Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-887/2020 28.08.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin (bundan sonra mətndə Xəzər RPİ 3-cü PB-nin) sahə rəisi, polis kapitanı X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxx 1975-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi 81-ci sahə 81 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Bölməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 535.1 və 211.2-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: xx xxxxxx 2019-cuil tarixdə Xəzər RPİ 3-cü PB-nin sahə rəisi, polis kapitanı X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1 və 211.2-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsinə dair inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. Protokollara əsasən X4 xx xxxxxx 2020-ci il tarixdə saat 11:20 radələrində Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Ə.İsazadə küçəsində Bərbər salonunda tənəffüz yollarını qoruyan vasitədən istifadə etməyərək epidemiya əleyhinə rejimin, sanitariyagigiyena və karantin rejiminin pozmuş, daha sonra polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında protokolları tərtib etmiş şəxs - Xəzər RPİ 3-cü PB-nin sahə rəisi, polis kapitanı X2 tərtib edilmiş protokolların məzmunlarına uyğun izahat verdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs məhkəmə iclasında törətdiyi inzibati xətanı etiraf edərək göstərdi ki, o, xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Ə.İsazadə küçəsində ona məxsus bərbərxanada 5 ədəd tibbi maska vardır. Maskanın üzündə olmamasının səbəbi səhlənkarlıq, məsuliyyətsizlik yox, bərbərxanada kimsənin olmaması olmuşdur. Həmin vaxt orada o və ondan 5 metr məsafədə aralıda olan bir nəfər şəxs olmuşdur. Maskanın üzündən çıxarması rahat nəfəs almasından ötrü olmuşdur. Həmçinin, həmin vaxt bərbərxananın qapı və pəncərələrini açmışdır ki, içəridə olan hava dəyişilsin. Bu zaman polis əməkdaşları içəri daxil olaraq ona maskadan istifadə etməməsini irad tutub epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejiminin pozmasını bildirmişlər. O, cavab olaraq maskanı yenicə çıxartdığını, otağın isə qapı və pəncərələrini açaraq havası dəyişdiyini bildirmişdir. Polis əməkdaşları maskanın üzündə olmasını bildirdikdə, o, təmiz havada nə səbəbə maska taxmalı olduğunu söylədikdə əməkdaşlar onun bu sualını sərt cavab kimi qələmə verib onu təhqir və təziqlə polis bölməsinə gətirmişlər. Orada bu məsələnin yuxarı orqanlar tərəfindən həll ediləcəyini və onu xeyrinə, yəni onun qanun pozuntusu etməməsi kimi nəzərə alacaqlarını bildirmişdir. Belə bir hadisənin baş verməsindən peşmandır, karantin rejimi zamanı uzun müddət işləmədiyinə görə maddi vəziyyəti ağırdır, bir daha belə əmələ yol verməyəcəyinə söz verir. Beləliklə, müvafiq inzibati xətanın baş verməsi faktı barəsində inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin izahatı və inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlini etiraf edərək peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alıb, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 25, 40, 43, 48-51, 75, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – xx xxxx 1975-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi 81-ci sahə 81 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş İnzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat miqdarında cərimə edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №3(003)-887/2020
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-887/2020
28.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver