Məhkəmə qərarları › İş №3(003)-884/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-884/2023

10.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-884/2023 10.05.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi Məhkəmə iclasının katibi Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə Şəxs xx xxxxxxxx 1997-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Südçülük- Tərəvəzçilik sovxozunda qeydiyyatda olan və Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Koroğlu küçəsi nömrəsiz fərdi evdə yaşayan barəsində Bakı şəhəri Xəzər rayon İcra şöbəsindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X2 tərəfindən tərtib olunmuş inzibati xəta haqqında 01 may 2023-cü il tarixli MN № ******* saylı protokoldan göründüyü kimi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(006)-1182 saylı xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 manat məbləğdə cərimə edilmiş, lakin o, indiyə qədər borc məbləğindən heç bir ödəniş etməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X4 xəta haqqında protokolun məzmununa uyğun izahat verərək göstərdi ki, icra sənədi İcra şöbəsinə daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilərək borclunun icra sənədi üzrə yaşadığı ünvana göndərilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya göndərilmiş bildirişə, xəbərdarlıqlara baxmayaraq, o, indiyə qədər borc məbləğindən heç bir ödəniş etməmiş, qeyd olunan icra sənədinin icrasından üzrsüz səbəbdən qəsdən boyun qaçırmışdır. Borclu Xəzər rayon İcra şöbəsinə gəlməkdən yayındığına görə 24 fevral 2023-cü il tarixdə onun barəsində axtarış elan edilmişdir. 01 may 2023-cü il tarixdə borclu saxlanılaraq İcra şöbəsinə gətirilmiş və izahatı alınmışdır. İzahatında borclu Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(006)-1182 saylı xx.xx.2021-ci il tarixli icra sənədi barədə heç bir məlumatının olmadığını bildirərək bu məsələdən indi xəbərdar olduğunu və həmin sənədi rəsmən aldıqdan sonra onun ləğvi barədə apellyasiya şikayəti verəcəyini bildirmişdir. Göründüyü kimi, görülmüş bütün tədbirlərə baxmayaraq, borclu qanuni qüvvədə olan məhkəmə qərarını indiyə qədər könüllü icra etməmiş, heç bir üzrlü səbəb olmadan həmin icra sənədini icra etməkdən yayınaraq icra məmurunun qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, o, indiyə qədər Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(006)-1182 saylı xx.xx.2021-ci il tarixli icra sənədi barədə heç bir məlumatı olmamışdır, həmin sənəd onun ünvanına göndərilməmiş və ya ona rəsmi qaydada təqdim olunmamışdır. O, belə bir sənədin mövcudluğu barədə yalnız 01 may 2023-cü il tarixdə saxlanılaraq İcra şöbəsinə gətirildikdən sonra xəbər tutmuş və icra məmuruna verdiyi izahatında bu məsələdən indi xəbərdar olduğunu və həmin sənədi rəsmən aldıqdan sonra onun ləğvi barədə apellyasiya şikayəti verəcəyini bildirmişdir. Həmin qərarı rəsmən aldıqdan sonra ona məlum olmuşdur ki, o, vergi uçotunda fiziki şəxs kimi müfafiq şəhadətnamə ilə uçotda olmasına baxmayaraq, ona vəzifəli şəxslər və hüquqi şəxslər üçün nəzərdə tutulmuş cərimə tətbiq edilmişdir. Hazırda həmin qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə apellyasiya şikayəti yazaraq Bakı Apellyasiya Məhkəməsinə göndərilməsindən ötrü 04 may 2023-cü il tarixdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə təqdim etmişdir, surətini indi məhkəməyə də təqdim edir. Hesab edir ki, o, inzibati xəta törətməmişdir. Ona görə də onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan Apellyasiya şikayətinin surətindən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(006)-1182 saylı xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə apellyasiya şikayəti yazaraq Bakı Apellyasiya Məhkəməsinə göndərilməsindən ötrü 04 may 2023-cü il tarixdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə təqdim etmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Şəxs indiyə qədər Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(006)-1182 saylı xx.xx.2021-ci il tarixli icra sənədi barədə heç bir məlumatı olmamışdır, həmin sənəd onun ünvanına göndərilməmiş və ya ona rəsmi qaydada təqdim olunmamışdır. O, vergi uçotunda fiziki şəxs kimi müfafiq şəhadətnamə ilə uçotda olmasına baxmayaraq, ona vəzifəli şəxslər və hüquqi şəxslər üçün nəzərdə tutulmuş cərimə tətbiq edilmişdir. Hazırda Şəxs həmin qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə apellyasiya şikayəti yazaraq Bakı Apellyasiya Məhkəməsinə göndərilməsindən ötrü 04 may 2023-cü il tarixdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə təqdim etmişdir. Məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 53,105, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar