Məhkəmə qərarları › İş №3(003)-915/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-915/2021

30.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-915/2021 30.07.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Şəxs barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası İXM-nin) 503-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: İnzibati xəta haqqında 17 iyun 2021-ci il tarixli № 008000-0095/21 saylı protokola əsasən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Poçt Göndərişləri gömrük postunda sürətli poçt lisenziyasına malik "xxxx" MMC poçt daşımaları şirkəti tərəfindən elektron qaydada gömrük orqanlarına bəyan edilmiş 29 may 2021-ci il tarixli **********1 saylı aviaqaimə əsasında Bakı Kargo Terminalına daxil olmuş poçt bağlamalarına keçirilən gömrük yoxlanılması zamanısifarişçi kimi adı Alixan Paşayev, Şəxs, Murad Paşayev, Şahnaz Əhmədova, Səkinə Əhmədova, Türkanə Məcidzadə, Rüstəm Rütəmov kimi göstərilən (ümumilikdə 7 şəxsin adına gələn 7 ədəd poçt bağlaması) poçt bağlamalarının müşayiət sənədlərində alıcı qismində çıxış edən şəxslərin ad və soyadları fərqli göstərilsə də, bağlamaların hər birində 2 ədəd “Mi Band” markalı elektron qol saatı olduğu müəyyən olunmuşdur. Sözügedən yüklərin eyni şəxsə aid olmasına dair əsaslı şübhələr yarandığından yuxarıda qeyd olunan aviaqaimələr ilə gələn yüklər hal şahidlərinin iştirakı ilə protokol əsasında götürülmüşdür. Faktla bağlı Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsində araşdırma başlanılmışdır. Araşdırma zamanı Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə gələn Azərbaycan Respublikasının vətəndaşı Şəxs həmin malları öz kartı ilə fərqli şəxslərin adına sifariş etdiyini bildirmişdir. Beləliklə, Azərbaycan Respublikasının vətəndaşı Şəxs kommersiya fəaliyyəti üçün nəzərdə tutulan malları Azərbaycan Respublikasından dövlət sərhədindən istehsal və ya kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar kimi keşirdiyi məlum olmuşdur. Həmin malların invoys dəyəri 529,72 (beş yüz iyirmi doqquz, yetmiş iki) ABŞ dolları (30.07.2021-ci il tarixinə olan məzənnəyə əsasən 900,52 manat) təşkil edir. Bununla əlaqədar Şəxs barəsində Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin böyük təhqiqatçısı, gömrük xidməti polkovnik-leytenantı X1 tərəfindən 17 iyun 2021-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 503-cü maddəsi ilə № 008000-0095/21 saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbini bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən işə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta porotokol tərtib edilmiş şəxs Şəxs törətdiyi əməli etiraf edərək peşmançılıq çəkdiyini, qanunlara həmişə hörmət etdiyini, hazırda pensiyaçı olduğunu, bundan sonra bir də belə hərəkətə yol verməyəcəyini bildirdi və bütün bunların nəzərə alınaraq ona yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İş materiallarını araşdırıb, barəsində inzibati xəta porotokol tərtib edilmiş şəxsin izhatını dinləyib hesab edirəm ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə sübuta yetirilir. Belə ki, İstehsal və ya digər kommersiya fəaliyyəti üçün nəzərdə tutulan malların Azərbaycan Respublikasının gömrük sərhədindən istehsal və ya kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar kimi keçirilməsinə görə - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud onların dəyərinin otuz faizindən yüz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdırıb, törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq Şəxs Azərbaycan Respublikası İXM-nin 503-cü maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin otuz faizi məbləğində cərimə edilməsi növündə inzibati tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 25, 40, 43, 53,105, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İXM-nin 503-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan malların gömrük dəyəri 900,52 (doqquz yüz, əlli iki) manat məbləğinin 30 (otuz) faizi, yəni 270,17 (iki yüz yetmiş, on yeddi) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar