Məhkəmə qərarları › İş №3(003)-9/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-9/2022

01.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-9/2022 01.04.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsi Nümayəndə5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Azərbaycan X8 Agentliyi "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 iştirakları ilə Azərbaycan X8 Agentliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 01 iyun 2021-ci il tarixli protokola əsasən Xəzər rayonu, Şüvəlan yolu üzərində "xxxx" MMC-nə məxsus ərazidə olan quyuda (kollektor) toplanan suyu nasos vasitəsi ilə Xəzər dənizinə vurmuş, həmin sudan nümunələr götürüldükdə çirkab olduğu, zərərli maddələrinə miqdarı normadan artıq olmuşdur. Bununla da, "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 3(003)-910/2021 nömrəli, 30 iyul 2021-ci il tarixli qərarı ilə (Hakim Hüseyn Hüseynli) “Azərbaycan X8 Agentliyi 7 nömrəli Xüsusi təyinatlı yol istismarı” MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-2363/2021 nömrəli, 15 oktyabr 2021-ci il tarixli qərarı ilə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 3(003)-910/2021 nömrəli, 30 iyul 2021-ci il tarixli qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Qərarın ləğvi üçün əsas olaraq göstərilmişdir ki – yoxlama aktından görünür ki, monitorinq 31 may 2021-ci il tarixdə keçirilmiş, Azərbaycan X8 Agentliyi "xxxx" MMC tərəfindən kollektora kənar çirkab suların axıdılması barədə araşdırmaların aparılması və polis orqanlarına bu barədə məlumat verilməsi monitorinqdən sonra, yəni 02 iyun 2021-ci il tarixdən etibarən həyata keçirilmişdir ki, bu fakt da, özlüyündə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsin təqsirsiz olmasına əsas vermiş olmur. Bundan əlavə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən borudan dənizə çirkab su axıdılması faktı müəyyən olunsa da, həmin suyun mənbəyi müəyyən edilməmişdir. Bununla yanaşı, “Balıqqulağı” çimərliyində yerləşən yağış və drenaj suları kollektoruna üç boru birləşmiş, lakin o boruların yalnız birinin Azərbaycan X8 Agentliyi "xxxx" MMC-yə məxsus olması müəyyənləşdirilmiş, lakin həmin borunun Azərbaycan X8 Agentliyi "xxxx" MMC-yə aid olması barədə məhkəmə heç bir sənəd tələb edilməmiş, mütəxəssisin iştirakı ilə baxış keçirilməmiş və bu hal barədə ətraflı araşdırma aparılmamışdır. Həmçinin, digər iki borunun isə hansı müəssisəyə məxsus olub-olmaması faktı araşdırılmamışdır. Bundan başqa, birinci instansiya məhkəməsi Azərbaycan X8 Agentliyi "xxxx" MMC tərəfindən ona aid olan boru vasitəsilə axıdılan zərərli maddələrin normasını nizama salmaq üçün hansı vəzifələr daşımasını, eyni zamanda kollektor vasitəsilə daşınan suların ətraf mühitə buraxılması barədə təmizləyici qurğulardan istifadə edibetməməli olmasına qiymət verilməmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsi Nümayəndə5 göstərdi ki, Buzovna qəsəbəsinin “Əli ayağı” ziyarətgahı yaxınlığında olan dənizə düşən hissəsindən çimərliyə, sahil zolağına qəsəbədə formalaşan lay, drenaj sularının axıdılması məqsədilə bir müddət öncə azbes trubası (borularla) ilə çəkilmiş və dənizə yalnız qrunt sularının axıdılması təmin olunurdu. Lakin sakinlərin bildirdiyinə görə bir neçə gündür ki, bu borudan dənizə gün ərzində 3-4 dəfə kanalizasiya suları qoşularaq dənizə axıdılır. Araşdırma zamanı həqiqətən qeyd olunan borudan dənizə çirkab su axıdılması faktı müəyyən olunmuşdur. Əraziyə keçirilmiş vizual baxış zamanı həmin çirkab suyun haradan axıdılması mənbəyini müəyyən etmək mümkün olmamışdır. Sözügedən borudan axan sudan X9 Monitorinq İdarəsi əməkdaşları tərəfindən analizlər götürülmüşdür. Əraziyə baxış keçirilərkən kənar qoşulma müəyyən edilməmişdir. Götürülmüş nümunələrin çirkab tərkibi normadan artıq olduğu müəyyən olunmuşdur. Bununla bağlı 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən "xxxx" ASC-yə 26/540 saylı, xx.xx.2021-ci il tarixli məktub ünvanlanmışdır. Əraziyə keçirilən baxış zamanı çirkab suların mənbəyini müəyyən etmək mümkün olmamış, lakin, sakinlər bir neçə gündür ki, günün müxtəlif saatlarında həmin boru vasitəsilə çirkab suların dənizə axıdıldığını bildirmişdir. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində “Azərbaycan X8 Agentliyi 7 №-li Xüsusi təyinatlı yol istismarı” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus ərazidə olan quyuda (kollektor) toplanan suyu nasos vasitəsilə Xəzər dənizinə vurmuş, həmin sudan nümunələr götürüldükdə çirkab olduğu, zərərli maddələrin miqdarının normadan artıq olduğu aşkar edilmişdir. Bununla bağlı 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən 70558 saylı, 31 may 2021-ci il tarixli akt tərtib edilmişdir. Həmin aktın əsasında “Azərbaycan X8 Agentliyi 7 №-li Xüsusi təyinatlı yol istismarı” MMC-nin barəsində MN seriyalı ******* nömrəli 01 iyun 2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd olunanlara əsasən “Azərbaycan X8 Agentliyi 7 №-li Xüsusi təyinatlı yol istismarı” MMC-nin barəsində qanuna müvafiq tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Azərbaycan X8 Agentliyi "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 bildirdi ki, "xxxx" MMC Azərbaycan X8 Agentliyinin tabeliyində olan qurumdur və həmin agentlik dövlət büdcəsindən maliyyələşir. Bundan sonra onlar nümayəndəsi olduğu MMC “Azərbaycan X8 Agentliyinin” məqsədli büdcə fondundan maliyyələşir. Həmin sahədə olan boru açıq sahədədir və açıq səhədə olduğundan onlar həmin xətti qoruya bilməzlər. Gecə gəlib həmin sahəyə yük maşınları zibil və məişət tullantıları tullayırlar. Belə ki, onlar tərəfindən həmin əraziyə müdaxilələr olunması ilə bağlı müvafiq hüquq mühafizə orqanlarına müraciət edilmişdir. Həmin əraziyə yük maşını tərəfindən məişət tullantısı tökülən zaman fotoşəkillər çəkilmiş və aiddiyəti üzrə araşdırılması üçün polis orqanına müraciət edilmişdir. xx.xx.2021-ci il tarixdə protokol tərtib edilmişdir. Həmin əraziyə məişət tullantılarını tökmüş yük maşının fotoşəkilləri xx.xx.2021-ci il tarixdə çəkilmişdir. Bundan öncə isə xx.xx.2021 və xx.xx.2021-ci il tarixdə həmin əraziyə məişət tullantılarının tökülməsi ilə əlaqədar MMC tərəfindən müvafiq polis orqanına müraciət edilməsi üçün akt tərtib olunmuşdur. Bundan sonra həmin əraziyə məişət tullantılarını tökmüş şəxs araşdırılaraq müəyyən edilmiş və onun barəsində İXM 266.3-cü maddəsində nəzərdə tutulmuş inzibati tənbeh tədbiri görülmüşdür. İnzibati protokolu tərtib etmiş şəxs 31 may 2021-ci il tarixdə akt tərtib edərkən ümumiyyətlə MMC-nin xəbəri olmamışdır. İnzibati protokolda qeyd edilən nümunələr hansı ərazidən götürülüb və həmin nümunələr hansı laboratoriyadan analiz edilib, bunlarla bağlı ümumiyyətlə məlumatsız olmuşlar. Bəlkə digər bir ərazidən nümunə götürülüb araşdırılma üçün laboratoriyaya verilmişdir. Hal-hazırda həmin əraziyə baxış keçirilsə, həmin ərazidə sular durudur. Çirkab suları necə müəyyən edilmişdir? Hansı laboratoriyada araşdırılma aparılmışdır? Məhkəməyə bunlarla bağlı sənədlər təqdim edilməlidir. Bugünki gündə həmin əraziyə nəzarət gücləndirilib. Yəni həmin əraziyə istənilən zaman müxtəlif müdaxilələr ola bilər. Həmin qeyd edilən ərazi açıq yerdə yerləşir. MMC-nin elə bir fiziki qüvvəsi də yoxdur ki, həmin əraziyə kimisə təhkim etsin, həmin əraziyə kameralar çəksin. Ora uzun bir boru şəkildə olan yerdir. Ora bir neçə kilometr uzunluğu olan ərazidir. Həmin ərazi dövlət mülkiyyətinin ərazisidir. Boruda müxtəlif lyuklar vardır ki, həmin ərazidə olan lyuklar istənilən şəxs tərəfindən açıla bilər və kənar şəxslər tərəfindən həmin boruya kənar müdaxilələr oluna bilər. Həmin əraziyə gecəgündüz hər hansı bir şəxsi təhkim etmək üçün də MMC-nin fiziki olaraq imkanları yoxdur. Belə ki, həmin lyuklar vasitəsilə həmin ərazidə olan boru, drenaj şəbəkəsi müvafiq olaraq açılır və MMC-nin işçiləri tərəfindən təmizlənir, MMC tərəfindən xidmət göstərilir. Kənar müdaxiləni izləmək onların imkanı xaricindədir. Həmin ərazidə onlar lyukları bağlasalar belə kənar müdaxilələr nəticəsində sındırılacaqdır. Həmin ərazidə olan lyuklar belə kənar müdaxilələr nəticəsində oğurlanır. Bu müdaxilələr də ən çox Xəzər rayonu ərazisində baş verir. Bundan başqa 7 nömrəli Xüsusi təyinatlı yol istismarı” MMC-nə məxsus yeraltı boru xəttinə məiştə-kanalizasiya çirkab və su xətlərinin qoşulması halları müəyyən olunduğundan həmin yerdə İcra Hakimiyyətinin nümayəndəsinin iştirakı ilə monitorinq keçirilmişdir. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məlumat verilməsinə baxmayaraq heç bir nümayəndəsi iştirak etməmişdir. Monitorinq zamanı "xxxx" MMC-nin xidmətində olan qrunt və yağış suları üçün nəzərdə tutulan yeraltı boru xətlərinə avtomobil yollarının sağ və sol hissəsindəki fərdi yaşayış evləri, avtoyuma, hotel, qəssabxana, məhəllə market, «Oba market» feram, qapı-pəncərə, dülgər və çörək sexi kim obyektlər tərəfindən kənar müdaxilə etməklə özbaşına çirkab su xətlərinin qoşulduğu müəyyən olunmuşdur. Bununla bağlı Xəzər rayon İcra Hakimiyyətinin Başçısına, "xxxx" ASC-nə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinə və Xəzər rayon Polis idarəsinə rəsmi müraciət olunmuşdur. Xəzər rayon İcra Hakimiyyətinin Başçısı müraciətə cavab olaraq qeyd olunan məsələ ilə bağlı müvafiq zəruri tədbirlərin görülməsi barədə Xəzər rayon Sukanal idarəsinə müraciət ünvanlandığı, həmçinin ərazinin nəzarətdə saxlanması məqsədilə Xəzər rayon İcra Hakimiyyətinin Başçısının qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinə tapşırıqları verildiyi bildirilmişdir. "xxxx" MMC-nin əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Azərbaycan X8 Agentliyi "xxxx" MMC-nin nümayəndəsinin və 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsinin iştirakları ilə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, yollarda yağış suları, qrunt suları drenaj vasitəsi ilə "xxxx" MMC-nə məxsus nasos stansiyasında olan hovuza axıdılır. Orada limit keçəndən sonra nasoslar avtomatik olaraq işləyir və təmizlənmiş su dənizə axıdılır. Tullantılar isə qablara yığılaraq tullanır. Baxış zamanı nasos stansiyasında olan hovuz tam dolmadığından nasoslar işlək vəziyyətdə olmamış və dənizə su axıdılmamışdır. Bundan sonra “Gilavar” istirahət mərkəzinin yaxınlığında yerləşən yağış və drenaj suları kollektoruna baxış keçirilmiş və müəyyən olunmuşdur ki, həmin kollektora üç boru birləşmişdir ki, həmin borulardan biri "xxxx" MMC-nə məxsusdur. Lakin "xxxx" MMC-yə məxsus nasoslar işlək vəziyyətdə olmadığı və dənizə su axıdılmadığı halda həmin kollektordan dənizə digər borulardan çirkab su axıdılmışdır. Həmin boruların kimə məxsus olduğunu müəyyən etmək mümkün olmamışdır. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli qərardadı ilə mütəxəssis rəyinin verilməsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsindən verilmiş mütəxəssis rəyindən görünür ki, "xxxx" MMC-yə məxsus nasos stansiyasında təmizləyici qurğu olmadığından çirkab sular təmizlənmədən birbaşa dənizə axıdılır. “Gilavar” istirahət mərkəzinin yaxınlığında yerləşən yağış və drenaj suları kollektoruna birləşmiş digər boruların mənbəyi və kimə məxsusluğu barədə müvafiq məlumatın verilməsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səlahiyyəti xaricindədir. Belə ki, müvafiq məlumat "xxxx" ASC tərəfindən təqdim edilə bilər. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 18 yanvar 2022-ci il tarixli qərardadı ilə mütəxəssis rəyinin verilməsi "xxxx" ASC-nə həvalə edilmişdir. "xxxx" ASC-dən verilmiş mütəxəssis rəyindən görünür ki, 1) Xəzər rayonu, Buzovna-Şüvəlan yolu üzərində yerləşən “Gilavar” istirahət mərkəzinin yaxınlığında Azərbaycan X8 Agentliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus yağış və qrunt suları kollektoruna birləşdirilmiş iki ədəd boru "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və "xxxx" ASC-nə məxsus olmaması; 2) Xəzər rayonu, Buzovna-Şüvəlan yolu üzərində yerləşən “Gilavar” istirahət mərkəzinin yaxınlığında Azərbaycan X8 Agentliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus yağış və qrunt suları kollektoruna birləşdirilmiş digər iki ədəd borudan götürülmüş su nümunəsi əsasında kollektora axan suyun çirkab suları olması; 3) Azərbaycan X8 Agentliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus nasos stansiyasının çıxış xəttindən sudan götürülmüş su nümunəsi əsasında həmin suyun çirkab su təkibli olmadığı (qrunt suyu olması) müəyyən edilmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Azərbaycan X8 Agentliyi "xxxx" MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 233.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi yoxdur və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan MN seriyalı ******* nömrəli 01 iyun 2021-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Xəzər rayonu, Şüvəlan yolu üzərində Azərbaycan X8 Agentliyi "xxxx" MMC-nə məxsus ərazidə olan quyuda (kollektor) toplanan suyu nasos vasitəsi ilə Xəzər dənizinə vurmuş, həmin sudan nümunələr götürüldükdə çirkab olduğu, zərərli maddələrinə miqdarı normadan artıq olmuşdur. Buna görə də, “Azərbaycan X8 Agentliyi 7 №-li Xüsusi təyinatlı yol istismarı” MMC barəsində Azərbaycan Respublikası İXM-nin 233.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 70558 saylı, 31 may 2021-ci il tarixli aktın surətindən görünür ki, Buzovna qəsəbəsinin “Əli ayağı” ziyarətgahı yaxınlığında olan dənizə düşən hissəsindən çimərliyə, sahil zolağına qəsəbədə formalaşan lay, drenaj sularının axıdılması məqsədilə bir müddət öncə azbes trubası (borularla) ilə çəkilmiş və dənizə yalnız qrunt sularının axıdılması təmin olunurdu. Lakin sakinlərin bildirdiyinə görə bir neçə gündür ki, bu borudan dənizə gün ərzində 3-4 dəfə kanalizasiya suları qoşularaq dənizə axıdılır. Araşdırma zamanı həqiqətəndə qeyd olunan borudan dənizə çirkab su axıdılması faktı müəyyən olunmuşdur. Əraziyə keçirilmiş vizual baxış zamanı həmin çirkab suyun haradan axıdılması mənbəyini müəyyən etmək mümkün olmamışdır. Sözügedən borudan axan sudan X9 Monitorinq İdarəsi əməkdaşları tərəfindən analizlər götürülmüşdür. Əraziyə baxış keçirilərkən kənar qoşulma müəyyən edilməmişdir. Götürülmüş nümunələrin çirkab tərkibi normadan artıq olduğu müəyyən olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən "xxxx" ASC-yə ünvanlanmış 26/540 saylı, xx.xx.2021-ci il tarixli məktubun surətindən görünür ki, Xəzər rayonu Buzovna qəsəbəsində yerləşən “Əli ayağı” adlanan ziyarətgahın yaxınlığından Xəzər dənizi sahil zolağına qəsəbədə formalaşan lay, drenaj sularının axıdılması üçün çəkilmiş boru vasitəsilə dənizə çirkab su axıdılması faktı aşkar olunmuşdur. Əraziyə keçirilən baxış zamanı çirkab suların mənbəyini müəyyən etmək mümkün olmamış, lakin, sakinlər bir neçə gündür ki, günün müxtəlif saatlarında həmin boru vasitəsilə çirkab suların dənizə axıdıldığını bildirmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən "xxxx" ASC-yə ünvanlanmış 26/540 saylı, 01 iyun 2021-ci il tarixli məktubun surətindən görünür ki, Xəzər rayonu Buzovna qəsəbəsində yerləşən “Əli ayağı” adlanan ziyarətgahın yaxınlığından Xəzər dənizi sahil zolağına qəsəbədə formalaşan lay, drenaj sularının axıdılması üçün çəkilmiş boru vasitəsilə dənizə çirkab su axıdılması faktı aşkar olunmuşdur. Əraziyə keçirilən baxış zamanı çirkab suların mənbəyini müəyyən etmək mümkün olmamış, lakin, sakinlər bir neçə gündür ki, günün müxtəlif saatlarında həmin boru vasitəsilə çirkab suların dənizə axıdıldığını bildirmişdir. İş materiallarında olan Azərbaycan X8 Agentliyi tərəfindən Xəzər rayon Polis idarəsinə ünvanlanmış 3/02-3886 saylı, 04 iyun 2021-ci il tarixli məktubun surətindən görünür ki, Buzovna-Mərdəkan Şüvəlan avtomobil yolunda 2013-cü ildə inşa edilmiş və sözügedən yol üzərində yerləşən yol qovşağında formalaşan qrunt və yağış sularını drenaј vasitəsilə nasosxananın su anbarına yığaraq oradan isə qrunt və yağış suları olduğu üçün əlavə təmizlənməsinə gərək olmadığından 4715 p/m uzunluğunda boru vasitəsilə dənizə axıdılan xəttə kənar müdaxilə ilə çirkab suların axıdılması müəyyən edilmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, kənar müdaxilə çirkab sularını xüsusi maşınlar vasitəsilə fərdi yaşayış evlərindən çəkərək daşıyan bəzi intizamsız sürücülər tərəfindən edilir. Belə ki, 02 iyun 2021-ci il tarixində, gecə saat 23:10-da, Agentliyin "xxxx" MMC-nin və “X2 Xidməti” MMC-nin nümayəndələri tərəfindən həmin əraziyə baxış keçirilərkən Xəzər rayonu Buzovna kənd sakini Şahid tərəfindən idarə etdiyi “Kamaz” markalı **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə məişət-kanalizasiya çirkab sularını, Şüvəlan yol qovşağının üstündə yaşıllıq ərazisində qrunt və yağış suları üçün nəzərdə tutulmuş sözügedən drenaj xətlərinə axıdarkən saxlanılmış, yerində akt tərtib edilərək avtomobili ilə birlikdə Xəzər rayon Polis idarəsinin 2-ci Polis şöbəsinə təhvil verilmişdir. İş materiallarında olan arayışın surətindən görünür ki, 02 iyun 2021-ci il tarixində axşam saat 23:10 radələrində “KAMAZ” markalı **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Xəzər rayonu Buzovna kənd sakini Şahid idarə etdiyi avtomobil ilə Azərbaycan X8 Agentliyi "xxxx" MMC-nin xidmətində olan Buzovna-Mərdəkan Şüvəlan- Qala avtomobil yolundakı yağış və drenaj suları üçün nəzərdə tutulan xəttin baxış quyusuna məişətkanalizasiya çirkab sularını boşaldan zaman avtomobil yolların mühafizəsi xidməti işçiləri tərəfindən aşkarlanmış və yerində birgə akt tərtib edilmişdir. Sürücü idarə etdiyi avtomobil ilə birlikdə Xəzər rayon Polis idarəsinin 2-ci Polis Şöbəsinə təhvil verilmişdir. Sürücü şəxsiyyətini müəyyən edən hər hansı bir sənəd təqdim etməmişdir. İş materiallarına əlavə edilmiş 02 iyun 2021-ci il tarixli aktdan görünür ki, Azərbaycan Avtomobil Yollar Dövlət Agentliyi 7 №-li Xüsusi təyinatlı yol istismarı MMC-nin 6-cı sahəsinin sahə rəisi X7, həmin sahədə operator vəzifəsində işləyən X1, Xəzər rayon Yolların mühafizə xidmətində baş mütəxəssis vəzifəsində işləyən X5, həmin mühafizə xidmətində aparıcı mütəxəssis vəzifəsində işləyən X6 02 iyun 2021-ci il tarixində təxminən saat 23 radələrində reyd yoxlaması zamanı “Kamaz” markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı çirkab su maşınını sürücüsü Şahid Şüvəlan yol qovşağının üst hissəsində yerləşən yaşıllıq ərazinin ortasında asfalt yolda yağış və qrunt suları üçün nəzərdə tutulmuş drenaj xəttinə tam çirkab su boşaldarkən saxlanılmışdır. İş materiallarında olan Xəzər rayon Polis idarəsinin 2-ci Polis şöbəsi tərəfindən Azərbaycan X8 Agentliyinə ünvanlanmış 057-8116-1221 saylı, 05 iyul 2021-ci il tarixli məktubun surətindən görünür ki, ünvan 4 ünvanında yaşayan **-CY-*** dövlət qeydiyyat nişanlı, “KAMAZ” markalı avtomaşının sürücüsü xx.xx.1994-cü il təvəllüdlü Şahid barəsində Azərbaycan Ruspublikası İXM-nin 266.3-cü maddəsi ilə inzibati tədbir görülmüşdür. İş materiallarında olan 26 iyul 2021-ci il tarixli yerli baxış protokolundan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, “Balıqqulağı” çimərliyində yerləşən yağış və drenaj suları kollektorunun dənizə çıxış hissəsində həqiqətən də axıntı olduğu müəyyən edildi. Əlavə olaraq müəyyən olundu ki, qeyd olunan ərazidə yağış və drenaj kollektoruna üç ədəd boru birləşmişdir. Həmin borulardan birinin "xxxx" MMC-yə aid olduğu (MMC-nin nümayəndəsi tərəfindən təsdiq edilmişdir) müəyyən edilsə də, lakin digər 2 (iki) borunun hansı müəssisəyə aid olduğu müəyyən olunmadı. Həmçinin məhkəmə tərəflərin iştirakı ilə "xxxx" MMC-yə aid olan həmin ərazidə yerləşən sonuncu yağış və drenaj suları kollektoruna baxış keçirdi və həmin kollektorda axıntı olmadığı müəyyən edildi. Bununla əlaqədar olaraq həmin ərazidə video çəkiliş həyata keçirilmişdir. Bundan əlavə Azərbaycan X8 Agentliyi "xxxx" MMC-yə aid Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən və “Balıqqulağı” çimərliyinə doğru istiqamətində olan drenaj və yağış suları kollektoruna baxış keçirilən zaman həmin kollektorların açıq və mühafizə olunmayan ərazidə, yəni yol kənarında yerləşməsi müəyyən edildi. Həmçinin barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs "xxxx" MMC-nin nümayəndəsinin əvvəlki məhkəmə iclaslarında qeyd etdiyi kənar müdaxilənin olduğu, yəni çirkab su maşının MMCyə məxsus kollektora lyuku açmaq yolu ilə çirkab su tökdüyü əraziyə baxış keçirilmişdir və müəyyən olunmuşdur ki, həmin kollektora aid lyuklar yol dairəsinin içərisində açıq və mühafizəsi qeyri-mümkün olan ağaclıq ərazidə yerləşir. Kənar müdaxilələrdən sonra həmin lyuklar MMC tərəfindən betonlanmışdır. MMC-nin nümayəndəsi yerli baxış iclası zamanı qeyd etdi ki, qeyd olunan ərazilər yol kənarında, yəni açıq və mühafizə olunması qeyri mümkün olan ərazidə yerləşdiyi üçün həmin ərazilərdə kənar müdaxilələrin qarşısını almaq qeyri-mümkündür Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsinə əsasən ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə - vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Beləliklə apellyasiya məhkəməsinin qərarında qeyd edilmiş bütün əsaslar məhkəmə tərəfindən araşdırılmış, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Azərbaycan X8 Agentliyi "xxxx" MMC-nin nümayəndəsinin və 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsinin iştirakları ilə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, yollarda yağış suları, qrunt suları drenaj vasitəsi ilə "xxxx" MMC-nə məxsus nasos stansiyasında olan hovuza axıdılır. Orada limit keçəndən sonra nasoslar avtomatik olaraq işləyir və təmizlənmiş su dənizə axıdılır. Tullantılar isə qablara yığılaraq tullanır. Baxış zamanı nasos stansiyasında olan hovuz tam dolmadığından nasoslar işlək vəziyyətdə olmamış və dənizə su axıdılmamışdır. Bundan sonra “Gilavar” istirahət mərkəzinin yaxınlığında yerləşən yağış və drenaj suları kollektoruna baxış keçirilmiş və müəyyən olunmuşdur ki, həmin kollektora üç boru birləşmişdir ki, həmin borulardan biri "xxxx" MMC-nə məxsusdur. Lakin "xxxx" MMC-yə məxsus nasoslar işlək vəziyyətdə olmadığı və dənizə su axıdılmadığı halda həmin kollektordan dənizə digər borulardan çirkab su axıdılmışdır. Həmin boruların kimə məxsus olduğunu müəyyən etmək mümkün olmamışdır. Buna görə də, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli qərardadı ilə mütəxəssis rəyinin verilməsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə həvalə edilmişdir. 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsindən verilmiş mütəxəssis rəyindən görünür ki, "xxxx" MMC-yə məxsus nasos stansiyasında təmizləyici qurğu olmadığından çirkab sular təmizlənmədən birbaşa dənizə axıdılır. “Gilavar” istirahət mərkəzinin yaxınlığında yerləşən yağış və drenaj suları kollektoruna birləşmiş digər boruların mənbəyi və kimə məxsusluğu barədə müvafiq məlumatın verilməsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səlahiyyəti xaricindədir. Belə ki, müvafiq məlumat "xxxx" ASC tərəfindən təqdim edilə bilər. Bu səbəbdən Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 18 yanvar 2022-ci il tarixli qərardadı ilə mütəxəssis rəyinin verilməsi "xxxx" ASC-nə həvalə edilmişdir. "xxxx" ASC-dən verilmiş mütəxəssis rəyindən görünür ki, 1) Xəzər rayonu, Buzovna-Şüvəlan yolu üzərində yerləşən “Gilavar” istirahət mərkəzinin yaxınlığında Azərbaycan X8 Agentliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus yağış və qrunt suları kollektoruna birləşdirilmiş iki ədəd boru "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və "xxxx" ASC-nə məxsus deyildir; 2) Xəzər rayonu, Buzovna- Şüvəlan yolu üzərində yerləşən “Gilavar” istirahət mərkəzinin yaxınlığında Azərbaycan X8 Agentliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus yağış və qrunt suları kollektoruna birləşdirilmiş digər iki ədəd borudan götürülmüş su nümunəsi əsasında kollektora axan suyun çirkab sularıdır; 3) Azərbaycan X8 Agentliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus nasos stansiyasının çıxış xəttindən sudan götürülmüş su nümunəsi əsasında həmin suyun çirkab su təkibli olmadığı (qrunt suyu olması) müəyyən edilmişdir. Göründüyü kimi Buzovna-Şüvəlan yolu üzərində yerləşən “Gilavar” istirahət mərkəzinin yaxınlığında Azərbaycan X8 Agentliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus yağış və qrunt suları kollektoruna birləşdirilmiş digər iki ədəd borudan götürülmüş su nümunəsi əsasında kollektora axan su çirkab suları olsa da, Azərbaycan X8 Agentliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus nasos stansiyasının çıxış xəttindən sudan götürülmüş su nümunəsi əsasında həmin suyun çirkab su təkibli olmadığı (qrunt suyu olması) müəyyən edilmişdir. Bu isə onu göstərir ki, çirkab suları axan digər iki ədəd boru Azərbaycan X8 Agentliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus deyildir. Göründüyü kimi X8 Agentliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlində inzibati xəta tərkibi yoxdur. İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə görə inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs X8 Agentliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar