Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-916/2020 14.09.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Bakı şəhəri Xəzər rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2, zərərçəkmiş şəxsin nümayəndəsi X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxx 1986-cı il tarixdə Ağdam rayonunun İsmayılbəyli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Ağdam rayonunun İsmayılbəyli kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə Xəzər rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq, müəyyən etdi: Bakı şəhəri Xəzər rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5 tərəfindən tərtib olunmuş xx xxxxxxxx 2020-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokoldan göründüyü kimi, Ağdam Rayon Məhkəməsinin 2(013)-1218/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsinə əsasən Şəxs 7982,4 manat pulu X4 ödəməlidir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs göndərilmiş bildirişə, xəbərdarlıqlara baxmayaraq, o, borc məbləğini könüllü ödəməmiş, heç bir üzrlü səbəb olmadan Ağdam Rayon Məhkəməsinin 2(013)-1218/2019 saylı, xx xxxx 2019-cu il tarixli icra sənədini icra etməkdən qərəzli olaraq yayınaraq icra məmurunun qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Xəzər rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək göstərdi ki, Ağdam Rayon Məhkəməsinin 2(013)- 1218/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsinə əsasən Şəxs 7982,4 manat pulu X4 ödəməlidir. Borclu Xəzər rayon İcra və Probasiya şöbəsinə gəlmiş və izahatı alınmış, izahatında hal-hazırda maddi vəziyyətində yaranmış maliyyə çətinlikləri ilə əlaqədar borcunu ödəyə bilmədiyini bildirmiş, heç bir üzrlü səbəb olmadan icra sənədini icra etməkdən qərəzli olaraq ən müxtəlif bəhanələrlə yayınmışdır. Görülmüş bütün tədbirlərə baxmayaraq, borclu qanuni qüvvədə olan məhkəmə qərarını indiyə qədər icra etməmiş, lakin 7982,4 manat borcundan hazırkı məhkəmə baxışı zamanı 3000 manat ödəniş etmiş və qalan məbləği də hər ay təxminən 500 manat olmaqla hissə-hissə ödəyəcəyini bildirmişdir. Ona görə də borclu barəsində müvafiq inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, uzun müddətdən bəri, həm də pandemiya ilə əlaqədar heç bir yerdə işləmədiyi üçün maddi vəziyyətində yaranmış çətinlikləri ilə bağlı borcunu ödəyə bilməmişdir, lakin borcun ödənilməsindən yayınmır və 7982,4 manat borcundan hazırkı məhkəmə baxışı zamanı 3000 manat ödəniş edərək qalan məbləği də yaxın zamanlarda hər ay təxminən 500 manat olmaqla hissə-hissə ödəməyə söz vermişdir. Ona görə də onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxsin nümayəndəsi X3 göstərdi ki, borclu qanuni qüvvədə olan Ağdam Rayon Məhkəməsinin 2(013)-1218/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsini uzun müddətdən bəri ən müxtəlif bəhanələrlə icra etməməklə onlara maddi ziyandan başqa, böyük mənəvi ziyan da vurmuşdur. 7982,4 manat pul vəsaitinin borclu tərəfindən onun ailə büdcəsindən kənarlaşdırılması nəticəsində onsuz da çətin olan maliyyə vəziyyəti daha da ağırlaşaraq onu bir sıra zəruri ödənişlərin həyata keçirilməsi imkanından məhrum etmişdir. Vaxtilə borcluya zamin durub həmin pulun alınmasına köməklik göstərmiş oğlu Sənan hazırda cəbhə bölgəsində xidmət göstərdiyi halda, borclu Şəxs şəhərin küçələrində heç nə olmamış kimi sərbəst şəkildə gəzərək öz işləri ilə məşğul olmuş, banka olan borcunu ödəməmiş, nəticədə Sənan məcbur qalıb bir zamin kimi özunun əmək haqqı hesabına borclunun banka olan kredit borcunu ödəmişdir. Bu vəziyyətlə barışmaq istəmir və pulun hamısının borcludan birdəfəlik alınmasının təmin olunmasını xahiş edir. Borclu 7982,4 manat borcundan hazırkı məhkəmə baxışı zamanı 3000 manat ödəniş edərək qalan məbləği də yaxın zamanlarda hər ay təxminən 500 manat olmaqla ödəməyə söz vermişdir. Əgər borclu ona söz verdiyi kimi, hər ay müntəzəm surətdə borcunu 500 manat olmaqla 10 ay ərzində hissə-hissə ödəyəcəksə, onda onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə etiraz etmir. Məhkəmə iclasında müəyyən olundu ki, borclu maddi vəziyyətində olan çətinlikləri ilə bağlı 7982,4 manat borcunu vaxtında ödəməmiş, lakin hazırkı məhkəmə baxışı zamanı 3000 manat ödəniş etmiş, qalan məbləği də hər ay 500 manat olmaqla hissə-hissə ödəyəcəyini vəd etmişdir. Məhkəmə hesab edir ki, borclunun hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 53,105, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – xx xxxxx 1986-cı il tarixdə Ağdam rayonunun İsmayılbəyli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Ağdam rayonunun İsmayılbəyli kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №3(003)-916/2020
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-916/2020
14.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver