Məhkəmə qərarları › İş №3(003)-907/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-907/2022

21.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-907/2022 21.06.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Mirzəyeva Mahirə Bayaz qızının katibliyi ilə 22aprel1967-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, deməsinə görə ailəli, işləməyən, əvvəllər inzibati məsuliyyətə cəlb olunmayan, Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 51, mənzil 10-da qeydiyyatda olan, faktiki olaraq Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yaşayış massivi, nömrəsiz fərdi evdə yaşayan Şəxs haqqında Azərbaycan Respublikası DİN-nin Xəzər RPİ-nin 2-ci PŞ-dən daxil olmuş inzibati xəta barədə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ÜƏ Y Y Ə N E T D İ : İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 20iyun 2022-ci il tarixli protokola əsasən Şəxs 20iyun 2022-ci il tarixdə saat 17:30 radələrində Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yaşayış massivində polis əməkdaşlarına qarşı tabesizlik göstərərək nalayiq ifadələr işlətmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan əməli törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə özünü təqsirli bilərək göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat 17:00 radələrində yaşadığı Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yaşayış massivində tanımadığı bir nəfər qadın gələrək qonşusunun həyətini satmaq istədiyini bildirdi. O, torpağın qonşusuna aid olduğunu bildirərək qadını həyətə buraxmamışdır. Həmin qadın torpağın ona məxsus olmasını təsdiq edən sənədi təqdim etsə də yenə də onu həyətə buraxmamış və qadın oradan çıxıb getmişdir. Bir müddət sonra polis əməkdaşları gələrək onu şöbəyə dəvət etmişlər. Əsəbi olduğuna görə o, polis əməkdaşlarına aqressiv cavab vermiş, polis şöbəsinə getməkdən imtina etmişdir.Lakin nalayiq ifadələr işlətməmişdir. Bundan sonra onu polis şöbəsinə aparmışlar. Əməlindən peşman olduğunu bildirərək cərimə olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. Belə ki, məhkəmədə müəyyən olundu ki, Şəxsxx.xx.2022-ci il tarixdə saat 17:30 radələrində Binə qəsəbəsi, Atçılıq yaşayış massivindəpolis əməkdaşına aqressiv cavab verərək şöbəyə getməkdən imtina etmişdir. Bununla da o, polis əməkdaşının tələbinə qəsdən tabe olmamışdır. İş materiallarına əlavə edilmiş Xəzər RPİ-nin 2-ci PŞ-nin sahə inspektoru Toğrul Əliyevin xx.xx.2022-ci il tarixli raportundan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 17:00 radələrində Binə qəsəbəsi, Atçılıq yaşayış massivində xidmətdə olarkən oğurluq baş vermiş ərazidə bir nəfər şəxsin özünü şübhəli apardığını görüb ona yaxınlaşaraq şəxsiyyətini müəyyən etmək istədikdə həmin şəxs özünü təqdim etməkdən boyun qaçırmış, tabesizlik göstərmişdir. Məhkəmə Şəxs əməli etiraf etməsini, peşman olmasını məsuliyyətini yüngülləşdirən hallar kimi hesab edir. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları, heç bir yerdə işləməməsini nəzərə alıb hesab edir ki, onun barəsində cərimə cəzasının təyin olunması məqsədə müvafiq deyil, barəsində inzibati həbs tənbehi tətbiq olunmalıdır. İş materiallarına əlavə edilmiş inzibati qaydada tutma haqqında protokoldan müəyyən olunur ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 18:00-da tutulmuşdur. Məhkəmə hesab edir ki, tutmanın əvvəli həmin vatxdan hesab olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 38.3, 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutatarq, məhkəmə QƏRARA ALDİ : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati həbs olunsun. İnzibati qaydada tutmanın əvvəli 20 iyun 2022-ci il tarixdən saat 18:00-dan hesab edilsin. Qərarın icrası Xəzər rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsiilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar