Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-908/2022 21.06.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi ilə Şəxs xx xxxx 1992-ci ildə Lerik rayonu, Davradibi kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, bir azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, ilk dəfə inzibati məsuliyyətə cəlb olunan, Lerik rayonu, Davradibi kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Binə südçülük sovxozunda yaşayan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası DİN-nin Xəzər RPİ-dən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İnzibati xəta haqqında İXP seriyalı ******* nömrəli, 21 iyun 2022-ci il tarixli protokola əsasən Şəxs 01 iyun 2022-ci il tarixdə, saat 11:15-də nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi «VAZ 21074» minik markalı, **-MH-*** dövlət nişanlı avtomobillə Xəzər rayonu, Binə qəsəbəsində zərərəçəkmiş şəxsə maddi zərər vurmuşdur. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək göstərdi ki, 01 iyun 2022-ci il tarixdə, saat 11:15-də «VAZ 21074» minik markalı, **-MH-*** dövlət nişanlı avtomobillə Xəzər rayonu, Binə sovxoz istiqamətində hərəkətdə olarkən qarşısında hərəkətdə olan «Hyundai İ 30» markalı, **-VU- *** dövlət qeydiyyat nişanlı avtomobil qəflətən əyləcdən istifadə edərək geriyə dönmə əməliyyatı etmək istədi. Bu zaman avtomobili saxlaya bilməyərək idarə etdiyi avtomobilin sol ön hissəsi ilə qarşıda olan avtomobilin arxa hissəsindən vurmuşdur. Halbuki geriyə manevr etmək üçün icazə olmamışdır. Nəqliyyat vasitəsini idarə etmək hüququnun olmamasını baş vermiş hadisədən sonra bilmişdir. Törətdiyi əməldən səmimi peşman olduğunu bildirərək məhkəmədən cərimə cəzasının verilməsini xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib və iş materiallarını araşdırıb müəyyən etdi ki, Şəxs 01 iyun 2022-ci il tarixdə, saat 11:15-də nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi «VAZ 21074» minik markalı, **-MH-*** dövlət nişanlı avtomobillə Xəzər rayonu, Binə qəsəbəsində zərərəçəkmiş şəxsə maddi zərər vurmuşdur. Buna görə də, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. Məhkəmə Şəxs əməlini etiraf etməsini, səmimi peşmançılığını və bir azyaşlı uşağı olmasını məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran halları müəyyən etmədi. Cəza təyin edərkən məhkəmə Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, onun barəsində həbs tənbeh növünün tətbiq edilməsi məqsədə uyğun deyil və onun barəsində Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutatarq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-908/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-908/2022
21.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver