Məhkəmə qərarları › İş №3(003)-914/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-914/2022

13.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-914/2022 13.07.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, şikayətçi X1 protokol tərtib edən şəxs Bakı şəhəri Xəzər RPİ-nin 2-ci Polis şöbəsinin polis sahə rəisi X4 iştirakları ilə X1 Xəzər RPİ-nin 2-ci Polis şöbəsinin polis sahə rəisi X6 tərəfindən qəbul edilmiş EPQ seriyalı ******* nömrəli 05 aprel 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğvinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək 05 aprel 2022-ci il tarixli EXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola əsasən qəbul edilmiş inzibati tənbeh vermə haqqında EPQ seriyalı ******* nömrəli 05 aprel 2022-ci il tarixli qərarın ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında X2 şikayəti müdafiə edərək göstərdi ki, 05 aprel 2022-ci il tarixdə səhər saatlarında ictimai nəqliyyatda olarkən tibbi qoruyucudan istifadə etmədiyinə görə Xəzər RPİ-nin 2-ci Polis şöbəsinin əməkdaşı X6 onun barəsində 05 aprel 2022-ci il tarixli EXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib etmişdir. O, həmin qərarla razı deyil və hesab edir ki, qərar əsassız olduğundan rədd edilməlidir. Belə ki, özü işləmir və asma xəstəliyindən əziyyət çəkir. Tibbi maska taxanda nəfəsi çatmır. Lakin həmişə tibbi maskadan istifadə etmişdir. Həmin vaxt nəfəsi çatmadığından nəfəs almaq üçün maskanı çıxartmışdır ki, sonra taxsın. Lakin polis əməkdaşı onun asma xəstəsi olmasını və maskanı nəfəs almaq üçün çıxartdığına məhəl qoymamışdır. Əvvəl də, iki dəfə tibbi maskadan istifadə etmədiyinə görə cərimə olunmuşdur. 05 aprel 2022-ci il tarixli qərardan 10 aprel 2022-ci ildə məlumatı olsa da, qanunvericiliyi bilmədiyindən vaxtında şikayət verə bilməmişdir. Qeyd olunanlara əsasən şikayətin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında protokol tərtib edən şəxs X6 bildirdi ki, Bakı şəhəri Xəzər RPİnin 2-ci Polis şöbəsinin polis sahə rəisi vəzifəsində işləyir. 05 aprel 2022-ci il tarixdə səhər saatlarında ictimai nəqliyyatda olan sərnişinlərin tibbi maskadan istifadə edib-etməməsi ilə yoxlanılan zaman X1 tibbi maskadan istifadə etmədiyi müəyyən olunmuş və tərəfindən onun barəsində EXP seriyalı ******* nömrəli, 05 aprel 2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib etmişdir. Həmin protokol əsasında X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsi ilə təqsirli bilinərək 200 manat cərimə olunmasına dair inzibati tənbeh vermə haqqında EPQ seriyalı ******* nömrəli 05 aprel 2022-ci il tarixli qərar qəbul etmişdir. Bundan əvvəl X2 26 may 2021-ci il tarixdə İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat cərimə, 15 iyul 2021ci ildə İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsi ilə təqsirli bilinərək 200 manat cərimə, 19 yanvar 2022-ci ildə İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsi ilə təqsirli bilinərək 200 manat cərimə olunmasına baxmayaraq heç bir cəriməni ödəməmmişdir. Qərarın qanuni və əsaslı olduğunu, şikayətin isə əsassız olduğunu bildirərək məhkəmədən şikayətin rədd olunmasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən şikayət rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Nəsimi RPİ-nin 22-ci PB-nin polis sahə rəisi X5 tərəfindən tərtib olunmuş EPQ seriyalı ******* nömrəli 26 may 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 Azərbaycan Respublikası İXM-nin 211.2ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat cərimə olunmuşdur. İş materiallarında olan Sabunçu RPİ-nin 12-ci PB-nin polis sahə rəisi X7 tərəfindən tərtib olunmuş EXP seriyalı ******* nömrəli 15 iyul 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 Azərbaycan Respublikası İXM-nin 211.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 manat cərimə olunmuşdur. İş materiallarında olan Nizami RPİ-nin 23-cü PB-nin rəis müavini X8 tərəfindən tərtib olunmuş EPQ seriyalı ******* nömrəli 19 yanvra 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 Azərbaycan Respublikası İXM-nin 211.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 manat cərimə olunmuşdur. İş materiallarına əlavə olunmuş Xəzər RPİ-nin 2-ci Polis şöbəsinin polis sahə rəisi X6 tərəfindən tərtib olunmuş EXP seriyalı ******* nömrəli 05 aprel 2022-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, X2 05 aprel 2022-ci il tarixdə, səhər (saat 6-12) Bakı şəhəri, Zuğulba prospekti, 92 ünvanında Azərbaycan Respublikası İXM-nin 211.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə olunmuş Xəzər RPİ-nin 2-ci Polis şöbəsinin polis sahə rəisi X6 tərəfindən qəbul edilmiş EPQ seriyalı ******* nömrəli 05 aprel 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsi ilə təqsirli bilinərək 200 manat cərimə olunmuşdur. Məhkəmədə müəyyən olundu ki, karantin dövründə X2 tərəfindən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərini pozduğuna görə inzibati tənbeh almasına baxmayaraq inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətdiyindən Xəzər RPİ-nin 2ci Polis şöbəsinin polis sahə rəisi X6 tərəfindən onun barəsində EXP seriyalı ******* nömrəli 05 aprel 2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Xəzər RPİ-nin 2-ci Polis şöbəsinin polis sahə rəisi X6 tərəfindən qəbul edilmiş EPQ seriyalı ******* nömrəli 05 aprel 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsi ilə təqsirli bilinərək 200 manat cərimə olunmuşdur. Məhkəmə hesab edir ki, qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur və bu səbəbdən şikayət əsassız olduğundan rədd edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, X2 EPQ seriyalı ******* nömrəli 05 aprel 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan 10 aprel 2022-ci il tarixdə məlumatı olmasına baxmayaraq şikayəti rabitə orqanına 13 iyun 2022-ci il tarixdə təqdim etdiyindən qərardan şikayət vermək üçün nəzərdə tutulmuş 10 gün müddət ötürülmüşdür. Buna baxmayaraq şikayətçi tərəfindən qərardan şikayət vermə müddətinin buraxılması səbəbinin üzrlü hesab edilərək bərpa edilməsi barədə məhkəməyə vəsatəti daxil olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci madədsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. İnzibati Xətalar Məcəlləsinin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Xəzər RPİ-nin 2-ci Polis şöbəsinin polis sahə rəisi X6 tərəfindən qəbul edilmiş EPQ seriyalı ******* nömrəli 05 aprel 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayəti əsassız olduğundan rədd edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar