir ondan ötrü ki, o, 15 avqust 2024-cü il tarixdə saat 02:40 radələrində J2 078 saylı İstanbul-Bakı aviareysi ilə Türkiyə Respublikasından Azərbaycan Respublikasına gələrkən dəyəri 630 manat təşkil edən 9 blok (90 qutu, 180 ədəd) "Marlboro silver blue" markalı tütün məmulatı olan siqaretləri, içərisi gözlə görünə bilən şəffaf rəngli sellofanla bükülü, bəzilərinin üzəri müxtəlif qaşlarla bəzədilmiş, sarı və gümüşü rəngli qızıla bənzər metaldan hazırlanmış, ümumi təqribi çəkisi 161 qram, dəyəri 21012,20 manat təşkil edən 5 ədəd qolbağı, 4 ədəd üzüyü, 3 ədəd kulonu, 4 cüt (8 ədəd) sırğanı, 1 ədəd sırğa təkini və dəyəri 16070 manat təşkil edən, hər birində 28 ədəd olmaqla, 4 ədəd konvalyutda üzərində "Xtandi 40 mg" yazısı olan 112 ədəd həbləri, 5 ədəd flakonda üzərində "Herceptin 150 mg yazısı olan toz halında məhlulu, 5 ədəd flakonda üzərində "KEYTRUDA 100 mg/4ml" yazısı olan maye halında məhlulu, 1 qutu üzərində "Opdivo 40 mg/4 ml" yazısı olan 1 ədəd flakonda maye halında məhlulu, 5 ədəd flakonda üzərində "Opdivo 100 mg/10 ml" yazısı olan maye halında məhlulu, 4 ədəd flakonda üzərində "Tecentrinq 1200 mg/20 ml" yazısı olan maye halında məhlulu, 2 ədəd flakonda üzərində "Truxima 50 mg/50 ml" yazısı olan maye halında məhlulu gömrük orqanına bəyan etməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 6/4251-6/4254-9/6914 №-li rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş qızıl-zinət əşyalarının ümumi dəyəri 21012,20 manat təşkil edir. Təqdim edilmiş məmulatlarda istifadədə olmanın səciyyəvi xüsusiyyətləri yoxdur. Qızıl-zinət əşyaları xx.xx.2024-cü il tarixli protokolla Dövlət Gömrük Komitəsinin xəzinəsinə təhvil verilmişdir. Həmin rəylə həmçinin görünür ki, tədqiqata təqdim edilmiş, adları qeyd edilən preparatların tərkibində "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarına və 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahılarına, habelə "Zəhərli maddələrin sıyahıları"na daxil olan maddələr müəyyən edilməmiş, ekspertiza tədqiqatına təqdim edilən preparatların Respublikada yerləşən apteklərdə satışı barədə məlumat olmadığından qiymətləndirmə aparılmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-7/1388-9/9616 №-li rəyindən görünür ki, "Marlboro silver blue" markalı, ştrix koduna görə (ilk üç rəqəmi 762) İsveçrə istehsalı olan filtrli siqaretin 1 qutusu 7 manat olmaqla, 90 qutusu 630 manat təşkil edir və həmin tütün məmulatlarının tərkibi standart tələblərinə uyğundur. İş materiallarında olan Azərbaycan Respublikasının Ticarət və Sənaye Palatası "Azərekspertiza" Birliyinin xx.xx.2024-cü il tarixli, 156 N№-li rəyindən görünür ki, tədiqata təqdim edilmiş dərman preparatlarının ümumi dəyəri 16070 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "X3" Publik hüquqi şəxsdən daxil olmuş xx.xx.2024-cü il tarixli 3-28-1/2-30708/2024 N№-li məktubdan görünür ki, "Dərman vasitələri haqqında" xx.xx.2006-cı il tarixli Azərbaycan Respublikası Qanunun 6.1-ci maddəsinə əsasən, bu Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, dərman vasitələrinin Azərbaycan Respublikasına idxalına, Azərbaycan Respublikası ərazisində istehsalına, satışına və istifadəsinə yalnız icazə verən orqan tərəfindən dövlət qeydiyyatına alındıqdan sonra yol verilir, dövlət qeydiyyatına alınmadığı üçün dərman vasitələrinin müalicə təyinatı barədə məlumat vermək mümkün deyil. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Hüquq normaları ictimai münasibətlərdən irəli gələn hüquq münasibətlərinin tənzimlənməsinin əsasını təşkil edir. Belə münasibətlərin reallaşdırılmasının özülü kimi qiymətləndirilən hüquq normaları özundə dövlətin iradəsini əks etdirir və hüquq subyektlərinin qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirir. Qeyd edilməlidir ki, fərdin hüquq normalarında nəzərdə tutulan tələb və göstərişlərə zidd davranışı ictimai zəruri və faydalı hesab edilməyən hərəkəti kimi hüquq pozuntusu olmaqla cəmiyyət və dövlət qarşısında muvafiq məsuliyyətin yaranması ilə nəticələnir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə görə Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.8-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hüquqi müəyyənliyə dair tələblər hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, qanunverici orqan tərəfindən hər hansı bir inzibati xətaya görə inzibati tənbeh növü müəyyən edilərkən Konstitusiyada öz əksini tapan qanunun aliliyinin tərkib hissəsi olan mütənasiblik və tarazlıq prinsipləri də nəzərə alınmalıdır.” Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs ümumi dəyəri 37.712 manat məbləğində malları gömrük orqanına mütləq bəyan etməli olduğu halda bəyan etməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən “İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Məhkəmə barəsində inzibati icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərək, törədilmiş inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halın olmasını nəzərə alaraq, X2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə Şəxsnın inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin – 37.712 manat məbləğin qırx faizi miqdarında, yəni 15.084,8 manat məbləğində cərimə edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası İXM-in 55.2-ci maddəsinə əsasən, fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Həmçinin 55.3 və 55.4-cu maddələrinə əsasən inzibati xətalar haqqında işlər üzrə məsrəflərin məbləği məsrəflərə aid olan çəkilmiş xərcləri təsdiq edən işə əlavə edilmiş sənədlər əsasında müəyyən edilir və məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. İş üzrə aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatlarının dəyəri olan 100 manat, məhkəmə-iqtisad ekspertiza tədqiqatlarının dəyəri olan 300 manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası İXM-in 77.3-cü maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. Azərbaycan Respublikası İXM-in 115.4-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda götürülmüş əşyalar və sənədlər barədə məsələlər aşağıdakı qaydada həll olunmalıdır: 115.4.1-ci maddəsinə əsasən dövriyyədən çıxarılmamış sənədlər və əşyalar onun qanuni sahibinə qaytarılmalı, qanuni sahibi müəyyən edilmədikdə isə dövlətin mülkiyyətinə verilməlidir. Qeyd olunanlara əsasən iş üzrə maddi sübut kimi tanınmış 04 ədəd “Xtandi 40 mg” markalı 112 ədəd həb, 5 ədəd flakonda “Herceptin 150 mg” məhlul, 5 ədəd flakonda “Keytruda 100 mg/4ml” məhlul, 1 qutu “Opdivo 40 mg/4 ml” 1 ədəd flakonda məhlul, 5 ədəd flakonda “Opdivo 100 mg/10 ml” məhlul, 4 ədəd flakonda “Tecentrinq 1200 mg/20 ml” məhlul, 2 ədəd flakonda “Truxima 50 mg/50 ml” məhlul, 5 ədəd “Herceptin 150 mg”, 1 ədəd “Xtandi 40 mg”, 10 ədəd “Keyrutda 100 mg/4 ml” boş dərman qutuları, 9 blok (90 qutu, 180 ədəd) “Marlboro silver blue” siqaret, ümumi çəkisi 161 qram olan 5 ədəd qolbaq, 4 ədəd üzük, 3 ədəd kulon, 4 cüt (8 ədəd) sırğa və 1 ədəd sırğa təki hazırki qərar qanuni qüvvəyə mindikdən və müvafiq rüsumlar ödənildikdən sonra sahibi Şəxs qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin (37.712,2 manatın) qırx faizi miqdarında, yəni 15.084,88 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İş üzrə maddi sübut kimi tanınmış 04 ədəd “Xtandi 40 mg” markalı 112 ədəd həb, 5 ədəd flakonda “Herceptin 150 mg” məhlul, 5 ədəd flakonda “Keytruda 100 mg/4ml” məhlul, 1 qutu “Opdivo 40 mg/4 ml” 1 ədəd flakonda məhlul, 5 ədəd flakonda “Opdivo 100 mg/10 ml” məhlul, 4 ədəd flakonda “Tecentrinq 1200 mg/20 ml” məhlul, 2 ədəd flakonda “Truxima 50 mg/50 ml” məhlul, 5 ədəd “Herceptin 150 mg”, 1 ədəd “Xtandi 40 mg”, 10 ədəd “Keyrutda 100 mg/4 ml” boş dərman qutuları, 9 blok (90 qutu, 180 ədəd) “Marlboro silver blue” siqaret, ümumi çəkisi 161 qram olan 5 ədəd qolbaq, 4 ədəd üzük, 3 ədəd kulon, 4 cüt (8 ədəd) sırğa və 1 ədəd sırğa təki hazırki qərar qanuni qüvvəyə mindikdən və müvafiq rüsumlar ödənildikdən sonra sahibi Şəxs qaytarılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz) manat məbləğində pul vəsaiti dövlət hesabından tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X1, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti dövlət hesabından tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X1, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə şikayət və protest verilə bilər. Sədrlik edən Emin Rüstəmov
Məhkəmə qərarları › İş №3(003)-881/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-881/2025
20.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver