Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-89/2023 13.01.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Barəsində inziabti xəta haqqında protokol tərtib oluan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 481-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Şəxs barəsində Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin rəis müavini gömrük xidməti polkovnik-leytenantı X3 tərəfindən 14 dekabr 2022-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 481-ci maddəsi ilə 00800-00308/22 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokola əsasən xx.xx.2022-ci il tarixli raportda göstərilmişdir ki, “Mover.az” poçt daşımaları şirkəti vasitəsi ilə X2 Azərbaycan Respublikasına ***- *******4 nömrəli aviaqaimə ilə Əhliman Qəhrəmanovun adına (ünvan: Saray qəs., İ.Hüseynov küç., ev 13) göndərilən, izləmə kodu MVRM********** olan poçt bağlamasında olan malın dəyəri (daşınma xərci ilə birlikdə 247,14 ABŞ dolları) internet resurslarında olan məlumatlarla müqayisə olunmuş, gömrük dəyərinin aşağı olmasında şübhə yarandığına görə sözügedən bağlama araşdırma aparılması üçün protokol əsasında götürülmüşdür. Faktla bağlı Əməliyyat və Təhqiqat İdarəsi Təhqiqat Şöbəsində araşdırma başlanılmış, Əhliman Qəhrəmanovun ünvanına məktub göndərilmiş və izahat verməsi üçün HNBGİİnin Təhqiqat şöbəsinə dəvət edilmişdir. Bundan əlavə, Əhliman Qəhrəmanovun bu məsələ ilə bağlı ətraflı izahatları alınması üçün ərazi üzrə Sumqayıt Baş Gömrük İdarəsinə məktub göndərilmişdir. Araşdırma zamanı Sumqayıt Baş Gömrük İdarəsində vətəndaş X1 və Şəxs izahatları alınmış və məlum olmuşdur ki, Əhliman Qəhrəmanovun adına göndərilən noutbuk Şəxs məxsusdur və invoys dəyərinin 649,99 ABŞ dolları olduğunu təsdiq edən xx.xx.2022-ci il tarixli invoys təqdim edilmişdir. Beləliklə, araşdırma nəticəsində müəyyən edilmişdir ki, X2 invoys dəyəri 649,99 ABŞ dolları olan bağlamanın sahibi Azərbaycan Respublikası vətəndaşı Şəxs tərəfindən malın gömrük sərhədindən keçirilməsi zamanı digər mala aid olan sənədləri təqdim etdiyi məlum olmuşdur. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 481-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin nümayəndəsinin iştirak etməmiş, məhkəmə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilərək, barəsində cərimə cəzasının tətbiq olunmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 481-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan ***-*******4 nömrəli aviaqaimədən görünür ki, izləmə kodu MVRM********** olan poçt bağlaması “Mover.az” poçt daşımaları şirkəti vasitəsi ilə X2 Azərbaycan Respublikasına Əhliman Qəhrəmanovun adına (ünvan: Saray qəs., İ.Hüseynov küç., ev 13) göndərilmişdir. Malın dəyəri daşınma xərci ilə birlikdə 247,14 ABŞ dolları kimi göstərilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli inviysdan görünür ki, malın dəyəri 649,99 ABŞ dolları təşkil edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 481-ci maddəsinə əsasən Malların və nəqliyyat vasitələrinin sənədlərdən və ya eyniləşdirmə vasitələrindən aldatma yolu ilə istifadə etməklə gömrük sərhədindən keçirilməsinə, yəni keçirilmə zamanı müvafiq icra hakimiyyəti orqanına gömrük məqsədləri üçün doğru olmayan məlumatları əks etdirən sənədlər, etibarsız sənədlər, yaxud digər mallara və nəqliyyat vasitələrinə aid olan sənədlər və ya eyniləşdirmə vasitələri təqdim edilməsinə, yaxud saxta eyniləşdirmə vasitələrindən istifadə edilməsinə görə, bu az miqdarda olduqda - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 479-cu maddəsinin “Qeyd” hissəsində deyilir ki, Bu Məcəllənin 479 - 481, 481, 482.2 və 482-1-ci maddələrində “az miqdarda olduqda” dedikdə, əlli min manatadək olan məbləğ başa düşülür. Məhkəmə iclasında müəyyən edildi ki, Şəxs tərəfindən malın gömrük sərhədindən keçirilməsi zamanı digər mala aid olan sənədləri təqdim etmiş və bu, az miqdarda olmuşdur. Beləliklə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 481-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetirildiyindən o, həmin maddə ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 16, 26.2, 40, 43, 48-50, 115, 117, 129-130 maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 481-ci maddəsi ilə təqsirli bilinsin inzibati xətanın bilavasitə obyekti olan malın dəyərinin (649,99 ABŞ dolları- 1 ədəd noutbuk) qırx faizi məbləğində - 260 (iki yüz altımış) ABŞ dolları məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Zaur Tağıyev
Məhkəmə qərarları › İş №3(003)-89/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-89/2023
13.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver