Məhkəmə qərarları › İş №3(003)-903/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-903/2023

12.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-903/2023 12.05.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi Məhkəmə iclasının katibi Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, X1 iştirakı ilə, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə təqsirli bilinməyi və cərimə edilməyi barədə tərtib edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 00800/00110 (EP № 0089572) nömrəli xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: X4 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası İXM-nin) 482.1-ci maddəsi ilə təqsirli bilinməyi və cərimə edilməyi barədə tərtib edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 00800/00110 (EP № 0089572) nömrəli xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 00800/00110 (EP № 0089572) nömrəli xx.xx.2023-cü il tarixli qərarı ilə o, Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsi ilə təqsirli bilinərək 14530 manat cərimə olunmuşdur. Bunu aşağıdakı səbəblərdən əsassız hesab edir: 05 mart 2023-cü il tarixdə “J2012” saylı Dubay-Bakı aviareysi ilə X5 Aeroportuna uçub gələn zaman, əvvəllər tanıdığı Elxan Heseynovla birlikdə hava limanında baqaj yüklərini gözləyərkən özünü pis hiss etdiyindən hava almaq məqsədilə çölə çıxmışdır. Onlara baqaj gec gəldiyindən Elxan Hüseynov da çölə çıxmış və çıxarkən onun içəridə olan çantasını götürərək ona vermişdir. Bundan sonra gömrük əməkdaşları tərəfindən saxlanılaraq otağa aparılmış, onun əl çantasına və üzərinə baxış keçirilərək qutusuz, aksesuarsız, Azərbaycan Respublikasında qeydiyyata alınmış və təmir məqsədi ilə Dubay şəhərinə apardığı, 3-ü isə şəxsi istifadəsində olan telefonlar da daxil olmaqla ümumilikdə 12 ədəd “İphone” markalı mobil telefonu əsassız olaraq götürmüşlər. Gömrük əməkdaşları ona mobil telefonları gömrük nəzarətinə təqdim və bəyan etmədən gömrük nəzarəti zonasını tərk etdiyini bildirsələr də, o, onlara özünü pis hiss etdiyindən hava almaq məqsədilə çölə çıxdığını, əl çantasını, baqaj yükünü özü ilə götürmədiyini və onları götürmək üçün geri qayıdacağını bildirmişdir. Həmçinin, sözügedən telefonları təmir məqsədilə Dubay şəhərinə apardığını və apararkən gömrük əməkdaşı tərəfindən telefonların Azərbaycan Respublikasında qeydiyyata alındığından bəyan etməyə ehtiyac olmadığını bildirmişdir. Bundan başqa, o, özü çölə çıxarkən özü ilə əl çantasını və baqajını götürməmişdir. Əl çantasını bir müddət sonra Elxan Hüseynov ona gətirmiş, daha sonra gömrük əməkdaşları onu əl çantası ilə birlikdə geri qaytararaq, guya ki, gömrük sərhədindən malları keçirərkən bəyan etməməkdə onu ittiham etmişlər. Hesab edir ki, əməlində hər hansı bir inzibati xəta tərkibi və ya inzibati xəta hadisəsi yoxdur. Belə ki, həmin telefonlar Azərbaycan Respublikasında qeydiyyata alınmış telefonlar olmuşdur və onlar qeydiyyatdan keçmiş olduğundan, onların gömrükdə bəyan edilməməsinə görə məsuliyyət qanunvericilikdə nəzərdə tutulmamışdır. Yəqin ki, bir çoxları ölkə sərhədini keçəndə özü ilə apardığı və gətirdiyi istifadədə olan telefonlarını gömrüyə bəyan etmədiyinə görə heç vaxt məsuliyyətə cəlb edilməmişdir. Qərarda istinad olunan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”na 1 nömrəli Əlavə-də fiziki şəxslər tərəfindən ölkə ərazisinə gətirilən mobil telefonların bəyan edilməsi nəzərdə tutulmuşdur. Bu telefonlar xx.xx.2023-cü il tarixdə ölkə ərazisinə gətirilən mobil telefonlar deyil, daha əvvəl gətirilmiş və ölkə ərazisində qeydiyyatdan keçmiş telefonlardır. Digər tərəfdən, malların bəyan edilməsində qayda ölkə ərazisinə ölkəmizdə qeydiyyatda olmayan telefonlara aiddir. İkincisi, belə malları keçirən şəxslər məsuliyyətə cəlb edilir ki, o, çölə əl çantasız və baqajsız çıxmışdır. Üçüncüsü, həmin mallar hələ də hava limanında saxlanılır və Gömrük Məcəlləsinə əsasən mallar gömrük ərazisinə gətirilərkən və ya bu ərazidən aparılarkən müsadirə edilməsi qanunla nəzərdə tutulmamışdırsa, dərhal müvafiq olaraq gömrük ərazisindən çıxarılmalı və ya bu əraziyə qaytarılmalıdır. Həmin mallar onları gömrük sərhədindən keçirən şəxsin hesabına müvafiq olaraq çıxarılır və ya qaytarılmalıdır. Bundan başqa, malları gömrük ərazisindən çıxarmaq və ya bu əraziyə qaytarmaq dərhal mümkün olmadıqda, onlar gömrük orqanlarının müvəqqəti saxlancına verilir və bu cür malların da saxlanc müddətinin son həddi 3 (üç) sutkadır. Eyni zamanda məhkəmənin nəzərinə çatdırır ki, ona İXM-də müəyyən edilmiş hüquqları, hansı qaydanı, qanunu pozduğu izah edilməmiş, videogörüntülər və telefonların qiymətləndirilməsi barədə müvafiq ekspert rəyi təqdim edilməmişdir. Məhkəmənin nəzərinə onu da çatdırır ki, qeyd edilən xəta xx.xx.2023-cü ildə baş versə də, Azərbaycan Respublikası İXM-nin 101 və 102-ci maddələrinin tələblərinə zidd olara həmin vaxt protokol tərtib edilməmiş, protokol 01 ay 05 gün sonra tərtib edilmişdir. Azərbaycan Respublikası İXM-nin 3, 8, 53, 75, 105 və 114-cü maddələrinin tələblərini rəhbər tutaraq hesab edir ki, onun əməlində Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair inzibati xəta tərkibi olmadığından, 00800/00110 (EP № 0089572) nömrəli xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar qanunsuz və əsassız olduğundan, ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Bundan başqa, məhkəmənin diqqətinə onu da çatdırır ki, bu növ inzibati xəta haqqında işlərə baxılması səlahiyyətli məhkəmələrə aid edilsə də, bu işə adı çəkilən qurum baxmış və sözügedən qərarı qəbul etmişdir. Şərh olunanlara əsasən şikayətin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X4 şikayəti müdafiə edərək məhkəmədən təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbini bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən işə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən şikayət təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 00800/00110 (EP № 0089572) nömrəli xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, X4 Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsi ilə təqsirli bilinərək 14530 manat cərimə olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Məhkəmə iclasında şikayətçinin izahatı və təqdim edilmiş sənədlərlə müəyyən edildi ki, X4 tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsi xətası törədilməmişdir. Belə ki, gömrük əməkdaşlarının onun əl çantasına və üzərinə keçirdikləri baxış zamanı aşkar etdikləri 12 ədəd qutusuz, aksesuarsız “İphone” markalı mobil telefon xx.xx.2023-cü il tarixdə ölkə ərazisinə gətirilən mobil telefonlar deyil, daha əvvəl gətirilmiş və ölkə ərazisində qeydiyyatdan keçmiş telefonlardır. Azərbaycan Respublikasında “İphone” markalı mobil telefonların rəsmi servisi olmadığına görə şirkətdə işləyən X4 dost-tanışlarına, qohumlarına və 3-ü özünə məxsus olan həmin 12 ədəd mobil telefonu təmir etmək məqsədi ilə Dubay şəhərinə aparmış, Bakı şəhərinə qayıdarkən isə gömrük əməkdaşları əsassız olaraq həmin telefonları götürmüşlər. Həmçinin, X2 telefonları təmir məqsədilə Dubay şəhərinə apararkən Hava limanında gömrük əməkdaşı telefonların Azərbaycan Respublikasında qeydiyyata alındığından bəyan etməyə ehtiyac olmadığını ona bildirmişdir. Belə olan halda X3 Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsi ilə təqsirli bilinərək 14530 manat cərimə olunması barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 00800/00110 (EP № 0089572) nömrəli xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı tamamilə əsassızdır. X3 əməlində inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.1-ci maddəsinə görə inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə hesab edir ki, X3 əməlində inzibati xəta tərkibi olmadığına görə, şikayət təmin olunmalı və onun Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsi ilə təqsirli bilinərək 14530 manat cərimə olunması barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 00800/00110 (EP № 0089572) nömrəli xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında işə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şikayət təmin olunsun. X3 Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsi ilə təqsirli bilinərək 14530 manat cərimə olunması barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 00800/00110 (EP № 0089572) nömrəli xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı X3 əməlində inzibati xəta tərkibi olmadığına görə ləğv edilsin və inzibati xəta haqqında işə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar