Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-892/2022 13.06.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ İŞ № 3(003)-892/2022 Surət Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakiminin X7 iş üzrə QƏRARİ 13 iyun 2022-ci il Bakı şəhəri Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Hava Nəqliyyatında Baş Polis İdarəsinin Hava NPİ-nin İctimai Təhlükəsizlik şöbəsinin baş inspektoru, polis baş leytenantı X1 və barəsində X7 iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxxx 1984-cü il tarixdə Kürdəmir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonunun Muradxan ərazi dairəsi Çöl ərəb kəndində qeydiyyatda olan, Bakı şəhəri Zabrat qəsəbəsi Məlikov küçəsi fərdi yaşayış evində yaşayan Şəxs barəsində Hava Nəqliyyatında Baş Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə tərtib edilmiş X7 protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs 13 iyun 2022-ci il tarixdə Heydər Əliyev adına X3 polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu barədə Şəxs barəsində Hava Nəqliyyatında Baş Polis İdarəsinin Hava NPİ-nin İctimai Təhlükəsizlik şöbəsinin baş inspektoru, polis baş leytenantı X2 tərəfindən 13 iyun 2022-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə MN ******* nömrəli X7 protokol tərtib olunmuşdur. Məhkəmə iclasında potokol tərtib etmiş şəxs - Hava Nəqliyyatında Baş Polis İdarəsinin Hava NPİ-nin İctimai Təhlükəsizlik şöbəsinin baş inspektoru, polis baş leytenantı X2 göstərdi ki, 13 iyun 2022-ci il tarixdə saat 03:30 radələrində Heydər Əliyev adına X4 1-ci Terminalın 1-ci mərtəbəsində bir nəfərin sərxoş halda yüksək tonla məlumat postunda xidmətdə olan xanım əməkdaşa qarşı kobudluq etmişdir. Həmin şəxsi nizamintizama dəvət etsə də, o, polisin qanuni tələblərinə riayət etməyərək əl-qol hərəkətləri ilə yayınmağa çalışmışdır. Bundan sonra, həmin şəxs Hava Nəqliyyatında Baş Polis İdarəsinə təhvil verilmiş, idarədə həmin şəxsin Şəxs olduğu müəyyən edilmişdir. Bu barədə raport tərtib edərək Şəxs məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. 13 iyun 2022ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə X7 protokol tərtib olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən Hava Nəqliyyatında Baş Polis İdarəsinin Hava NPİ-nin polis nəfəri, polis kiçik serjantı X6 göstərdi ki, 13 iyun 2022ci il tarixdə Heydər Əliyev adına X4 birinci terminalında xidmətdə olarkən saat 03:30 radələrində bir nəfərin açıq-aşkar sərxoş vəziyyətdə və yüksək tonlar məlumat postunda xidmətdə olan xanım əməkdaşa qarşı kobudluq etməsini görmüşdür. Həmin məlumat postuna yaxınlaşaraq həmin şəxsə iradını bildirirərək, nizam-intizama dəvət etmiş, lakin həmin şəxs onun ünvanına nalayiq ifadələr söyləyərək polisin qanuni tələblərinə riayət etməyərək əl-qol hərəkətləri ilə yayınmağa çalışmışdır. Buna görə də onlar məcbur qalıb həmin şəxsə fiziki qüvvə tətbiq edərək Polis İdarəsinə aparıb təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilən Hava Nəqliyyatında Baş Polis İdarəsinin Hava NPİ-nin polis nəfəri, polis baş serjantı X8 göstərdi ki, 13 iyun 2022-ci il tarixdə Heydər Əliyev adına X3 xidmətdə olan zaman birinci terminalın birinci mərtəbəsində xidmət aparan polis nəfəri Şahin Vəliyevin radiostansiya ilə növbə rəisi Ülvi Şahbazova məlumat verib, xidmət apardığı postda problem olduğunu və oraya yaxınlaşmaq lazım olduğunu eşidəndə o, dərhal həmin yerə yaxınlaşmışdır. Həmin postda bir nəfərin sərxoş halda polis nəfəri Şahin Vəliyevnən yüksək tonla qışqıraraq, əl jestləri və nalayiq sözlərlə danışmasını görmüşdür. Həmin şəxsi nizam-intizama dəvət etmələrinə baxmayaraq həmin şəxs buna məhəl qoymayaraq hərəkətlərinə davam etmişdir. Buna görə də onlar məcbur qalıb həmin şəxsə fiziki qüvvə tətbiq edərək Polis İdarəsinə aparıb təhvil vermişlər. Barəsində X7 iş üzrə icraat aparılan şəxs - Şəxs məhkəmə iclasında törətdiyi inzibati xətanı etiraf edərək göstərdi ki, o, 13 iyun 2022-ci il tarixdə İzmir-Bakı reysi ilə Heydər Əliyev adına X5 gəlmişdir. Yuxusuz və yorğun olduğu üçün təyyarədə spirtli içki olan “pivə” qəbul etmişdir. Təyyarədən enəndən sonra mobil telefonunun üzərində olmamasını, təyyarədə qalmasını zənn edərək 1-ci terminalın gözləmə zalında olan məlumat duracağına yaxınlaşmışdır. Orada xidmət aparan xanım bununla bağlı polis əməkdaşlarına müraciət etməli olduğunu bildirmişdir. Polis əməkdaşları ora yaxınlaşıb bununla bağlı idarəyə yaxınlaşıb ərizə ilə müraciət etməli olduğunu bildirmişlər. Bundan sonra onunla polis əməkdaşları arasında mübahisə yaranmışdır. Daha sonra onu Polis İdarəsinə gətirib təhvil vermişlər. Əməlindən peşmandır, bir daha belə əmələ yol verməyəcəyinə söz verir. İş materiallarında olan 1/1205 saylı, 13 iyun 2022-ci il tarixdə “Sərxoşluq hallarınınn bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Şəxs sərxoşluğunun dərəcəsi “orta” olmuşdur. Beləliklə, müvafiq inzibati xətanın baş verməsi faktı barəsində X7 protokol tərtib etmiş şəxsin izahatı və X7 protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Barəsində X7 iş üzrə icraat aparılan şəxsin əməlindən peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alıb, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 25, 40, 43, 115- 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Barəsində X7 iş üzrə icraat aparılan şəxs – xx xxxxxxx 1984-cü il tarixdə Kürdəmir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonunun Muradxan ərazi dairəsi Çöl ərəb kəndində qeydiyyatda olan, Bakı şəhəri Zabrat qəsəbəsi Məlikov küçəsi fərdi yaşayış evində yaşayan Şəxs Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 200 (iki yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №3(003)-892/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-892/2022
13.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver