Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(003)-910/2022 04.07.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası İXM-nin) 529.3-cü maddəsi ilə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyənetdi: 26 iyul 2021-ci il tarixdə Şəxs Azərbaycan Respublikası İXM-nin 469.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 50 (əlli) manat məbləğində cərimə edilmə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Bu barədə Bakı şəhəri Suraxanı rayon DYPŞ tərəfindən Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə inzibati xəta haqqında İXP ******* saylı protokol tərtib olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmişdir. Məhkəmə işə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilməyərək göstərdi ki, 29 sentyabr 2015-ci il tarixdə avtomobili X1 adında şəxsə “ƏN-İİİ № 565146” saylı etibarnamə əsasında satmış və bildirmişdir ki, avtomobili öz adına qeydiyyata saldırsın, lakin o, bunu etməmiş və həmin etibarnamə əsasında başqa şəxsə satmışdır. Faktiki olaraq avtomobil 29 sentyabr 2015-ci il tarixdən onun istifadəsində olmamışdır. Protokolda göstərilən inzibati cərimələr avtomobil onun istifadəsində olmadığı müddətdə tətbiq olunmuşdur. 17 dekabr 2018-ci il tarixdə AR DİNnin BDYPİ-nin rəisi Ramiz Zeynalova onlayn qaydada müraciət etmiş və tətbiq olunmuş cərimələrin avtomobilin faktiki istifadəsində olan şəxsə yönəldilməsinin, eləcə də avtomobilin saxlanılaraq cərimə meydançasına yerləşdirilməsinin təmin edilməsini xahiş etmişdir. Onlayn müraciəti qeydə alınmış, avtomobilin üzərinə həbs qoyularaq müvafiq axtarışa verilmiş, lakin icra olunmamışdır. 2021-ci ilin sentyabr ayının 28-də AR DİN-nin BDYPİ-nin rəisinə eyni məzmunlu ərizə ilə yazılı şəkildə müraciət etmişdir. Lakin yenə də müraciətində göstərdikləri icra olunmamışdır. Bundan başqa, onun elektron ünvanına gəlmiş cərimələrlə bağlı fotoşəkillərə baxarkən avtomobili idarə edən şəxsin başqa şəxs olduğu müəyyən olunur. Ona görə də onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə belə nəticəyə gəlir ki, işə mahiyyəti üzrə baxılması üçün kifayət qədər sübutlar toplanılmadığından və işə baxılarkən onu tamamlamaq mümkün olmayacağından, inzibati xəta haqqında protokol onu tərtib etmiş Suraxanı Rayon Polis İdarəsinə geri qaytarılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş DİN-nin DYP web portalından çıxarılmış sənəddən görünür ki, 17 dekabr 2018-ci il tarixdə mülkiyyətçinin avtomobilin duracağa yerləşdirilməsi və saxlanılması barədə müraciəti olmuş, 20 dekabr 2018-ci il tarixli qərarla “VAZ 21074” markalı **-BJ-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobili axtarışa verilmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkillərin surətlərindən görünür ki, “VAZ 21074” markalı **-BJ-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobili idarə edən şəxs Şəxs olmamışdır. Göründüyü kimi, Şəxs 29 sentyabr 2015-ci il tarixdə avtomobili X1 adında şəxsə “ƏN-İİİ № 565146” saylı etibarnamə əsasında satmış və bildirmişdir ki, avtomobili öz adına qeydiyyata saldırsın, lakin o, bunu etməmiş və həmin etibarnamə əsasında başqa şəxsə satmışdır. Faktiki olaraq avtomobil 29 sentyabr 2015-ci il tarixdən onun istifadəsində olmamışdır. Daha sonra etibarnamənin müddəti bitdiyi üçün avtomobili idarə edən şəxs hər səfərində inzibati xəta törətdiyi zaman həmin cərimələr onun adına yazılmışdır. Belə ki, inzibati cərimələr avtomobil onun istifadəsində olmadığı müddətdə tətbiq olunmuşdur. 17 dekabr 2018-ci il tarixdə AR DİN-nin BDYPİ-nə onlayn qaydada müraciət etmiş və tətbiq olunmuş cərimələrin avtomobilin faktiki istifadəsində olan şəxsə yönəldilməsinin, eləcə də avtomobilin saxlanılaraq cərimə meydançasına yerləşdirilməsinin təmin edilməsini xahiş etmişdir. Onlayn müraciəti qeydə alınmış, avtomobilin üzərinə həbs qoyularaq müvafiq axtarışa verilmiş, lakin bu vaxta kimi icra olunmamışdır. Məhkəmə təqdim edilmiş fotoşəkillərin surətlərindən görünür ki, “VAZ 21074” markalı **-BJ-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobili idarə edən şəxsin Şəxs olmadığı müəyyən olunur. Belə olan halda, “VAZ 21074” markalı **-BJ-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobillə törədilmiş inzibati xətalar Şəxs tərəfindən törədilməsi məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 76.1 və 76.2-ci maddələrinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 106.0, 106.0.3 və 106.0.5-ci maddələrinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən digər məsələlərlə yanaşı inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsi, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanılıbtoplanılmaması məsələsini həll edir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirləndirilməsinə dair Bakı şəhəri Suraxanı rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər həmin protokolu tərtib etmiş orqana yenidən geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 43, 106-111-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Suraxanı rayon Polis İdarəsindən daxil olmuş 22 mart 2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər onu tərtib etmiş orqana geri qaytarılsın. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №3(003)-910/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №3(003)-910/2022
04.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver