Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-900/2020 06.11.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, X1 və onun vəkili X2 iştirakları ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X1 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və X8 tərəfindən tərtib edilmiş xx xxxxxx 2019-cu il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və X8 tərəfindən tərtib edilmiş xx xxxxxx 2019-cu il tarixli MN ******* nömrəli qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, 11 saylı Ekologiya və X8 tərəfindən xx xxxxxx 2019-cu il tarixdə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci (Sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinə əsasən İnzibati Xəta haqqında Qərar qəbul edilmişdir. Həmin qərarı əldə edə bilməsə də şifahi şəkildə əldə etdiyi məlumata görə, inzibati məsuliyyətə cəlb olunmasının səbəbi idarə etdiyi **-HO-*** dövlət nömrə nişanlı avtomobil vasitəsilə X11 Zavodunun yaxınlığına müxtəlif növ istehsalat tullantıların boşaldılaraq qalaqlanması ilə əsaslandırılmışdır. Qeyd etmişdir kı, 2019-cu ilin noyabr ayının əvvəlində özünü cavabdeh inzibati orqanın əmkdaşları kimi təqdim edən iki nəfər şəxs “Abşeronneft” NQÇİ-nin Pirallahı yatağında tikilən meydançaya gələrək nə boşaldıldığı ilə maraqlanmış və onun idarə etdiyi yük avtomobili ilə bərabər orada olan daha 5 yük avtomobilinin şəklini çəkərək, eyni zamanda orada bu işlərə nəzarət edən şəxslərin telefon nömrəsini alaraq getmişlər. Şəkilləri çəkərkən orada kənarda gözləyən və boşaldılan daş qırıntılarını yaymaq üçün nəzərdə tutulan traktorun sürücüsündən onu kənara çəkməsini xahiş etmişdir. Həmin vaxt orada heç bir protokol tərtib olunmamışdır. O, bu barədə məlumatı Xəzər rayon İcra və Probasiya şöbəsindən bir həftə əvvəl əldə etmişdir. Qərarın surətini də əldə edə bilməmişdir. Aşağıdakılara əsasən həmin qərarı düzgün hesab etmir, onun ləğv olunmasını və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini zəruri hesab edir. Məhkəmə iclasında X3 şikayətin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi, eyni zamanda bildirdi ki, X11 Zavodunun yaxınlığına onun tərəfindən heç bir tullantı boşaldılmamışdır, o, idarə etdiyi **-HO-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə “xxxx“ MMC və “Neftqaztikinti” tresti arasında bağlanmış xx xxxx 2019-cu il tarixli müqavilə əsasında X11 Zavodunun sahəsinə karyer daşı boşaltmışdır. Gördüyü işləri müqavilə əsasında aparmış, X11 Zavodunun sahəsindən kənarda isə heç bir iş aparmamışdır. Məhkəmə iclasında X1vəkili X4 da şikayətin təmin edilməsini xahiş etdi. Qərarından şikayət verilən orqana - 11 saylı Regional Ekologiya və X5 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada dəfələrlə məlumat verilmiş, lakin həmin orqan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası İXM-in 64.3-cü maddəsinə əsasən işə qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. Şikayət ərizəsini araşdırıb, şikayətçinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edirəm ki, şikayət təmin olunmalıdır. Belə ki, materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və X8nin rəisi X6 tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, xx xxxxxx 2019- cu il tarixli inzibati xəta haqqında qərarından görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 600 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Satıcı “xxxx” MMC ilə Alıcı “Neftqaztikinti” tresti arasında bağlanmış xx xxxx 2019-cu il tarixli müqavilənin surətindən görünür ki, müqavilənin 1-ci maddəsinə əsasən “Satıcı” hazırki müqaviləyə edilmiş 1 № Əlavədə markası, miqdarı, qiyməti üzrə spesifik xüsusiyyətləri göstərilən mal-materiallar ilə “Alıcı”nı təchiz edəcəkdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir; 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.2-ci maddəsində və ya 125.2.3-cü maddəsində (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər; 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 271-ci maddəsinə əsasən sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında müəyyən edildi ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 600 manat məbləğində cərimə edilmişdir. Həmçinin, X1 izahatı ilə müəyyən edildi ki, X11 Zavodunun yaxınlığına onun tərəfindən heç bir tullantı boşaldılmamışdır, o, idarə etdiyi **-HO-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə “xxxx“ MMC və “Neftqaztikinti” tresti arasında bağlanmış xx xxxx 2019-cu il tarixli müqavilə əsasında “X11 Zavodu”nun sahəsinə karyer daşı boşaltmışdır. Gördüyü işləri müqavilə əsasında aparmış, X11 Zavodunun sahəsindən kənarda isə heç bir iş aparmamışdır. Təqdim olunmuş sənədləri araşdırıb, toplanmış sübutları məcmu halında qiymətləndirib hesab edirəm ki, inzibati xəta haqqında protokol tərtib edilən zaman və şikayətçinin dəlilləri araşdırılan zaman Azərbaycan Respublikası İXM-nin 271-ci maddəsinin tələblərinin pozulması sübuta yetirilmədiyindən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və X8 tərəfindən tərtib edilmiş xx xxxxxx 2019-cu il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və X1 əməlində hər hansı bir inzibati xəta hadisəsi olmadığından onun barəsindəki inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. X1 Azərbaycan Respublikası İXM-nin 271-ci maddəsi ilə təqsirli bilinərək 600 (altı yüz) manat məbləğində cərimə olunmasına dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və X8 tərəfindən tərtib edilmiş xx xxxxxx 2019-cu il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Qərardan apellyasiya şikayəti və protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №3(003)-900/2020
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-900/2020
06.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver