Məhkəmə qərarları › İş №3(003)-915/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-915/2023

03.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-915/2023 03.05.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi Məhkəmə iclasının katibi Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, Bakı şəhəri Xəzər RPİ 3-cü PŞ-nin sahə inspektoru, polis kapitanı Fərid Hüseynlinin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə Şəxs xx xxxxx 1964-cü il tarixdə Bərdə rayonunun Saatlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, taksi fəaliyyəti ilə məşğul olan, Laçın rayonunun Oğuldərə kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Sovxoz yolu fərdi yaşayış evində yaşayan barəsində Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsindən Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: 03 may 2023-cü il tarixdə Bakı şəhəri Xəzər RPİ 3-cü PŞ-nin sahə inspektoru, polis kapitanı Fərid Hüseynli tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında MN № ******* saylı protokol tərtib olunmuşdur. Protokola əsasən Şəxs 03 may 2023-cü il tarixdə Xəzər rayonu Binə qəsəbəsi Sovxoz yolunda yolun hərəkət hissəsini kəsərək tıxac yaratmış, PPXB-nin əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra ona arxadan gələn maşınların hərəkətinə maneçilik törətdiyini izah etdikdə, o, polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədib onlara tabesizlik göstərmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs Bakı şəhəri Xəzər RPİ 3-cü PŞ-nin sahə inspektoru, polis kapitanı Fərid Hüseynli izahatında göstərdi ki, Şəxs 03 may 2023cü il tarixdə Xəzər rayonu Binə qəsəbəsi Sovxoz yolunda yolun hərəkət hissəsini kəsərək tıxac yaratmış, PPXB-nin əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra ona arxadan gələn maşınların hərəkətinə maneçilik törətdiyini izah etdikdə, o, polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədib onlara tabesizlik göstərmişdir. Bu fakt vətəndaşın izahatı və polis əməkdaşlarının tərtib etdiyi raportla təsdiq edilir. Ona görə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində müfafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək göstərdi ki, 03 may 2023-cü il tarixdə Xəzər rayonu Binə qəsəbəsi Sovxoz yolunda taksi fəaliyyəti ilə məşğul olarkən xidməti nişanı olmayan polis əməkdaşı ona yaxınlaşaraq özünü təqdim etmədən avtomobilini sürməyi bildirmişdir. O, polis əməkdaşına qarşıda avtomobil və adamların olduğunu və buna görə sürə bilmədiyini bildirmiş, polis əməkdaşı isə ona yüksək səslə avtomobili sürməyi deyərək şam bağına kimi üstündə xidməti nişanı olmayan mülki maşınla onu qovub qəza şəraiti yaratmışdır. Şam bağında maşınını saxlamış, polis əməkdaşı isə təzədən onun üstünə çığıraraq digər polis əməkdaşını köməyə çağırmışdır. O, yenidən avtomaşınına əyləşib telefonunu götürmək istəyəndə onu çağırıb çox ağır ifadələrlə təhqir etmişdir. O da polis əməkdaşının bhəmin təhqiramiz sözlərindən sonra özünü pis hiss etdiyi üçün “102”-yə və “103”-ə zəng edib kömək istəmişdir. Bildirir ki, xuliqanlığı o yox, polis əməkdaşları etmişlər. Bunun nəzərə alınaraq barəsində olan hazırkı inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Xəzər RPİ PPXB-nin polis nəfəri, polis serjantı X2 izahatında göstərdi ki, 03 may 2023-cü il tarixdə Xəzər rayonu Binə qəsəbəsi Sovxoz yolunda iş yoldaşı X3 ilə birlikdə xidmətdə olarkən orada tıxac yaranıbmış. Qıraqdan vətəndaş yaxınlaşıb onlardan yolun açılmasına köməklik göstərilməsini xahiş etmiş, o da düşüb əvvəlcə yola baxmış, sonra yolu bağlayan sürücüyə yaxınlaşıb maşını sürməsini və yolu boşaltmasını demiş, həmin sürücü, sonradan adını bildiyi Şəxs isə “sürmürəm, sərnişin götürürəm, yaxşı edirəm” deyə cavab vermiş, maşınını bir az qabağa verərək saxlamış və düşüb hay-küy salmağa, onları təhqir etməyə başlamış, orada olan şəxslərin diqqətini özünə cəlb etməyə çalışmışdır. Onlar yenə Şəxs maşınını sürüb getməyi və yolu boşaltmağı təklif etmiş, onu sakitləşdirməyə çalışmış, lakin o, yenidən israrla maşını sürməyəcəyini deyərək onların qanuni tələbinə qəsdən tabe olmamış, səsküy salmaqda davam etmişdir. Onlar həmin səbəbdən onu Xəzər RPİ 3-cü Polis şöbəsinə aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilən Xəzər RPİ PPXB-nin polis nəfəri, polis serjantı X3 da oxşar, eyni məzmunlu izahat verərək şahid X1 göstərdiklərini təsdiq etdi. Müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında izahatlarla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, şahidlərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməməsinə dair izahatın tənqidi yanaşaraq hesab edir ki, onun izahatı həqiqətə uyğun deyildir, şahidlərin ifadələri və digər iş materialları ilə təkzib edilir. Ona görə də məhkəmə hesab edir ki, onun bu məzmunda izahat verməsi özünü müdafiə xarakterli olmaqla inzibati məsuliyyətdən yayınmaq məqsədi güdür. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini və inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alıb, onun Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40, 43, 114-cü maddələrini rəhbər tutaraq qəraraaldım: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş İnzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar