Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(003)-913/2021 11.08.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə 31 iyul 1989-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, həqiqi hərbi qulluqçu, Bakı şəhəri Xəzər rayonu Zirə-2 hərbi şəhərcik N nömrəli hərbi hissədə qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikasının İXM-nin) 333.1 və 329.1-ci maddələri ilə Bakı şəhəri BPİ X3 İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri BPİ DYPİ-nin yol-patrul xidməti inspektoru polis sıravisi X1 tərəfindən 31 may 2021-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 333.1 və 329.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında İXP ******* saylı protokoldan görünür ki, Şəxs 31 may 2021-ci il tarixdə “VAZ 2106” minik markalı “**-LB-***” qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün saxlanılmışdır. Yoxlama zamanı sürücünün sərxoş halda avtomobili idarə etməsi müəyyən edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Bakı şəhəri BPİ X3 İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən işə Bakı şəhəri BPİ X3 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həqiqi hərbi qulluqçu olduğundan işin aiddiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilməsini xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, inzibati xəta haqqında iş materiallarını araşdırarq hesab edirəm ki, inzibati iş baxılması üçün aidiyyət üzrə Bakı Hərbi Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan Şəxs SQ ******* №-li məxsus şəxsi vəsiqənin surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdədir. Azərbaycan Respublikası İXM-nin 112.4-cü maddəsinə əsasən bu Məcəllənin 110cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. Həmin Məcəllənin 43.4-cü maddəsinə əsasən bu Məcəllənin 610-618-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə, habelə bu Məcəllənin 43.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər törətdikdə, inzibati xətalar haqqında işlərə hərbi məhkəmələr baxır. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hərbi qulluqçu olduğundan inzibati iş materialları baxılması üçün aidiyyət üzrə Bakı Hərbi Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112 və 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikasının Azərbaycan Respublikasının İXM-nin 333.1 və 329.1-ci maddələri ilə Bakı şəhəri BPİ X3 İdarəsindən daxil olmuş nzibati xəta haqqında iş baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilsin. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №3(003)-913/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №3(003)-913/2021
11.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver