Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-915/2022 05.08.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, şikayətçi X8, protokol tərtib edən şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı ərazi şöbəsinin baş məsləhətçisi X9 iştirakları ilə X8 Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı ərazi şöbəsinin müdiri X12 tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli 28 sentyabr 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜYYƏNETDİ: X13 şikayət ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı ərazi şöbəsinin MN seriyalı ******* nömrəli qərarının və MN seriyalı ******* nömrəli protokolun ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X13 şikayəti müdafiə edərək bildirdi ki, 1998-ci ildə ona Abşeron rayonu, Hövsan südçülük sovxozu ərazisində fərdi ev tikmək üçün 0,12 ha torpaq sahəsi ayrılmışdır. O, həmin torpaq sahəsində 2001-ci ildə 14 m x 13 m ölçüdə bir mərtəbədən ibarət fərdi yaşayış evi inşa etmişdir. Təxminən 6 ay əvvəl onun oğlunu öldürmüşlər və gəlini onu evdən qovmuşdur. Hal-hazırda küçələrdə qalmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı ərazi şöbəsinin MN seriyalı ******* nömrəli protokolu əsasında MN seriyalı ******* nömrəli qərarına əsasən ona 500 manat cərimə yazılmışdır. Həmin protokol və qərar onun iştirakı olmadan və ona heç bir xəbərdarlıq olunmadan qəbul edilmişdir. Ona görə də, həmin protokol və onun əsasında qəbul edilmiş qərarı qanunsuz və əsassız hesab edir. Belə ki, həmin protokolda imzası yoxdur. Bundan başqa təqdim edilmiş fotoşəkillərdə olan yeni tikililərdir və həmin şəkillərdə ona məxsus ev yoxdur. Onun baş verənlərdən məlumatı yoxdur. Xəzər rayon İcra şöbəsi tərəfindən dəvət olunduqdan sonra qərardan xəbəri olmuş və həmin qərarı 14 iyun 2022-ci il tarixdə şöbədən alaraq məhkəməyə şikayət vermişdir. Qeyd olunanlara əsasən məhkəmədən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı ərazi şöbəsinin müdiri X12 tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli 28 sentyabr 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında protokol tərtib edən şəxs X14 bildirdi ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı ərazi şöbəsinin baş məsləhətçisi vəzifəsində işləyir. Torpaq sahəsinin icarə hüquqlarının alqı-satqısı haqqında 11 may 2017-ci il tarixli müqaviləyə əsasən X15 4.0 ha torpaq sahəsindən 0.20 ha torpaq sahəsinin icarə hüquqlarını X2 və DƏDRX tərəfindən verilmiş RX seriyalı ******* nömrəli, 14 iyun 2017-ci il tarixli Çıxarışa əsasən Abşeron rayonu, Hövsan südçülük sovxozu ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 0.20 ha torpaq sahəsinin icarə hüquqları X10 məxsusdur. Həmin torpaq sahəsində fərdi yaşayış evinin inşa edilərək torpağı təyinatından kənar istifadə edilməsi faktı aşkar edildiyindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı ərazi şöbəsinin baş məsləhətçisi X14 tərəfindən X8 barəsində MN seriyalı ******* nömrəli 14 sentyabr 2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. X13 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.2ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı işə baxılması 28 sentyabr 2021-ci il tarixə, saat 10:00-a təyin edilməklə ona işə baxılmasında iştirak etməsi təklif olunmuşdur. X26 işə baxılmasında iştirak etməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı ərazi şöbəsinin müdiri X12 tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli 28 sentyabr 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən X3 Xətalar Məcəlləsinin 247.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 manat məbləğində cərimə edilmişdir. Qərarın qanuni və əsaslı olduğunu bildirərək məhkəmədən şikayətin təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfindən şikayətçi X8, protokol tərtib edən şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı ərazi şöbəsinin baş məsləhətçisi X9 iştirakları ilə Abşeron rayonu, Hövsan südçülük sovxozu ərazisində yerləşən icarə hüquqları üzrə X10 məxsus 0.20 ha torpaq sahəsinə baxış keçirilmişdir. Müəyyən olunmuşdur ki, orada 1 mərtəbəli fərdi yaşayış evi inşa olunmuşdur. Yaşa Süleymanova bildirdi ki, 1998-ci ildə ona Abşeron rayonu, Hövsan südçülük sovxozu ərazisində fərdi ev tikmək üçün ayrılan 0,12 ha torpaq sahəsi həmin ərazi deyildir. 0,12 ha torpaq sahəsi tamam başqa yerdə yerləşir və orada inşa olunmuş 1 mərtəbəli fərdi yaşayış evində gəlini və nəvəsi yaşayır. 2017-ci ildə oğlu türmədə olduğu müddətdə X15 onu aldadaraq notariusa aparıb bəzi sənədlərə imza etdirmiş, bunun müqabilində isə oğlunu həbsdən azad etdirəcəyini demişdir. Məhkəmə şikayətçini, protokol tərtib edən şəxsi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən şikayət rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Abşeron rayon İcra Hakimiyyəti Abşeron rayon Dövlət arxivinin 26 aprel 2021-ci il tarixli arxiv çıxarışından görünür ki, Abşeron rayon İcra Hakimiyyətinin 28 yanvar 1998-ci il tarixli 40 nömrəli məktubu və islahat komissiyasının 01 dekabr 1997-ci il tarixli 03 №-li protokoluna əsasən X10 fərdi ev tikmək üçün 0,12 ha torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan X15, X19 və X13 arasında bağlanmış Torpaq sahəsinin bölgüsü haqqında 11 may 2017-ci il tarixli sazişdən görünür ki, Abşeron rayonu, Hövsan südçülük sovxozu ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 4.0 ha torpaq sahəsi bölgü eskizində göstərilən qaydada X16 0.45 ha, X10 0.20 ha torpaq sahəsinin icarə hüquqları bölünmüşdür. İş materiallarında olan X15 və X13 arasında bağlanmış Torpaq sahəsinin icarə hüquqlarının alqı-satqısı haqqında 11 may 2017-ci il tarixli müqavilədən görünür ki, X6 təsərrüfatı təyinatlı 4.0 ha torpaq sahəsindən 0.20 ha torpaq sahəsinin icarə hüquqlarını X1. İş materiallarına əlavə edilmiş DƏDRX tərəfindən verilmiş RX seriyalı ******* nömrəli, 14 iyun 2017-ci il tarixli Çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Hövsan südçülük sovxozu ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 0.20 ha torpaq sahəsi 24 dekabr 2012-ci il tarixdən başlayaraq 99 il müddətinə, 24 dekabr 2012-ci il tarixli, 2192 nömrəli icarə müqaviləsi və 11 may 2017-ci il tarixli, 3M-696 saylı icarə hüququnun alqısatqı müqaviləsinə X10 məxsusdur. Əvvəlki yüklülük X11 məxsus olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı ərazi şöbəsinin baş məsləhətçisi X14 və baş məsləhətçi X21 tərəfindən tərtib olunmuş 14 sentyabr 2021-ci il tarixli aktdan görünür ki, Suraxanı rayonu, Hövsan südçülük sovxozu ərazisində yerləşən 0.20 ha torpaq sahəsində fərdi yaşayış evinin inşa edilməsi faktı aşkar edilmişdir. X7 hüquqmüəyyənedici sənədlər tələb edildikdə DƏDRX-nin 14 iyun 2017-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışı və torpaq sahəsinin plan və ölçüsü sənədlərini təqdim etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin 14 sentyabr 2021-ci il tarixli qərardadından görünür ki, X13 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı işə baxılması 28 sentyabr 2021-ci il tarixə, saat 10:00-a təyin edilmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı ərazi şöbəsinin 14 sentyabr 2021-ci il tarixli bildirişindən görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı 28 sentyabr 2021-ci il tarixə, saat 10:00-a təyin edilmiş işə baxılmasında X8 iştirak etməsi təklif olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı ərazi şöbəsinin baş məsləhətçisi X14 tərəfindən tərtib olunmuş MN seriyalı ******* nömrəli 14 sentyabr 2021-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, X4 rayonunun inzibati ərazisi daxilində Hövsan südçülük sovxozunda icarəsində olan 0.20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində tikinti işləri apararaq torpağı təyinatından kənar istifadə etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı ərazi şöbəsinin müdiri X12 tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli 28 sentyabr 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 Xətalar Məcəlləsinin 247.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.1-ci maddəsinə əsasən torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsinə görə -fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər üç min manat məbləğində cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsinə əsasən bu Məcəllənin 247.1-ci maddəsində nəzərdə tutulmuş xətanın kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə törədilməsinə görə -fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. Məhkəmədə müəyyən olundu ki, X13 tərəfindən ona məxsus Suraxanı rayonu, Hövsan südçülük sovxozu ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 0.20 ha torpaq sahəsində fərdi yaşayış evinin inşa edilərək torpağı təyinatından kənar istifadə edilməsi faktı aşkar edildiyindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı ərazi şöbəsinin baş məsləhətçisi X14 tərəfindən onun barəsində MN seriyalı ******* nömrəli 14 sentyabr 2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı ərazi şöbəsinin müdiri X12 tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli 28 sentyabr 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən X3 Xətalar Məcəlləsinin 247.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 manat məbləğində cərimə edilmişdir. Məhkəmə hesab edir ki, inzibati tənbeh vermə haqqında qərar əsaslıdır, qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur və məhkəmə zamanı təqdim olunmamışdır. X5 rayon İcra Hakimiyyətinin 28 yanvar 1998-ci il tarixli 40 nömrəli məktubu və islahat komissiyasının 01 dekabr 1997-ci il tarixli 03 №-li protokoluna əsasən fərdi ev tikmək üçün ayrılmış 0,12 ha torpaq sahəsində 1 mərtəbəli fərdi yaşayış evi inşa etdiyini bildirsə də, məhkəmə tərəfindən tərəflərin iştirakları ilə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, Abşeron rayonu, Hövsan südçülük sovxozu ərazisində yerləşən icarə hüquqları üzrə X10 məxsus 0.20 ha torpaq sahəsi ilə X10 1997-ci ildə fərdi ev tikmək üçün ayrılmış 0,12 ha torpaq sahəsi ayrı-ayrı torpaq sahələridir. İcarə hüquqları üzrə X10 məxsus kənd təsərrüfatı təyinatlı 0.20 ha torpaq sahəsində 1 mərtəbəli fərdi yaşayış evi inşa olunmuşdur. Həmçinin məhkəmə hesab edir ki, X3 tənbeh vermə haqqında qərarı 14 iyun 2022ci il tarixdə Xəzər rayon İcra şöbəsindən əldə edərək 23 iyun 2022-ci il tarixdə məhkəməyə şikayət verdiyindən qərardan şikayət vermək üçün nəzərdə tutulmuş 10 gün müddət ötürülməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci madədsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X8 Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı ərazi şöbəsinin müdiri X12 tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli 28 sentyabr 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayəti əsassız olduğundan rədd edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-915/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-915/2022
05.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver