Məhkəmə qərarları › İş №3(003)-902/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-902/2020

11.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-902/2020 11.09.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 503-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: İnzibati xəta haqqında protokola əsasən gömrük məqsədləri üçün doğru olmayan məlumatları əks etdirən sənədlərdən istifadə etməklə ayrı-ayrı şəxslərin adına poçt bağlamalarında geyim əşyalarının və digər malların sadələşdirilmiş və güzəştli qaydada Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsi barədə daxil olmuş əməliyyat məlumatına əsasən sürətli poçt daşımalarını həyata keçirən sahibkarlıq fəaliyyəti ilə məşğul olan “xxxxxxxxxxxxxxx” MMC (VÖEN:**********) vasitəsilə Türkiyə Respublikasından gətirilən beynəlxalq poçt göndərişləri nəzarətə götürülmüşdür. xx xxxxxx 2020-ci il tarixində ***-**** 5900 nömrəli aviaqaimə əsasında “xxxxxxxxxxxxxxx" MMC-nin ünvanına gələn 5 yer, 190 kq yük Bakı Karqo Terminalına daxil olmuşdur. “xxxxxxxxxxxxxxx“ MMC-nin nümayəndəsi X2 tərəfindən həmin yük barədə elektron formada gömrük orqanına manifest təqdim olunmuş və həmin sənəddə ayrı-ayrı şəxslərin adına 307 ədəd poçt bağlamalarında geyim əşyalarının və digər malların daxil olduğu göstərilmişdir. Gömrük rəsmiləşdirilməsi başa çatdıqdan sonra əməkdaşlar tərəfindən həmin yük saxlanılmışdır. Müvafiq qanunvericilikyə uyğun olaraq keçirilən yoxlama zamanı “xxxxxxxxxxxxxxx” MMC tərəfindən gömrük orqanlarına təqdim olunan sənəddə Orxan Məhərrəmov tərəfındən sifariş verilmiş poçt bağlamalarına aid invoys sənədlərində Şəxs adlı şəxsin adının əks olunduğu aşkar edilmişdir. Qeyd olunan 40 ədəd bağlama gömrük əməkdaşİarı tərəfindən protokol əsasında götürülmüşdür. Şəxs tərəfindən kommersiya məqsədli malların da Azərbaycan Respublikasının gömrük sərhəddindən istehsal və ya kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar kimi keçirdiyi məlum olmuşdur. Həmin malların invoys dəyəri 5233,51 Türkiyə lirəsi (xx.xx.2020-ci il tarixinə olan məzənnəyə əsasən 1211,56 manat) təşkil edir. Bu barədə Şəxs barəsində Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və X1 şöbəsinin təhqiqatçısı, gömrük xidməti leytenantı X3 tərəfindən xx xxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 503-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən işə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 503-cü maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilərək göstərdi ki, Türkiyə Respublikasından geyim əşyalarını satmaq məqsədilə sifariş vermişdir. Beynəlxalq poçt daşımaları ilə bağlı müəyyən edilmiş 1000 ABŞ dolları limitinə öz adından çatdığı üçün digər sifarişləri qardaşı Məhərrəmov Orxanın adına etdiyini etmişdir. Əməlindən peşmandır və ədalətli qərar qəbul edilməsini xahiş etdi. İş materiallarını araşdırıb hesab edirəm ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə sübuta yetirilir. Belə ki,İstehsal və ya digər kommersiya fəaliyyəti üçün nəzərdə tutulan malların Azərbaycan Respublikasının gömrük sərhədindən istehsal və ya kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar kimi keçirilməsinə görə - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud onların dəyərinin otuz faizindən yüz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə Şəxs əməlini səmimi etiraf etməsini və peşman olmasını iş üzrə məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdırıb, törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq Şəxs Azərbaycan Respublikası İXM-nin 503-cü maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin otuz faizi məbləğində cərimə edilməsi növündə inzibati tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 25, 40, 43, 53,105, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İXM-nin 503-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan malların gömrük dəyəri 1211,56 (bir min iki yüz on bir, əlli altı) manat məbləğinin 30 (otuz) faizi, yəni 363,47 (üç yüz altmış üç, qırx yeddi) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar