Məhkəmə qərarları › İş №3(003)-899/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-899/2023

12.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-899/2023 12.05.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi Məhkəmə iclasının katibi Mirzəyeva Mahirə Bayaz qızının katibliyi ilə, Şəxs xx.xx.1955-ci il tarixdə Bakı şəhərndə doğulmuş, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi sahə № 25 ünvanda yaşayan barəsində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Bakı Regional İdarəsindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası İXM-nin) 552-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Bakı Regional İdarəsi tərəfindən tərtib edilmiş İnzibati xəta haqqında MN № ******* saylı xx.xx.2023-cü il tarixli protokola əsasən xx.xx.2023-cü il tarixdə saat 09:30-da Bakı şəhəri Xəzər rayonu Qala yolunda reyd zamanı sürücü Şəxs idarə etdiyi “İkarus” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qanunsuz sərnişindaşıma fəaliyyəti aşkar edilmişdir. Bununla əlaqədar Şəxs barəsində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Bakı Regional İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İXMnin 552-ci maddəsi ilə inzibati xəta haqqında MN № ******* saylı protokol tərtib edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Şəxs və Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Bakı Regional İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmişlər. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3 və 64-cü maddələrinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Bakı Regional İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını araşdırıb hesab edirəm ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Bakı Regional İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş Aktdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 09:30-da Bakı şəhəri Xəzər rayonu Qala yolunda reyd zamanı sürücü Şəxs idarə etdiyi “İkarus” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qanunsuz sərnişindaşıma fəaliyyəti aşkar edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 40 və həmçinin xx.xx.2009-cu il tarixli 71 saylı qərarlarının tələblərinə uyğunluğu yoxlanılmışdır. Yoxlama zamanı sürücü Şəxs qanunsuz, (yəni fərqlənmə nişanı olmadan) sərnişindaşıma fəaliyyəti aşkar edilmişdir. Sürücüyə törətdiyi inzibati xətanın mahiyyəti izah olunmuş və inzibati protokol tərtib olunacağı barədə xəbərdarlıq edilərək protokolla bağlı izahat vermək, protokola imza etməyi barədə xəbərdarlıq edilmiş, lakin sürücü Şəxs protokola imza etməkdən və onun surətini götürməkdən imtina etmişdir. Azərbaycan Respublikası İXM-nin 552-ci maddəsinə əsasən Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi orqanın (qurumun) əməkdaşının xidməti vəzifəsinin yerinə yetirilməsinə mane olmağa, o cümlədən qanunvericiliklə müəyyən olunmuş tələb olunan sənədlərin təqdim edilməməsinə görə əlli manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdırıb, törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq Şəxs Azərbaycan Respublikası İXM-nin 552-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 25, 40, 43, 53,105, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İXM-nin 552-ci maddəsində nəzərdə tutulmuş İnzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 50 (əlli) manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar