Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-885/2020 22.09.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Bakı şəhəri Xəzər rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X2 iştirakları ilə xx xxxxx 1974-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikasının İXM-nin) 528.1-ci maddəsi ilə Xəzər rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq, müəyyən etdi: Bakı şəhəri Xəzər rayon İcra və Probasiya şöbəsinin icra məmuru X7 tərəfindən tərtib olunmuş xx xxxxxx 2020-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokoldan göründüyü kimi, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-89/2012 saylı xx xxx 2012-ci il tarixli icra vərəqəsinə əsasən xx xxxxxx 2012-ci il tarixdən başlayaraq xx xxxxxx 2005-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs hər ay 87 manat sabit pul məbləğində aliment tutulub X3 verilməlidir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya göndərilmiş bildirişə, xəbərdarlıqlara baxmayaraq, o, borc məbləğini könüllü ödəməmiş, heç bir üzrlü səbəb olmadan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-89/2012 saylı xx xxx 2012-ci il tarixli icra vərəqəsini tam icra etməkdən qərəzli olaraq yayınaraq icra məmurunun qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Xəzər rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 xəta haqqında protokolun məzmununa uyğun izahat verərək göstərdi ki, Xəzər Rayon Məhkəməsinin 2(003)-89/2012 saylı xx xxx 2012ci il tarixli icra vərəqəsinə əsasən xx xxxxxx 2012-ci il tarixdən başlayaraq xx xxxxxx 2005ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs hər ay 87 manat sabit pul məbləğində aliment tutulub X3 verilməlidir. Hal-hazıra qədər borclunun tələbkara 3233 manat aliment borcu yaranmışdır. Məhkəmənin gedişində borclu aliment borcundan 3100 manat ödəmişdir, ona görə də tələbkar ondan şikayətçi deyildir. Bunun nəzərə alınaraq borclu barəsində qanuni qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X6 göstərdi ki, Xəzər Rayon Məhkəməsinin 2(003)-89/2012 saylı xx xxx 2012-ci il tarixli icra vərəqəsinə əsasən xx xxxxxx 2012-ci il tarixdən başlayaraq xx xxxxxx 2005-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs hər ay 87 manat sabit pul məbləğində aliment tutulub ona verilməlidir. Hal-hazıra qədər borclunun ona 3233 manat aliment borcu yaranmışdır. Məhkəmə baxışı zamanı borclun ona 3100 manat ödəniş edərək qalan məbləği də yaxın zamanda ödəməyə çalışır. Ona görə də o, şikayətini geri götürür və bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edərək borclunun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, maddi vəziyyətində yaranmış çətinlikləri ilə bağlı borcunu tam ödəyə bilməmiş, lakin məhkəmə baxışı zamanı tələbkara 3100 manat ödəniş edərək onunla barışmış, qalan məbləği də yaxın zamanda ödəməyə çalışır. Yaxın vaxtlarda qalıq borcunun tam ödənilməsini təmin edəcəkdir. Ona görə də onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında müəyyən olundu ki, Şəxs maddi vəziyyətində olan çətinlikləri ilə bağlı 3233 manat borcunu tam ödəyə bilməmiş, lakin məhkəmənin gedişində qalıq borcundan 3100 manat ödəniş etmiş, qalan məbləği də yaxın vaxtlarda ödəyəcini vəd etmişdir. Məhkəmə hesab edir ki, Şəxsnın hərəkətlərində Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53,105, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – xx xxxxx 1974-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında yaşayan Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №3(003)-885/2020
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-885/2020
22.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver