Məhkəmə qərarları › İş №3(003)-914/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-914/2023

03.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-914/2023 03.05.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi Məhkəmə iclasının katibi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Bakı şəhəri Xəzər RPİ DYPŞ-nin polis leytenantı X15 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Alıev Shakhınin iştirakları ilə xx.xx.1962-ci il tarixdə Gürcüstan Respublikasında doğulmuş, Gürcüstan Respublikasının vətəndaşı, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi, X17 müvəqqəti yaşayan Alıev Shakhının barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikasının İXM-nin) 332.1 və 332.5-ci maddələri ilə Bakı şəhəri Xəzər rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq, müəyyənetdi: 03 may 2023-cü il tarixdə Bakı şəhəri Xəzər RPİ DYPŞ-nin polis leytenantı X25 tərəfindən Alıev Shakhının barəsində Azərbaycan Respublikası İXM-nin 332.1 və 332.5-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında İXP№ ******* saylı protokollar tərtib olunmuşdur. Protokola əsasən xx.xx.2022-ci il tarixdə saat 15:30 radələrində sürücü X3 13 nəfər sərnişin olan idarə etdiyi “Mercedes” markalı **-TM-*** dövlət qeydiyat nişanlı avtomobili idarə edərək, Xəzər rayonu, Zirə qəsəbəsi qəsəbəsi istiqamətindən, Mərkəz-Şəhər, Pirallahi rayonu şosesi istiqamətndə gedən yolda saatda 60-70 km sürətlə hərəkət edərək, qarşıda eyni istiqamətdə hərəkət edən sürücü X14 idarə etdiyi “Kamaz” markalı 99-НЈ-282 dövlət qeydiyyat nişanlı avtomobilini ötüb keçmək məqsədi ilə yolda olan qırıq-qırıq xətdi sol tərəfə, yəni yolun əks istiqamət zolağına keçib ötmə əməliyyatına başlamış, bu zaman qarşıda hərəkət edən sürücü Təbriz Həsənov idarə etdiyi "Kamaz” markalı avtomobilini yol ayrıcından sol tərəfə dönmək üçün qırıq-qırıq xətdi keçmədən öz hərəkət zolağında tam saxlayıb va arxada hərəkət edərək ötmə əməliyyatı edən “Mercedes” markalı avtomobil sol tərəf, yəni yolun əks istiqamət zolağında qarşı tərəfə hərəkət etmiş, dayanmış vəziyətdə olan “Kamaz” markalı avtomobilin sol tərəfindən, Kamaz markalı avtomobil ilə təmas etmədən, toqquşmadan ötüb keçib yolun sol kənarında qazılmış xəndəyə düşmüşdür və yol nəqliyyat hadisəsi baş vermişdir. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı “Mercedes” markalı **-TM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sərnişinləri X5, X2 X12, X13, X6, X4, X7, X11, X26, X8 və 11-ci sərnişin X1 zərərvurmayan və dərəcələri təyin edilməyən xəsarətlər aımışlar, eyni zamanda hadisə zamanı “Mercedes” markalı **- TM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X31 (Alıev Shakhın) özü zz ağır dərəcəli bədən xəsarətləri almışdır. Bununla da X31 (Alıev Shakhın) Azərbaycan Respublikası İXM-nin 332.1 və 332.5-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Xəzər RPİ DYPŞ-nin polis leytenantı X25 protokolun məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Alıev Shakhın Azərbaycan Respublikasının İXM-nin 332.1 və 332.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək, əməlindən peşman olduğunu qeyd etdi və barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Beləliklə, məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, Alıev Shakhın həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İXM-nin 332.1 və 332.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsində rayon məhkəmələrinin baxdığı inzibati xəta haqqında işlərin əhatə dairəsi müəyyən olunmuşdur ki, İXM-nin 332.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya baxılması məhkəmənin səlahiyyətinə aid edilməmişdir. İXM-nin 332.5-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya baxılması məhkəmənin səlahiyyətinə aid edildiyindən məhkəmə inzibati xəta haqqında protokola Alıev Shakhınin İXM-nin 332.5-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi hissəsində baxaraq qiymət verə bilər. X9 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 332.5-ci maddəsinə əsasən ümumi istifadədə olan nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan belə nəqliyyat vasitəsinin sərnişin daşımaqla idarə edilməsinə görə - on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 8/860 saylı rəydən görünür ki,

1. Təhqiqat tərəfindən təqdim edilmiş məlumatlara əsasən Mercedes-Benz markalı, 90TM381 dövlət qeydiyyat nişanlı mikroavtobusun sürücüsü X20 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun hərəkətlərində həmin maddənin tələbləri təmin olunmaqla hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Ş.Q.Əliyev avtomobili hərəkət sürəti 3.24 “Maksimum surət məhdudlaşdırılması” yol nişanı ilə 50 km/saata qədər məhdudlaşdırılmış yolda 60-70 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur.

2. Rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən Kamaz markalı, 99НЈ282 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X14 hərəkətləri “Yol hərəkəti haqqından” Azərbaycan Respublikası Qanununun tələbləri ilə ziddiyət təçkil etməmişdir. İş materiallarına əlavə edilmiş Xəzər RPİ TŞ-nin təhqiqatçısı, polis mayoru Rəhim Allahverdiyev tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə 26 aprel 2023-cü il tarixli qərardan müəyyən olunur ki, qərarın təsvir hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, “Mersedes” markalı **-TM-*** dövlət qeydiyyat nışanlı avtomobilin sürücüsü X20 əməlində AR İXM-nin 332.1-ci, 332.5-ci maddəsinin tərkibinin yarandığından sürücü X20 barəsində inzibati təsir tədbirləri görülməsi məqsədilə toplanmış məterisi Xəzər rayon X29 X34 vasitəsilə Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə protokol tərtib etmiş şəxsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, iş materiallarını araşdırıb müəyyən etdi ki, Alıev Shakhın “Mersedes” markalı **-TM-*** dövlət qeydiyyat nışanlı avtomobili onu idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin sərnişin daşımaqla idarə etmişdir. Bundan başqa, Alıev Shakhın avtomobili onu idarə etmək hüququ olmadan idarə etdiyini etiraf etmişdir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə tənbehi ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alıb, Alıev Shakhının Azərbaycan Respublikası İXMnin 332.5-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Azərbaycan Respublikası İXM-in 55.2-ci maddəsinə əsasən, fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Həmçinin 55.3 və 55.4-cu maddələrinə əsasən inzibati xətalar haqqında işlər üzrə məsrəflərin məbləği məsrəflərə aid olan çəkilmiş xərcləri təsdiq edən işə əlavə edilmiş sənədlər əsasında müəyyən edilir və məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 128 manat məbləğində pul vəsaiti dövlət hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 30, 40, 43, 115- 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə

qəraraaldı:

Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – xx.xx.1962-ci il tarixdə Gürcüstan Respublikasında doğulmuş, Gürcüstan Respublikasının vətəndaşı, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi, X17 müvəqqəti yaşayan Alıev Shakhınin (X31) Azərbaycan Respublikasının İXM-nin 332.5-ci maddəsində nəzərdə tutulmuş İnzibati xətanı törətməkdə təqsirli bilinib 15 (on beş) gün müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 03 may 2023-cü il tarixdə saat 12:00-dan hesablansın. Qərarın icrası Xəzər rayon Polis İdarəsinə həvalə edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 128 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X10, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) dövlət hesabına ödənilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər.

Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar