Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-911/2020 15.10.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 və zərərçəkmiş şəxs X2 iştirakları ilə xx xxxxxx 1994-cü il tarixdə Rusiya Federasiyasında doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Suraxanı RPİ post-patrul xidməti bölüyü polis nəfəri işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan X1 Bakı şəhəri Xəzər rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Xəzər RPİ-dən daxil olmuş inzibati protokola əsasən xx xxxx 2020-ci il tarixdə təxminən 08:05-də Mərdəkan-Bakı şosesində Heydər Əliyev adına X6 yaxınlığında şəhər istiqamətində yolun sağdan birinci zolağında dayanmış vəziyyətdə olan X2 etibarnamə əsasında idarə etdiyi “Saipa 132 EX” markalı **-MU-*** dövlət qeydiyyat nişanlı avtomobilə həmin zolaqda arxadan hərəkətdə olan Suraxanı Rayon Polis İdarəsinin PPXB-nin polis nəfəri, polis serjantı X4 idarə etdiyi “Fiat Doblo" markalı **-AP- *** dövlət qeydiyyat nişanlı avtomobil dəyərək toqquşmuş, toqquşma zamanı “Saipa 132 EX” markalı avtomobilin arxa sol hissəsideformasiyaya uğramış, avtomobilin sürücüsü yüngül dərəcəli xəsarət almış və “Fiat Doblo” markalı avtomobilin isə qabaq sağ hissəsinin əzildiyi müəyyən edilmişdir. Hadisə ilə bağlı Bakı şəhəri Xəzər rayon Polis İdarəsi tərəfindən xx xxxxxx 2020-ci il tarixdəAzərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən işə Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 göstərdi ki, xx xxxx 2020-ci il tarixdə təxminən 08:05-də Mərdəkan-Bakı şosesində Heydər Əliyev adına X6 yaxınlığında şəhər istiqamətində yolun sağdan birinci zolağında dayanmış vəziyyətdə olan etibarnamə əsasında idarə etdiyi “Saipa 132 EX” markalı **-MU-*** dövlət qeydiyyat nişanlı avtomobilə həmin zolaqda arxadan hərəkətdə olan Suraxanı Rayon Polis İdarəsinin PPXB-nin polis nəfəri, polis serjantı X4 idarə etdiyi “Fiat Doblo" markalı **-AP-*** dövlət qeydiyyat nişanlı avtomobil dəyərək toqquşmuş, toqquşma zamanı “Saipa 132 EX” markalı avtomobilin arxa sol hissəsi deformasiyaya uğramış, sonuncu avtomobilin sürücüsü yüngül dərəcəli xəsarət almış və “Fiat Doblo” markalı avtomobilin isə qabaq sağ hissəsiəzilmişdir. Tural Qasımovdan şikayətçi deyildir və sadəcə ona dəymiş ziyanın tam ödənilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsiilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək göstərdi ki, o, xx xxxx 2020-ci il tarixdə təxminən 08:05də Mərdəkan-Bakı şosesində Heydər Əliyev adına X6 yaxınlığında şəhər istiqamətində yolun sağdan birinci zolağında dayanmış vəziyyətdə olan X2 etibarnamə əsasında idarə etdiyi “Saipa 132 EX” markalı **-MU-*** dövlət qeydiyyat nişanlı avtomobilə həmin zolaqda arxadan hərəkətdə olarkən idarə etdiyi “Fiat Doblo" markalı **-AP-*** dövlət qeydiyyat nişanlı avtomobil dəyərək toqquşmuş, toqquşma zamanı “Saipa 132 EX” markalı avtomobilin arxa sol hissəsi deformasiyaya uğramış, avtomobilin sürücüsü yüngül dərəcəli xəsarət almış və “Fiat Doblo” markalı avtomobilin isə qabaq sağ hissəsiəzilmişdir. Əməlindən peşmandır. Ona yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Belə ki,iş materiallarına əlavə edilmiş Məhkəmə-Tibbi Ekspertiza və PatolojiAnatomiya Elmi-Təcrübi və Tədris Birliyinin xx xxxx 2020-ci il tarixli, 693 saylı rəyindəgörünür ki, X2 məhkəmə-tibb müayinəsinə əsasən onun bədənində aşkar olunmuş xəsarətlər – hər iki saidin, hər iki baldırın əzilmiş yaraları, sağ və sol kürək nahiyəsinin, sol qalça nahiyəsinin sıyrıqları küt əşya təsirindən törənmiş, törənmə müddətləri onun 3 saylı KŞX-na müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx xxxx 2020-ci il tarixli yolnəqliyyat hadisəsinə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa YÜNGÜL dərəcəli zərərvurmaya aiddirlər. İş materilallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə xx xxxxxx 2020-ci il tarixli qərardan müəyyən olunur ki, xx xxxx 2020-ci il tarixdə təxminən 08:05-də Mərdəkan-Bakı şosesində Heydər Əliyev adına X6 yaxınlığında şəhər istiqamətində yolun sağdan birinci zolağında dayanmış vəziyyətdə olan X2 etibarnamə əsasında idarə etdiyi “Saipa 132 EX” markalı **-MU-*** dövlət qeydiyyat nişanlı avtomobilə həmin zolaqda arxadan hərəkətdə olan Suraxanı Rayon Polis İdarəsinin PPXB-nin polis nəfəri, polis serjantı X4 idarə etdiyi “Fiat Doblo" markalı **-AP-*** dövlət qeydiyyat nişanlı avtomobil dəyərək toqquşmuş, toqquşma zamanı “Saipa 132 EX” markalı avtomobilin arxa sol hissəsi deformasiyaya uğramış, avtomobilin sürücüsü yüngül dərəcəli xəsarət almış və “Fiat Doblo” markalı avtomobilin isə qabaq sağ hissəsiəzilmişdir. Baş vermiş hadisə zamanı hər hansı bir cinayət tərkibi müəyyən olunmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. X4 əməlindən peşman olduğuiş üzrə cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilir. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini nəzərə alıb, inzibati xəta törətmiş şəxsin şəxsiyyətininəzərə alıb, X4 Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündətənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 27, 40, 43, 114cümaddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X5Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmə hüququ 06 (altı) ay müddətə məhdudlaşdırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətinə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №3(003)-911/2020
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-911/2020
15.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver