Məhkəmə qərarları › İş №3(003)-911/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-911/2023

17.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-911/2023 17.05.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1981-ci il tarixdə Astara rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Sovxoz fərdi evdə yaşayan Şəxs barəsində Bakı şəhəri Xəzər rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 327.8-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Bakı şəhəri Xəzər RPİ-dən daxil olmuş inzibati protokola əsasən xx.xx.2023-cü il tarixdə Xəzər rayonu, Binə qəsəbəsi ərazisində X1 darə etdiyi “Vaz 21074” markalı **-MC- *** dövlət qeydiyyat nişanlı avtomobilin və sürücü Şəxs idarə etdiyi “Ford” markalı **-OB- *** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisə ilə bağlı Bakı şəhəri Xəzər rayon Polis İdarəsi tərəfindən 05 aprel 2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmənin iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati əməli etiraf etməyərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 18:00 radələrində idarə etdiyi “Ford”markalı 90OB-548 dövlət qeydiyyat nömrəli avtomobil ilə Binə qəsəbəsi ərazisində, Binə qəsəbəsinin mərkəzi istiqamətindən, Mərkəz Şəhər istiqamətində gedən bir istiqmətli, iki zolaqlı yolun sağdan ikinci zolağı ilə saatda təxminən 50-55 km sürətlə hərəkət edən zaman qarşıda təxminən 2-3 metir aralıda eyni istiqamətdə, eyni zolaqda hərəkət edən “Vaz 21074” markalı **-MC-*** dövlət qeydiyyat nişanlı avtomobil yol ayrıcında, geriyə dönmək üçün qəfil dayanmış, o, idarə etdiyi avrtomobilin əyləcindən istifadə edə bilməmiş və idarə etdiyi avtomobilin qabaq sol tərəfi, yol ayrıcında dönmə qadağındı yerindən geriyə yolun əks isatıqamətinə dönmək üçün dayanmış vəziyyətdə olan “Vaz 21074” markalı avtomobili arxa tərəfinə çırpılmış və nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisə yerinə Xəzər RPİ-nin DYPŞ-nin əməkdaşı gəlmiş, hadisə yerinin müayinəsi olunmuşdur. xx.xx.2023-cü il tarixdə o, Xəzər RPİ-nə dəvət oluna zaman "Vaz 21074" markalı **-MC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün xəsarət alması barədə məlumat almışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, Bakı şəhər Xəzər rayon Polis İdarəsinin nümayəndəsi və zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə Bakı şəhər Xəzər rayon Polis İdarəsinin nümayəndəsinin və zərərçəkmiş şəxsin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş Məhkəmə-Tibbi Ekspertiza və X2-Təcrübi və Tədris Birliyinin 07 aprel 2023-cü il tarixli, 343 saylı rəyində görünür ki, 1959-cu il təvəllüdlü X1 məhkəmə-tibb ekspertizasına əsasən, hadisə haqqında məlumatları nəzərə alıb, qərarda qoyulmuş suallara müvafiq olaraq, aşağıdakı nəticəyə gəlinmişdir: 1.Q.İ.Kamalovun bədəni üzərində İ əl barmağın falanqa oynağının kapsulunun zədələnməsi aşkar edildi. Qeyd olunan xəsarət küt əşya təsirindən onun "X4" X5 mütaciətindən az əvvəl törənmiş, qərarda göstərilən xx.xx.2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı törənməsi istisna olunmur və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli zərərvurmaya aiddir. İş materillarında olan 1/1541 nömrəli, 05 aprel 2023-cü il tarixli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, X1 alkoloq sərxoşluq vəziyyəti “ayıq” olmuşdur. İş materillarında olan 1/1544 nömrəli, 05 aprel 2023-cü il tarixli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, Şəxs alkoloq sərxoşluq vəziyyəti “ayıq” olmuşdur. İş materiallarına əlavə edilmiş Xəzər RPİ TŞ-nin təhqiqatçısı, polis mayoru Rəhim Allahverdiyev tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə 19 aprel 2022-ci il tarixli qərardan müəyyən olunur ki, qərarın təsvir hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, “Ford” markalı **-OB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs əməlində AR İXM-nin 327.8-ci maddəsinin tərkibinin yarandığından, sürücü Şəxs barəsində inzibati təsir tədbirləri görülməsi məqsədilə toplanmış material Xəzər RPİ-nin X6 Şöbəsinin vasitəsilə Xəzər Rayon Məhkəməsinə göndərilməli, “Vaz 21074” markalı **-MC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 əməlində AR İXM-nin 327.2-ci maddənin tərkibinin yarandığından, sürücü X1 barəsində inzibati təsir tədbirləri görülməsi məqsədi ilə qəbul edilmiş qərarın sürəti Xəzər RPİ-nin X6 Şöbəsinə göndərilməlidir. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alıb, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40, 43, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat miqdarında cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar