Məhkəmə qərarları › İş №3(003)-909/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-909/2022

01.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-909/2022 01.07.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, Xəzər rayon İcra şöbəsinin icra məmuru X1, tələbkar Əliyeva (Qənbərli) Hürü Xəyyam qızının iştirakları ilə Şəxs xx xxxxxxxx 1994-cü il tarixdə İmişli rayonu, Qaragüvəndikli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, üç uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, müharibə iştirakçısı, İmişli rayonu, Qaragüvəndikli ərazi dairəsi, Qaragüvəndikli kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Q.İlkin küçəsində nömrəsiz evdə yaşayan haqqında Xəzər rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Xəzər rayon İcra şöbəsinin icra məmuru X2 tərəfindən tərtib olunmuş MN seriyalı ******* nömrəli, 21 iyun 2022-ci il tarixli inzibati xəta haqqında protokola əsasən borclu Şəxs Bakı şəhəri Nizami rayon Məhkəməsinin e-2(007)-3212/2011 saylı, 23 avqust 2021ci il tarixli icra sənədinin icrasından qərəzli boyun qaçırmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Xəzər rayon İcra şöbəsinin icra məmuru X2 göstərdi ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin e-2(007)-3212/2011 saylı, 23 avqust 2021-ci il tarixli icra sənədinə əsasən 29 iyun 2018-ci il təvəllüdlü X3, 29 iyun 2019-cu il təvəllüdlü X5 və 30 aprel 2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Şəxs 09 iyul 2021-ci il tarixdən hesablanmaqla hər uşaq üçün hər ay 120 (bir yüz iyirmi) manat olmaqla, cəmi 360 (üç yüz altmış) manat sabit pul miqdarında aliment tutularaq X6 verilməli, 29 iyun 2019-cu il təvəllüdlü X9 və 30 aprel 2021-ci il təvəllüdlü X7 üç yaşına çatanadək 09 iyul 2021-ci il tarixdən hesablanmaqla Şəxs hər uşaq üçün hər ay 50 (əlli) manat olmaqla, cəmi 100 (yüz) manat manat sabit pul miqdarında aliment tutularaq X6 ödənilməlidir. İddia tələbi üzrə ödənilməli olan əlavə 10 (on) manat məbləğində dövlət rüsumu Şəxs alınaraq dövlət büdcəsinə keçirilməli, ödənilmiş 20 manat məbləğində dövlət rüsumu Şəxs tutularaq X6 verilməlidir. İcra sənədi icra şöbəsinə daxil olduqdan sonra 25 avqust 2021-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək borclunun icra sənədi üzrə yaşadığı ünvana göndərilmişdir. Şəxs icra sənədinin icrasından qərəzli boyun qaçırdığından Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 07 fevral 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 8 gün müddətinə inzibati qaydada həbs olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 08 fevral 2022-ci il tarixli qərarı ilə Xəzər rayon Məhkəməsinin 07 fevral 2022-ci il tarixli qərarı ləğv olunaraq baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 03 mart 2022-ci il tarixli qərarı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair işin icraatına xitam verilmişdir. Borclu sonuncu dəfə 07 iyun 2022-ci il tarixdə 200 manat ödəniş etmişdir. Hazırda borclunun tələbkara 2640 manat aliment borcu yaranmışdır. Öz hərəkətləri ilə Şəxs qeyd olunan icra sənədinin üzürsüz səbəbdən icrasından qəsdən boyun qaçırmışdır. Məhkəmədə işə baxılan müddətdə borclu tələbkara olan aliment borcundan 247 manat ödəniş etmişdir. Məhkəmə iclasında tələbkar Əliyeva (Qənbərli) Hürü Xəyyam qızı göstərdi ki, özü heç bir yerdə işləmir. Borclu isə ət dükanı işlədir. 23 avqust 2021-ci il tarixdə məhkəmə qətnaməsi qəbul olunduqdan sonra hər ay 300 manat, may ayında 350 manat, iyul ayında isə 200 manat ödəniş etmişdir. Məhkəmədə işə baxılan müddətdə borclu 247 manat ödəniş etmişdir. Məhkəmədən borclu tərəfindən alimentin hər ay vaxtında ödənilməsini xahiş etdi. Məhkəmə iclasında borclu Şəxs göstərdi ki, Bakı Apellyasiya Məhkəməsinin qərarından sonra isə bir ay ərzində hiss-hissə olmaqla 1500 manat ödəniş, sonra hər ay 450 manat ödəniş etmişdir. Keçən ay isə 350 manat ödəniş etmişdir. Özü xəstədir, müharibə iştirakçısıdır və müalicə alır. Məhkəmədə işə baxılan müddətdə tələbkara 247 manat ödəniş etmiş və qalan borcu da, ödəyəcəkdir. Buna görə də, məhkəmədən inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində göstərilən əlamətlər olmadığından, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta tərkibi yaradır. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Nizami rayon Məhkəməsinin e-2(007)- 3212/2011 saylı, 23 avqust 2021-ci il tarixli icra vərəqəsindən görünür ki, 29 iyun 2018-ci il təvəllüdlü X3, 29 iyun 2019-cu il təvəllüdlü X5 və 30 aprel 2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Şəxs 09 iyul 2021-ci il tarixdən hesablanmaqla hər uşaq üçün hər ay 120 (bir yüz iyirmi) manat olmaqla, cəmi 360 (üç yüz altmış) manat sabit pul miqdarında aliment tutularaq X6 verilməli, 29 iyun 2019-cu il təvəllüdlü X9 və 30 aprel 2021-ci il təvəllüdlü X7 üç yaşına çatanadək 09 iyul 2021-ci il tarixdən hesablanmaqla Şəxs hər uşaq üçün hər ay 50 (əlli) manat olmaqla, cəmi 100 (yüz) manat manat sabit pul miqdarında aliment tutularaq X6 ödənilməlidir. İddia tələbi üzrə ödənilməli olan əlavə 10 (on) manat məbləğində dövlət rüsumu Şəxs alınaraq dövlət büdcəsinə keçirilməli, ödənilmiş 20 manat məbləğində dövlət rüsumu Şəxs tutularaq X6 verilməlidir. İş materiallarında olan 28 iyun 2022-ci il tarixli qəbzin surətindən görürür ki, Şəxs 247 manat ödəniş etmişdir. Məhkəmə hesab edir ki, Şəxs Bakı şəhəri Nizami rayon Məhkəməsinin e-2(007)- 3212/2011 saylı, 23 avqust 2021-ci il tarixli icra sənədinin icrasından qərəzli şəkildə boyun qaçırmamış və onun hərəkətlərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi yoxdur. Hazırda isə borclu tələbkara olan aliment borcundan ödəniş etmiş və qalan borcun vaxtında ödəyəcəyini bildirmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 115-ci, 117-ci, 128-ci və 130-cu maddələrini rəhbər tutatarq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar