Məhkəmə qərarları › İş №3(003)-914/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-914/2020

31.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-914/2020 31.08.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin (bundan sonra mətndə Xəzər RPİ 3-cü PB-nin) sahə rəisi, polis kapitanı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxx 1992-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Hövsan Südçülük sovxozu Çörək zavod yolunda yeni yaşayış sahəsində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası İXM-nin) 227-ci maddəsi ilə Xəzər RPİ 3-cü PB-dən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq, müəyyən etdi: xx xxxxxx 2019-cu il tarixdə Xəzər RPİ 3-cü PB-nin sahə rəisi, polis kapitanı X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətaları törətməsinə dair inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. Protokollara əsasən Şəxs xırda talama ilə məşğul olmuş, yəni xx xxxxxxxx 2020-ci il tarixdə Ümüdov Kənan Mövsüm oğluna məxsus Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi “Mehriban qonşular” adlanan ərazidə yerləşən nömrəsiz evdən “Lenovo” markalı kompyuteri, xx xxx 2020-ci il tarixdə X5 məxsus evinin arxasında dəyəir 280 manat olan 2 ədəd pəncərə və dəyəri 30 manat olan 40 metr uzunluğunda elektrik naqilini oğurlayaraq, həmçinin, xx xxxx 2020-ci il tarixdə X3 ümumilikdə 40 manat dəyərində ziyan vuraraq dələduzluq yolu ilə özgəsinin əmlakını talamışdır. Məhkəmə iclasında protokolları tərtib etmiş şəxs - Xəzər RPİ 3-cü PB-nin sahə rəisi, polis kapitanı X2 tərtib edilmiş protokolların məzmunlarına uyğun izahat verdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə özünü təqsirli bilərək göstərdi ki, xx xxxxxxxx 2020-ci il tarixdə Ümüdov Kənan Mövsüm oğluna məxsus Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi “Mehriban qonşular” adlanan ərazidə yerləşən nömrəsiz evdən “Lenovo” markalı kompyuteri, xx xxx 2020-ci il tarixdə X5 məxsus evinin arxasında dəyəir 280 manat olan 2 ədəd pəncərə və dəyəri 30 manat olan 40 metr uzunluğunda elektrik naqilini oğurlayaraq, həmçinin, xx xxxx 2020-ci il tarixdə X3 ümumilikdə 40 manat dəyərində ziyan vuraraq dələduzluq yolu ilə özgəsinin əmlakını talamışdır. Bundan başqa, Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının İXM-nin 206-cımaddəsində nəzərdə tutulmuş İnzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğdə cərimə edilmişdir. Əməllərindən peşmandır. Beləliklə, müvafiq inzibati xətaların baş verməsi faktı barəsində inzibati xəta haqqında icraat üzrə iş aparılan şəxsin, inzibati xəta haqqında protokollar tərtib etmiş şəxsin izahatları, inzibati xəta haqqında protokollarla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Qeyd: Bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının CM-nin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlindən peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli AZA 006263 nömrəli tutma haqqında protokoldan görünür ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdən saat 15:00-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məhkəmə hesab edir ki, həbsetmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən saat 15:00-dan, yəni, Şəxs tutulduğu tarixdən hesablanmalıdır. İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alıb, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 30, 40, 43, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - xx xxxxxx 1992-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Hövsan Südçülük sovxozu Çörək zavod yolunda yeni yaşayış sahəsində yaşayan Şəxs Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş İnzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 01 (bir) ay müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən saat 15:00-dan hesablansın. Qərarın icrası Xəzər rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar