Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-917/2023 05.05.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi Məhkəmə iclasının katibi Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X2, tələbkar X4 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə Şəxs 02 may 1996-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan barəsində Bakı şəhəri Xəzər rayon İcra şöbəsindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X6 tərəfindən tərtib olunmuş inzibati xəta haqqında 03 may 2023-cü il tarixli MN № ******* saylı protokoldan göründüyü kimi, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-355/2023 saylı 09 mart 2023-cü il tarixli icra vərəqəsinə əsasən Şəxs 04 noyabr 2022-ci il tarixdən başlayaraq 25 iyun 2019cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 220,00 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq X5 ödənilməlidir. Borclunun bu günə 1320 manat aliment borcu vardır. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X1 xəta haqqında protokolun məzmununa uyğun izahat verərək göstərdi ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-355/2023 saylı 09 mart 2023-cü il tarixli icra vərəqəsinə əsasən Şəxs 04 noyabr 2022-ci il tarixdən başlayaraq 25 iyun 2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 220,00 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq X5 ödənilməlidir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs göndərilmiş bildirişə, xəbərdarlıqlara baxmayaraq, o, borc məbləğini könüllü ödəməmişdir. Borclunun bu günə 1320 manat aliment borcu vardır. Lakin buna axmayaraq, borclu heç bir üzrlü səbəb olmadan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-355/2023 saylı 09 mart 2023-cü il tarixli icra sənədini icra etməkdən yayınaraq icra məmurunun qanuni tələbinə tabe olmamışdır. Borclu Xəzər rayon İcra şöbəsinə gəlməkdən yayındığına və onu tapmaq mümkün olmadığına görə 03 aprel 2023-cü il tarixdə onun barəsində axtarış elan edilmişdir. 03 may 2023-cü il tarixdə borclu saxlanılaraq İcra şöbəsinə gətirilmiş və izahatı alınmışdır. İzahatında borclu işsiz olduğuna görə indiyə qədər heç bir ödəniş etmədiyini bildirmişdir. Görülmüş bütün tədbirlərə baxmayaraq, borclu qanuni qüvvədə olan məhkəmə qərarını indiyə qədər tam icra etməmiş, lakin məhkəmənin gedişində tələbkara 200,00 (iki yüz) manat ödəmişdir. Ona görə də borclu barəsində müvafiq inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən tələbkar X7 göstərdi ki, borclunun uzun müddətdən bəri aliment ödəməməsi nəticəsində onun onsuz da çətin olan maliyyə vəziyyəti daha da ağırlaşmışdır. Borclunun bu günə 1320 manat aliment borcu vardır. Hazırkı məhkəmənin gedişində borclu ona 200,00 (iki yüz) manat ödəmişdir, lakin bu, onu qane etmir və o, aliment borcunun tam ödənilməsini istəyir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, uzun müddət işsiz olduğuna görə aliment məbləğini ödəyə bilməmiş, buna görə də çağırışlardan yayınmışdır. Lakin borcu ödəməyin onun vəzifəsi olduğunu bilir və bundan yayınmır. Hazırkı məhkəmənin gedişində də tələbkara 200,00 (iki yüz) manat aliment ödəmişdir və bunu təsdiq edən ödəniş qəbzini məhkəməyə təqdim edir. Bundan sonra da hər ay müntəzəm surətdə hissə-hissə olmaqla qalan borcunun tam ödənilməsini təmin edəcəkdir. Ona görə də onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş qəbzrindən görünür ki, Şəxs 200,00 (iki yüz) manat ödəniş etmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Şəxs müvəqqəti maliyyə çətinlikləri ilə əlaqədar ödənişlər edə bilməmiş, lakin məhkəmənin gedişində də tələbkara 200,00 (iki yüz) manat aliment ödəyərək bunu təsdiq edən ödəniş qəbzini məhkəməyə təqdim etmiş və qalan məbləği də hissə-hissə olmaqla müntəzəm surətdə tamamilə ödəyəcəyi barədə üzərinə öhdəlik götürmüşdür. Məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 53,105, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-917/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-917/2023
05.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver